Rauf Əliyev: Qlobal Forum Azərbaycanın beynəlxalq aləmdə növbəti uğurudur
29.04.2016 [09:59]
“BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu öz işini uğurla başa çatdırdı. Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında qeyd edib ki, Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi fəaliyyətimizin etirafının və mədəniyyətlərarası dialoq, multikulturalizm dəyərlərinin irəliləməsinin əlamətidir. Ümumiyyətlə, Forum beynəlxalq münasibətlər sistemində mövcud olan ən aktual problemlərin müzakirəsi baxımından böyük əhəmiyyətə malikdir”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, Azərbaycan bu Foruma ev sahibliyi etməklə həm dünyanın siyasi mərkəzinə çevrildi, həm də ölkəmizin, xalqımızın dünyaya daha yaxından tanıdılması ilə bağlı öz məqsədinə nail oldu. Onun fikrincə, bu mötəbər beynəlxalq tədbirin Bakıda keçirilməsi göstərdi ki, Azərbaycan tolerantlığın məkanı kimi multikultural ənənələrə sadiq, mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanılması və sivilizasiyalar arasında qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin təşkili sahəsində geniş təcrübəyə malik bir ölkəyə çevrilib.
“Forumun yüksək səviyyədə keçirilməsi Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, xalqımızın tarixi-mədəni irsinin geniş miqyasda tanınmasında böyük rol oynayır. Bakı bu günlər ərzində sivilizasiyalar arasında dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqi, milli, dini və irqi ayrı-seçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən neqativ halların aradan qaldırılması, habelə ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirə olunduğu, mühüm dünyəvi problemlərin həllinə dəstək məqsədi daşıyan qlobal platformaya çevrilib. Forum çərçivəsində ekstremizmə və terrora qarşı mübarizə, münaqişə zonalarında sülhün bərqərar edilməsi, qlobal miqrasiya, qlobal vətəndaşlıq, nifrətin yayılmaması, təhsil, din, idman, cəmiyyətdə gənclərin rolu, inklüziv cəmiyyətlərin qurulması, multikulturalizm və s. məsələlər müzakirə olunub. Azərbaycan artıq bir neçə ildir ki, ardıcıl olaraq qlobal və regional səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edir, bütün dünyanın diqqət mərkəzində olan məsələlərin müzakirə olunduğu mərkəz kimi tanınır. Bütün bu nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş, müdrik siyasəti nəticəsində Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi yüksək göstəricilər sayəsində əldə olunub. İnanırıq ki, Azərbaycan bundan sonra da bu inkişaf yolunu davam etdirəcək və həmişə mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi dünyada öz mövqeyini qoruyub saxlayacaq”, - deyə R.Əliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

