Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
09.12.2017 [00:59]
Azərbaycan parlamentinin nümayəndə heyəti iclasda iştirak edib
Qırğızıstanın paytaxtı Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Şura iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Tədbirə digər üzv ölkələrin - Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin nümayəndə heyətləri də qatılıb.
İclası Qazaxıstan Məclisi sədrinin müavini Gülmira İsinbayeva açaraq üzv ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görülən işlərdən danışıb, TürkPA-nın inkişaf perspektivləri haqqında məlumat verib.
Qırğızıstan Parlamenti-Joqorku Keneşinin sədri Dastanbek Cumabekov ötən müddət ərzində Qırğızıstanın bu təşkilatdakı fəaliyyəti, görülən işlər haqqında söhbət açıb.
Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək bildirib ki, 2016-2017-ci illərdə TürkPA-nın üzvü olan ölkələrin siyasi həyatına təsir göstərən bir sıra hadisələr baş verib. Ötən il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd edilib. Türkiyə dövləti bu sınaqdan şərəflə çıxdı. Hər bir məsələdə olduğu kimi, bu çətin məqamda da Azərbaycan Türkiyə xalqının yanında oldu.
Spiker qeyd edib ki, ötən müddətdə TürkPA-nın üzvü olan ölkələrdə parlament və prezident seçkiləri, eləcə də Konstitusiya dəyişiklikləri ilə bağlı referendumlar keçirilib.
Oqtay Əsədov Qazaxıstan Parlamentinin Məclisinə və Senatına seçilmiş deputatları, Qırğızıstan Prezidenti seçilmiş Sooronbay Jeenbekovu təbrik edib. Milli Məclisin sədri əlavə edib ki, bu il Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasının doqquz ili tamam olur. Bu müddət ərzində birgə səylərimiz TürkPA-nın ciddi siyasi çəkisi olan beynəlxalq təşkilat kimi formalaşmasına imkan yaradıb. Azərbaycan parlamentinin sədri budəfəki Şura iclasında Özbəkistan Ali Məclisi Qanunvericilik Palatası sədrinin müavini Nəriman Umarovun başçılıq etdiyi nümayəndə heyətinin ilk dəfə iştirak etdiyini önə çəkərək onlara ən xoş arzularını ifadə edib.
Milli Məclisin sədri bildirib ki, ötən dövrdə TürkPA-nın beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən tədbirlər öz bəhrəsini verib. Təşkilatımız bir sıra nüfuzlu beynəlxalq qurumlarda, o cümlədən Parlamentlərarası İttifaqda, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə müşahidəçi statusu alıb, ATƏT-in Parlament Assambleyasının fəaliyyətində qonaq qismində iştirak etməsi barədə razılıq əldə edilib. TürkPA Avropa Parlamenti və MDB-nin Parlamentlərarası Assambleyası ilə əməkdaşlıq edir. İki həftə bundan əvvəl TürkPA-ya Asiya Parlament Assambleyasında müşahidəçi statusu verilib.
Şura iclasında gündəlikdəki bir sıra digər məsələlər də müzakirə edilib.
Sonra parlament nümayəndə heyətləri Bişkekdəki “Ana-beyit” xatirə kompleksini ziyarət edib, repressiya qurbanlarının və böyük qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsini anıblar.
Xəbər lenti
Hamısına baxAnalitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30

