/ / Aydın Hüseynov: Zaman Ulu öndər Heydər Əliyevin Xəzərin hüquqi statusuna dair ideyalarının həyatiliyini təsdiqlədi
Aydın Hüseynov: Zaman Ulu öndər Heydər Əliyevin Xəzərin hüquqi statusuna dair ideyalarının həyatiliyini təsdiqlədi
16.08.2018 [08:57]
Uzun müddət Xəzərin hüquqi statusu ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri, aparılan danışıqlar öz məntiqi nəticəsini verdi. Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalandı. Bildiyimiz kimi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı mühüm işlərin görülməsinə başlandı. Hesab edirəm ki, zaman Ulu öndər Heydər Əliyevin Xəzərin hüquqi statusuna dair ideyalarının həyatiliyini təsdiqlədi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
A.Hüseynov əlavə edib ki, Azərbaycan tərəfi uzun illər ərzində Xəzərdə beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgünün aparılmasını təklif etsə də, bir sıra süni maneələr yekun statusla bağlı razılaşma əldə edilməsinə imkan vermirdi. Sənəd üzərində iş 1996-cı ildən aparılıb. 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli mühüm saziş imzalandı. Həmçinin bu ilin martında İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu 5 ölkənin imzaladığı Konvensiyanın razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıyan sənəddir.
Aydın Hüseynovun sözlərinə görə, Xəzərdə tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. Bundan sonra Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işlənəcək, Xəzəryanı dövlətlərə və xalqlara fayda gətirəcək.
“Bütün ölkələr, xüsusən Azərbaycan Konvensiyadan daha çox iqtisadi fayda təmin edəcək. Eyni zamanda, sənədə əsasən, Xəzərin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlərin çəkilməsi üzərində maneə aradan qaldırılacaq. Beləliklə, Xəzərin statusu ilə bağlı Konvensiyanın imzalanması Xəzəryanı ölkələrin birgə əməkdaşlığı üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Xəbər lenti
Hamısına baxAnalitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45

