Azərbaycan və Dağıstan xalqlarını tarixi qardaşlıq, dostluq əlaqələri birləşdirir
04.11.2017 [01:11]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 3-də Rusiya Federasiyası Federasiya Şurasının sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanov və Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xizri Şixsaidov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Dağıstan xalqları arasındakı tarixi əlaqələrdən danışıb. Bildirib ki, Azərbaycan və Dağıstan xalqlarını tarixi dostluq, qardaşlıq əlaqələri birləşdirir. Dağıstan xalqları həmişə Azərbaycana xüsusi hörmət göstəriblər. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən sonra bu münasibətlərdə yeni bir mərhələnin əsası qoyuldu. Azərbaycan və Rusiya prezidentləri arasındakı dostluq əlaqələri də münasibətlərimizin inkişafına öz töhfəsini verir. Bir neçə gün öncə Tehranda Azərbaycan, Rusiya və İran dövlət başçılarının üçtərəfli Zirvə görüşü əlaqələrin inkişafının bariz nümunəsidir. Ölkələrimiz arasında sürətlə inkişaf edən əməkdaşlıq xalqlarımızın əlaqələrinin möhkəmlənməsinə təkan verir. QMİ sədri Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunmaları münasibətilə İlyas Umaxanovu və Xizri Şixsaidovu təbrik edib.
Sonra qonaqlara xatirə hədiyyələri təqdim edilib.
İlyas Umaxanov və Xizri Şixsaidov Azərbaycan ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasındakı tarixi əlaqələrdən bəhs ediblər. Bildirilib ki, bu münasibətlərin müasir dövrdə də inkişaf etdirilməsi önəmlidir.
Qeyd edilib ki, Qafqaz Müsəlmanları İdarəsi ilə Rus Pravoslav Kilsəsi, eləcə də bu ölkədəki digər dini konfessiyalar arasında çox sıx əlaqələr mövcuddur və bu amil respublikalarımız arasındakı münasibətlərə də öz töhfəsini verməkdədir. Azərbaycan və Rusiya arasında çoxsaylı ortaq dəyərlər var. Azərbaycanın bir çox elm, mədəniyyət, ictimai, siyasi xadimləri Rusiyada yaşayıb yaradıblar. Onlardan biri də Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevdir.
Azərbaycan Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edilmələrindən məmnun olduqlarını bildirən qonaqlar bunu dövlətimizin başçısının onlara diqqət və qayğısının nəticəsi kimi dəyərləndiriblər. Qeyd ediblər ki, bundan sonra da Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində əllərindən gələni əsirgəməyəcəklər.
Görüşdə iştirak edən Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev atası, mərhum professor Əziz Əliyevin yad edilməsinə görə qonaqlara minnətdarlığını bildirib. O, Dağıstanda ailəsinə, atasının xatirəsinə göstərilən xüsusi münasibəti yüksək dəyərləndirdiyini deyib. Akademik Dağıstanda professor Əziz Əliyevin heykəlinin qoyulmasını, yubileylərinin qeyd edilməsini bu münasibətin bariz nümunəsi adlandırıb. Bildirib ki, atasının Dağıstanda ali dövlət vəzifəsində çalışdığı illər onda hər zaman xoş təəssüratlar yaradır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38

