Milli komanda paytaxtdan kənarda ilk rəsmi oyununa çıxır
05.09.2009 [14:52]
2010-cu il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan və Finlandiya yığmalarının Lənkəranda keçiriləcək rəsmi oyununu AFFA prezidenti Rövnəq Abdullayev də izləyəcək. Bu haqda məlumat verən AFFA-nın baş katibi Elxan Məmmədov dövlət rəsmilərinin, digər qonaqların da Azərbaycan-Finlandiya oyununu izləmək məqsədilə Lənkərana təşrif buyuracağını söyləyib. Milli komandanın paytaxtdan kənarda keçirəcəyi ilk oyuna böyük maraq var. Artıq Bakıdan 600 azarkeş bu görüşü izləməyə gedib. Paytaxtda bu sayda bilet satılıb.
Qeyd edək ki, satışa çıxarılan 12000 biletin 70 faizinin Lənkəranda, 30 faizinin Bakıda satılması nəzərdə tutulmuşdu. Elxan Məmmədov Azərbaycan milli komandasının ilk dəfə regionda rəsmi oyun keçirməsinin mühüm hadisə kimi dəyərləndirib: “2008-ci ildə Rövnəq Abdullayev AFFA prezidenti seçilərkən futbolun inkişafına dair Dövlət Proqramına uyğun olaraq regionlarda müxtəlif beynəlxalq oyunların keçirilməsinin vacibliyini bildirmişdi. Artıq bu proses həyata keçirilir. Bütün təşkilatı işlər qaydasındadır. çalışacağıq ki, gələcəkdə yığma komandalarımız ev oyunlarını yalnız paytaxtda deyil, ölkəmizin müxtəlif bölgələrində də keçirsin. çünki bu tədbirlərin regionlarda futbolun inkişafına təkan verəcəyinə əminik”.
E.Məmmədov Lənkərandakı görüşə hazırlaşan yerli azarkeşləri də unutmayıb: “çox sevinirik və ikiqat məsuliyyət hissi keçiririk ki, milli komandamız Lənkəranda ilk rəsmi oyununa çıxacaq. Fürsətdən istifadə edərək, əvvəlcədən lənkəranlı azarkeşlərə minnətdarlığımızı bildiririk. Biletlərin satış sürətini nəzərə alaraq, əminliklə söyləyə bilərik ki, onlar komandamızı fəal şəkildə dəstəkləyəcəklər. Azarkeşlərdən təhlükəsizlik qaydalarına da əməl etmələrini xahiş edirik”.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

