/ / Hikmət Babaoğlu: Türkiyə dövləti Dağlıq Qarabağa qanunsuz səfər etmiş şəxslər barəsində ən ciddi tədbirlər görməlidir
Hikmət Babaoğlu: Türkiyə dövləti Dağlıq Qarabağa qanunsuz səfər etmiş şəxslər barəsində ən ciddi tədbirlər görməlidir
29.09.2017 [10:21]
“Təəssüf ki, Türkiyə vətəndaşları olan bir qrup şəxs Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edir və bu barədə Türkiyə dövləti heç bir tədbir görmür. Bu, ilk növbədə Türkiyə - Azərbaycan münasibətləri, Türkiyə və Azərbaycan arasındakı strateji əməkdaşlıq ruhuna yaraşmır”. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Millət vəkili bildirib ki, Türkiyədən olan bir qrup “ziyalı”, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər edən Türkiyə vətəndaşları təkcə Azərbaycanın əleyhinə deyil, həm də öz ölkələrinin əleyhinə fikirlər səsləndiriblər: “Türkiyə güclü dövlətdir və bu qanunsuz səfərlə bağlı mütləq tədbirlər görülməlidir. Bu cür hərəkətlər, bu cür addımlar birinci dəfə deyil. Bilirik ki, bir neçə dəfə bəzi türkiyəli jurnalistlər Azərbaycanın icazəsi olmadan işğal olunmuş ərazilərimizə səfər ediblər. Bu məsələnin bu şəkildə davam etməsi Azərbaycan ictimaiyyətində haqlı olaraq çox ciddi hiddət doğurub. Azərbaycan ictimaiyyəti bu səfəri şiddətlə qınayır. Ona görə də Türkiyə dövləti bu şəxslər haqqında ən ciddi tədbirləri görməlidir”.
H.Babaoğlunun sözlərinə görə, münasibətlər hər şeydən öncə qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanmalıdır: “Azərbaycan bu məsələdə çox həssasdır. Çünki Azərbaycanın əraziləri işğal olunub. Türkiyənin belə bir həssas, milli məsələsində azərbaycanlılar buna bənzər addımlar atsa, tutaq ki, Azərbaycanın bir qrup tanınmış şəxsi Cənubi Kipr respublikasına səfər edir və orada müxtəlif görüşlər keçirib anti-Türkiyə fikirlər səsləndirirsələr, görəsən Türkiyənin münasibəti necə olar? Türkiyə özünü Azərbaycanın yerinə qoymalıdır və buna əsasən də qərar qəbul etməlidir. Azərbaycan beynəlxalq təşkilatlarda, hər yerdə hər zaman Türkiyəni dəstəkləyib. 2016-cı ilin iyul ayında Türkiyədə qanuni hakimiyyətin hərbi yolla çevrilməsinə cəhd olunan zaman Azərbaycan Prezidenti cənab İlham Əliyev Öz qəti mövqeyini ortaya qoydu. Azərbaycan xalqı daima Türkiyənin yanında olduğunu bildirir. Ona görə də Azərbaycan ictimaiyyəti, Azərbaycan xalqı bu qətiyyəti Türkiyədən gözləyir. Türkiyə ya o şəxsləri özü cəzalandırsın, ya da beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etdiklərinə görə onları ölkəmizə təhvil versin. Qoy biz onları cəzalandıraq. Burada mütləq cəza tədbirləri görülməlidir ki, bir də belə hallar təkrar olunmasın. Hazırkı vəziyyətdə Azərbaycan ictimaiyyəti bu məsələnin necə başa çatacağını gözləyir. Ümid edirik ki, Türkiyə dövləti bu şəxsləri ciddi şəkildə cəzalandıracaq”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38

