Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Məlahət İbrahimqızı: İslahatlar davamlı xarakter daşıyır

Məlahət İbrahimqızı: İslahatlar davamlı xarakter daşıyır

13.01.2017 [10:02]

“Azərbaycanda həyata keçirilən siyasi və hüquqi xarakterli islahatlar, əsas etibarilə, siyasi sistemin təkmilləşməsinə, idarəetmənin effektivliyinin artırılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə və digər strateji məqsədlərə xidmət edir”. Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, 2016-cı il ərzində həyata keçirilən institusional islahatlar - siyasi-hüquqi reformalar isə sabitlik, təhlükəsizlik və inkişaf kontekstində Azərbaycanın tərəqqi strategiyasının tərkib hissəsi kimi xarakterizə olunur. Onun sözlərinə görə, Konstitusiya islahatları da məhz bu sırada yer alır.
“Təsadüfi deyil ki, siyasi-hüquqi və institusional məsələlər kontekstində vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasının, dövlət qurumlarının məsuliyyətinin artırılmasının, idarəetmə mexanizminin daha da təkmilləşdirilməsinin və digər məsələlərin referenduma çıxarılması dövlətin siyasi islahatları davam etdirmək əzmində və niyyətində olmasının ifadəsidir. Bu islahatlar davamlı xarakter daşıyır”, - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.

Paylaş:
Baxılıb: 522 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30