Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafından danışılıb

Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafından danışılıb

31.08.2018 [09:21]

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov avqustun 30-da Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda olmasından məmnunluğunu bildirən xanım Li Syaolin səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Görüş zamanı ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edən tərəflər Heydər Əliyev Fondu ilə sözügedən qurum arasında imzalanmış dostluq və əməkdaşlıq haqqında memorandumun humanitar və mədəni sahədə əməkdaşlığın daha da dərinləşməsinə təkan verəcəyinə əminliklərini ifadə ediblər. Habelə, tərəflər mədəniyyət, gənclər və turizm sahələrində layihələrin xalqlar arasında təmasların daha da yaxınlaşmasına xidmət edəcəyini xüsusi qeyd ediblər.
Nazir Elmar Məmmədyarov Azərbaycan və Çinin beynəlxalq arenada bir-birinin ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini vurğulayıb. Həmçinin nazir Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsinin regionun iqtisadi inkişafı üçün geniş imkanlar açdığını və həmin layihənin reallaşmasının ticarət dövriyyəsinin artımına töhfə verəcəyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Paylaş:
Baxılıb: 439 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30