/ / İƏT-in baş katibi: Azərbaycan Prezidentinin İslam dünyasının problemlərinə göstərdiyi diqqət təqdirəlayiqdir
İƏT-in baş katibi: Azərbaycan Prezidentinin İslam dünyasının problemlərinə göstərdiyi diqqət təqdirəlayiqdir
02.11.2017 [10:11]
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı noyabrın 1-də Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymi ilə görüşüb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin yüksək səviyyədə olduğu bildirilib, əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Komitə sədri Mübariz Qurbanlı İƏT-in baş katibinə Prezident İlham Əliyevin salamlarını çatdırıb. O qeyd edib ki, Azərbaycan İƏT-ə üzv olduqdan sonra təşəbbüskar mövqeyi ilə seçilir, üzərinə düşən vəzifələri həmişə yerinə yetirir, təşkilatın prinsiplərinə uyğun işini həyata keçirir. Azərbaycan təmsil olunduğu bütün beynəlxalq platformalarda həm özünün dövlət maraqlarını, həm də İslam mədəniyyətini, İslam dünyasının ortaq mənafelərini müdafiə edir. Dövlətimizin başçısı hər fürsətdə İslam dünyasının yaşadığı problemləri dilə gətirərək onların həllində yardımçı olmağa çalışır.
Azərbaycanda dövlət-din münasibətləri haqqında məlumat verən komitə sədri ölkəmizin bu sahədəki təcrübəsinin digər ölkələr üçün də nümunə ola biləcəyini vurğulayıb, bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığını diqqətə çatdırıb. O, Azərbaycanın Şərq ilə Qərb arasında təbii körpü olduğunu qeyd edərək, ölkəmizin dinlərarası dialoqun, tərəfdaşlığın dərinləşməsinə öz töhfəsini verdiyini vurğulayıb.
2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu xatırladan Mübariz Qurbanlı bu çərçivədə DQİDK-nın Qafqaz Müsəlmanları İdarəsi ilə birgə həm Azərbaycanda, həm də xaricdə keçirdiyi və keçirəcəyi çoxsaylı tədbirlər barədə məlumat verib. M.Qurbanlı İslam Əməkdaşlıq Təşkilatının baş katibini cari ilin dekabrında keçiriləcək yekun beynəlxalq konfransa dəvət edib. O, İƏT ilə əməkdaşlıq çərçivəsində bu tədbirin daha səmərəli və təsirli ola biləcəyini diqqətə çatdırıb. Azərbaycanın həm də IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsinə toxunan komitə sədri bu idman bayramının dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə stimul verdiyinə əminliyini bildirib.
Ölkəmizə səfərini və səfər zamanı Prezident İlham Əliyevlə ikitərəfli görüşünü xatırlayan İƏT-in baş katibi Əhməd Əl-Useymi bu səfərin onda olduqca xoş təəssüratlar yaratdığını qeyd edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İƏT-in birmənalı və dəyişməz mövqeyini bir daha vurğulayıb, bu məsələdə hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildirib.
İslam dünyasının problemləri haqqında söhbət açan baş katib dünyada islamofob meyillərin artmasının İslam ölkələrini narahat etdiyini söyləyib. O, dünyada İslama qarşı təhdid və təhlükələrin get-gedə artdığı bir dövrdə müsəlman ölkələrinin vahid istiqamətdə, komanda kimi fəaliyyət göstərməsinin İslam dünyası üçün vacibliyini vurğulayıb.
Sonda İƏT-in baş katibi rəhbərlik etdiyi qurumun İslam dünyasının maraqlarının müdafiəsi və problemlərinin həlli sahəsində fəaliyyətinə hərtərəfli dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. Baş katib Azərbaycan Prezidentinin fəaliyyətinin, Onun daxili və xarici siyasətinin, İslam dünyasının problemlərinə göstərdiyi diqqətin təqdirəlayiq olduğunu bir daha vurğulayıb.
Xəbər lenti
Hamısına baxAnalitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30

