/ / Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük nailiyyətlər əldə edəcək
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük nailiyyətlər əldə edəcək
19.03.2016 [10:16]
Mixail Zabelin: Tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların nümayəndələrinə münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycandakı Rus İcmasının rəhbəri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub. Bu münasibətlə əməkdaşımız onunla görüşərək, fikirlərini öyrənib.
- Siz bu günlərdə Prezidentin Sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olundunuz. Sizi təbrik edirik...
- Təbrikə görə minnətdaram. Mən, əvvəlcə, Novruz bayramı münasibətilə xalqımızı təbrik edir, hər bir ailəyə bol ruzi-bərəkət, dövlətimizə və xalqımıza firavanlıq, əmin-amanlıq arzulayıram. Qeyd etdiyiniz kimi, iki gün əvvəl möhtərəm Prezidentimizin imzaladığı Sərəncamla “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olundum. Xatırladım ki, bundan əvvəl də - 2006-ci ildə möhtərəm Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmuşam. Əlbəttə, möhtərəm Prezidentimiz tərəfindən fəaliyyətimin belə yüksək qiymətləndirilməsi mənim üçün çox böyük şərəfdir. Hesab edirəm ki, bu, təkcə mənə deyil, Azərbaycandakı Rus İcmasının fəaliyyətinə verilən böyük qiymətdir. Bunun üçün möhtərəm Prezidentimizə öz dərin minnətdarlığımı bildirirəm.
- Cənab Zabelin, yeri gəlmişkən, siz Azərbaycandakı Rus İcmasının rəhbəri olmaqla yanaşı, həm də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvüsünüz. Ölkəmizdə müxtəlif millətlərin, dinlərin nümayəndələrinin fəaliyyəti üçün yaradılan şəraiti, multikulturalizm mühitini necə qiymətləndirirsiniz?
- Əlbəttə, inkar edə bilmərik ki, bu gün dünyada milli, irqi, dini zəmində müxtəlif qarşıdurmalar yaşanır. Bunlar isə beynəlxalq aləmdə multikulturalizmi, xalqlar arasında xoşgörü mühitini ciddi şəkildə təhdid edir. Dünyadakı bu arzuolunmaz mənzərədən fərqli olaraq, Azərbaycan sülh və sabitlik məkanı kimi səciyyələndirilir ki, bunun da ən başlıca səbəblərindən biri elə cəmiyyətimizdə mövcud olan güclü multikultural dəyərlərdir. Tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub. Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşmasına və inkişafına mühüm töhfələr verib. Bu da, şübhəsiz, Azərbaycanı yüksək səviyyəli dəyərlərin daşıyıcısı olan müxtəlif xalqlar və dinlərin nümayəndələrinin yanaşı yaşadığı ideal və arzuedilən məmləkətə çevirib. Deyilənlərin təsdiqi olaraq qeyd etmək yerinə düşər ki, bu gün Azərbaycanda yeddi sinaqoq, iki yəhudi orta məktəbi, bir “İşiva” kolleci, üç uşaq bağçası və Yəhudi evi fəaliyyət göstərir. Respublikamızda Pravoslav Dini-Mədəni Mərkəzi açılıb. Azərbaycanda udilərə məxsus abidələr yüksək səviyyədə bərpa olunaraq inanclı insanların istifadəsinə verilib. Cəmi 500 nəfərlik katolik icmasının üzvlərinə öz dini etiqadlarını qorumaları üçün hər cür şərait yaradılıb, onların toplaşdıqları kilsə sərbəst şəkildə fəaliyyət göstərir. Birmənalı şəkildə vurğulanmalıdır ki, müstəqil Azərbaycanda tolerantlıq sahəsində dövlət siyasətinin əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyev qoyub. Tolerantlığı azərbaycançılıq ideologiyasının ayrılmaz tərkib hissəsi sayan Ulu öndər dəfələrlə bəyan etmişdi ki, milli-dini müxtəlifliyə dözümlü yanaşma, ölkənin bütün vətəndaşlarına bərabər hüquqların verilməsi Azərbaycanın demokratiya yolu ilə inkişafının əsas prinsiplərindən birini təşkil edir. Ulu öndərin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən də ardıcıllıqla davam etdirilir. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizdə multikulturalizm dövlət siyasətinin ən vacib istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin fevralında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti təsis edilib. Dövlət başçısının 2014-cü il 15 may tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması isə ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm modelinin dünyaya təqdim olunması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, bu, ölkəmizin dünyada sülh və barışa, mədəniyyətlər arasında dialoqa nə qədər əhəmiyyət verdiyini bir daha nümayiş etdirir. İnanırıq ki, Bakıdan dünyaya verilən bu mesaj lazımi şəkildə qiymətləndiriləcək.
- Siz, eyni zamanda, Yeni Azərbaycan Partiyasının rəhbər strukturlarında da təmsil olunursunuz. Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətinin inkişafında yerini və rolunu necə qiymətləndirirsiniz?
- Yeni Azərbaycan Partiyası siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Heç də təsadüfi deyil ki, biz partiyamızın yaranması, onun siyasi səhnəyə vəsiqə alması haqqında danışarkən deyirik ki, YAP zamanın təxirəsalınmaz tələbindən irəli gələrək yaradılıb. YAP Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılarkən qarşısında dövlətimizi ozamankı ağır vəziyyətdən çıxarmaq vəzifəsini qoymuşdu. Böyük siyasətçi, dahi lider Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə bu missiya uğurla yerinə yetirildi və Azərbaycan müstəqilliyini itirmək, süquta uğramaq təhlükəsindən xilas oldu. Ondan sonra isə Azərbaycan dövlətinin həyatında yalnız uğurlarla və inkişafla səciyyələnən yeni dövr başladı və YAP da bu prosesdə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın həyatında mühüm rol oynayır. Bu gün də Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafı, xalqın rifahının yüksəlməsi naminə çox böyük işlər görür. Digər tərəfdən, bu gün Yeni Azərbaycan Partiyası dünyanın siyasi partiyaları arasında çox böyük nüfuza malikdir. YAP-ın beynəlxalq əlaqələri ilbəil genişlənir. Bu gün YAP Avropanın və Asiyanın aparıcı siyasi partiyalarının yer aldığı beynəlxalq təşkilatların üzvüdür. Hesab edirəm ki, partiyamızın Sədri, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük nailiyyətlər əldə edəcək, iqtisadi qüdrəti artacaq, dünyanın nüfuzlu, söz sahibi olan ölkələrindən biri kimi imicini qoruyub saxlayacaqdır.
Əlbəttə ki, partiyamızın Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri həmişə yüksək qiymətləndirilir. Bunun ən başlıca göstəricilərindən biri qatıldığı bütün seçkilərdə YAP-ın namizədlərinin inamlı qələbələr qazanmasıdır. Son olaraq ötən ilin noyabr ayında keçirilən parlament seçkilərində də YAP-ın namizədləri seçicilərin dəstəyini qazanaraq möhtəşəm qələbə əldə etdilər. Əminəm ki, partiyamız bundan sonra da YAP-ın yaradıcısı və qurucusu, Ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq qalaraq möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha da inkişafına, çiçəklənməsinə öz töhfəsini verəcəkdir.
- Cənab Zabelin, oxucularımıza Azərbaycan Rus İcmasının fəaliyyəti barədə məlumat verərdiniz...
- Əvvəla onu qeyd edim ki, Rus İcması keçmiş ittifaq dövləti dağılandan sonra Azərbaycanda yaranan ən böyük və nüfuzlu ictimai təşkilatlardan biridir. Azərbaycan rusları inkişaf strategiyası Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunmuş demokratik, suveren, iqtisadi cəhətdən uğurla inkişaf edən dövlətdə yaşayan və çalışan tamhüquqlu vətəndaşlardır. Biz sevinc və kədərimizi birlikdə bölüşmüşük, dövlətimizin ərazi bütövlüyünün müdafiəsində azərbaycanlılarla hər zaman çiyin-çiyinə durmuşuq və birlikdə dinc həyat qururuq.
Yeri gəlmişkən qeyd edim ki, bəzən beynəlxalq toplantılar çərçivəsində postsovet ölkələrindən olan həmkarlarımız tez-tez bizdən Azərbaycanda yaşayan ruslara olan münasibət barədə suallar verirlər. Cavabında bildiririk ki, burada indiyədək ruslara qarşı hər hansı bir şəkildə diskriminasiya faktı qeydə alınmayıb. Əksinə, ruslara, rus dilinə burada daim isti münasibət olub. Tam əminliklə deyə bilərəm ki, Azərbaycanda rus millətinin nümayəndələrinə daha çox hörmət olunur, nəinki Rusiyanın özündə. Ölkə ərazisində rusdilli məktəblər fəaliyyət göstərir, rus dilində qəzetlər nəşr olunur, informasiya agentlikləri sərbəst şəkildə fəaliyyətlərini qurublar, ali məktəblərdə rus dilində tədris proqramları mövcuddur, rus millətindən olanlar işə götürülərkən digər ölkə vətəndaşları ilə müqayisədə heç bir məhdudiyyətlə rastlaşmırlar. Bəzi postsovet ölkələrində olduğu kimi, Azərbaycanda gənc rusların işə qəbulunda heç bir problem yoxdur. Çünki onların böyük əksəriyyəti Azərbaycan dilində çöx sərbəst şəkildə danışa bilirlər, bu isə onlara iş tapmaqda çox kömək edir. İnandırım sizi, hələ indiyədək eşitməmişəm ki, rus millətindən olan hansısa bir gənc Azərbaycanı tərk edərək iş dalınca Rusiyaya gedib. Bunlar isə Azərbaycanda ruslara necə münasibət olduğunu göstərən konkret faktlardır. Bunları sadalamaqda məqsədim odur ki, Azərbaycanda ruslara qarşı olan münasibəti daha aydın şəkildə təsvir edə bilim. Bu gün ruslar ölkəmizin idarəetməsində aktiv iştirak edirlər. Rus millətindən olan ölkə vətəndaşlarını müxtəlif səviyyədən olan dövlət məmuru postlarında görmək mümkündür. Mən özüm, artıq beş çağırışdır ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilirəm. Sözün qısası, ruslar müstəqil Azərbaycan Respublikasında özlərini ölkənin tamhüquqlu vətəndaşları kimi hiss edirlər və bunun müqabilində gündən-günə inkişaf edən respublikamızın daha da qüdrətlənməsinə, çiçəklənməsinə öz əməli töhfələrini verirlər. Bundan başqa, artıq 8 ildir ki, mənim təşəbbüsümlə azərbaycanlı tələbələr Moskva Meriyasının təqaüdünü alır. Belə ki, hər il Azərbaycan Rus İcmasının təqdimatı əsasında hazırda ali məktəblərdə təhsil alan imkansız ailələrin, şəhid ailələrinin övladları, təhsildə fərqlənən tələbələr, ümumilikdə, 22 tələbə 100 dollar məbləğində olan bu təqaüdü alırlar. Bundan başqa, azərbaycanlı tələbələrin Rusiyanın ali təhsil məktəblərinə imtahansız qəbuluna kömək edirik. Təbii ki, bunlar da ölkəmizdə sağlam gənc nəslin yetişməsinə töfhədir.
- Rəhbərlik etdiyiniz icma iki qonşu dövlət olan Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafına nə kimi töhfələr verməkdədir?
- Azərbaycanın Rus İcması öz fəaliyyəti ilə bizim üçün doğma olan bir ölkənin həyatına və tərəqqisinə töhfə verməyə çalışır. Respublikanın bütün əhalisi kimi, biz də onun ərazi bütövlüyünü tam dəstəkləyir və separatizmi pisləyirik. Azərbaycanın təcavüzə məruz qalmış və erməni separatçıları tərəfindən zəbt edilmiş bütün torpaqlarının qeyd-şərtsiz azad olunmasını istəyirik. Bundan əlavə, icmamız Rusiya ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın möhkəmlənməsi məsələlərində həmişə prinsipial mövqe tutmuşdur və bundan sonra da tutacaqdır. Biz xalqlarımız arasındakı çoxəsrlik dostluğu qoruyub saxlamaq məqsədi ilə təkcə rəsmi kanallardan deyil, həm də xalq diplomatiyasının bütün imkanlarından istifadə edir, mehriban qonşuluq münasibətlərinin, respublikada rus dilini qoruyub saxlamağın və ondan geniş istifadə edilməsinin əhəmiyyətini, mədəni, ədəbi və tarixi dəyərlərlə qarşılıqlı mübadilənin zərurətini izah edirik. Bundan əlavə, iki ölkənin biznes strukturları arasında əməkdaşlığı gücləndirmək məqsədi ilə təşviqat işləri aparır, müxtəlif biznes-forumların təşkilinə köməklik göstəririk. Xatırlatmaq istərdim ki, Ulu öndər Heydər Əliyevin layiqli varisi və işinin davamçısı Prezident İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycan bu gün görünməmiş iqtisadi yüksəliş və tərəqqi yolundadır. Azərbaycanın beynəlxalq məkanda ön mövqeyə çıxması, Bakının mühüm beynəlxalq görüşlərin keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır və onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Uzaqgörən, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazda aparıcı dövlətə çevrilib. Bu gün ölkəmiz dünya sisteminin formalaşması prosesinin fəal iştirakçısıdır və beynəlxalq aləmdə onun nüfuzu şübhəsizdir. Bütün Azərbaycan xalqı kimi, Azərbaycanın Rus İcması da Prezidentimiz İlham Əliyevin inkişaf etmiş demokratik, hüquqi dövlət quruculuğuna, cəmiyyətdə həmrəyliyə, Azərbaycanda yaşayan müxtəlif millətlərin nümayəndələri arasında tolerantlıq və dostluq mühitinin möhkəmlənməsinə, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə və xalqın həyat səviyyəsinin artmasına yönəlmiş əməli fəaliyyətini yüksək qiymətləndirir.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 May 09:54
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43

