Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə bağlı konfrans keçirilib
12.10.2016 [10:14]
Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə ölkəmizin dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, QHT rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbir dövlət himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Azərbaycanın müstəqillik uğrunda çətin yol keçdiyini deyən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyimizə əngəl törədəcək xeyli hadisələr baş verib, lakin Azərbaycan xalqı bu çətinliyin öhdəsindən gələ bilib. Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yoluna qədəm qoyub, xarici ölkələrlə bir çox sahələrdə müqavilələr imzalanıb. Ulu öndər tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan beynəlxalq arenada layiqli yerini tutub. Ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başlatdığı nəhəng işlər, möhtəşəm layihələr bu gün Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Son on üç ildə Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan misli görünməmiş inkişafa nail olub, dünyada nüfuzlu dövlətə çevrilib. Azərbaycan xalqı, vətəndaş cəmiyyəti Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Bu, sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində də sübuta yetirilib”, - deyə F.Qurbanov əlavə edib.
Sonra Şuranın hazırladığı “Müstəqil Azərbaycan: 25 il quruculuq və inkişaf yolunda” filmi nümayiş olunub.
Daha sonra Milli Məclisin deputatı, “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin sədri Elman Nəsirov “Azərbaycan Respublikasının beynəlxalq siyasəti və təhlükəsizlik məsələləri” mövzusunda məruzə ilə çıxış edib. O, müstəqillik dövrünün tariximizin ən qiymətli səhifəsi olduğunu vurğulayıb. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasının Azərbaycanın sonrakı sabit və dayanıqlı inkişafı üçün müstəsna əhəmiyyətindən danışan Milli Məclisin deputatı Ulu öndər Heydər Əliyevin ölkəmizin beynəlxalq münasibətlərinin qurulması üçün atdığı addımları böyük uzaqgörənliklə və dəqiqliklə hesabladığını vurğulayıb. “Ulu öndərin 1993-2003-cü illərdə dünyanın 60-dan artıq dövlətinin rəhbəri ilə keçirdiyi 500-ə yaxın görüşün hər biri ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsinə xidmət edib”, - deyə E.Nəsirov bildirib.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov “Azərbaycan Respublikasının iqtisadi inkişafı” mövzusunda məruzə edərək bu gün Azərbaycanın dünyanın nüfuzlu siyasi və iqtisadi mərkəzlərinin etibarlı tərəfdaşına çevrildiyini bildirib. Müstəqilliyimizin ilk illərində ölkənin naşı idarəçiliyinin, hərc-mərcliyin nəticəsində iqtisadiyyatın tamamilə məhv edildiyini qeyd edən F.Yusifov Ulu öndərin 1993-cü ilin dekabrından başlayaraq qəbul etdiyi strateji qərarların cəmi bir neçə ilə müsbət nəticə verdiyini vurğulayıb.
“Müstəqil Azərbaycan və vətəndaş cəmiyyəti” mövzusunda məruzə edən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Ulu öndər Heydər Əliyevin ölkəmizdə vətəndaş cəmiyyətinin qurucusu olduğunu vurğulayıb. O, ötən 25 il ərzində ölkəmizin vətəndaş müharibəsindən vətəndaş cəmiyyəti quruculuğuna doğru çətin və şərəfli tarixi yol keçdiyini deyib. Rauf Zeyni 2001-ci ildə Azərbaycanda QHT-lər haqqında qanunun qəbul edilməsinin o dövrdə bütün MDB ölkələrinin tarixində ilk addım olduğunu və müstəsna əhəmiyyət daşıdığını söyləyib. Prezident İlham Əliyevin Sərəncamı ilə QHT-lərə dövlət dəstəyi Konsepsiyasının qəbul olunmasının, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və digər milli donorların yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının inkişafında yeni mərhələnin əsasını qoyduğunu bildirib.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39

