Qırğızıstanda MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının 25-ci iclası keçirilib
08.09.2018 [10:28]
Qırğızıstanın Çolpon-Ata şəhərinin yaxınlığındakı “Nomad” Mədəniyyət Mərkəzində MDB iştirakçısı olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXV iclası keçirilib.
Tədbirdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) bölmə müdiri Nazim Xıdırov, Rusiyanın TASS Agentliyinin baş direktorunun birinci müavini Mixail Kalmıkov, Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyinin baş direktoru Kubanıçbek Taabaldiev, Belarus Teleqraf Agentliyinin baş direktoru İrina Akuloviç, Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Askar Umarov, MDB İcraiyyə Komitəsinin şöbə müdiri İqor Qriqoryev iştirak ediblər.
İclasda Qırğızıstanın mədəniyyət, informasiya və turizm nazirinin müavini Aynura Temirbekova çıxış edərək İssık-Kul gölünün sahillərində keçirilən III Dünya Köçəri Oyunları haqqında məlumat verib. O, MDB ölkələrində turizmin daha da inkişafının vacibliyindən danışıb, oyunlarda 30-dan çox ölkənin mədəniyyət xadimlərinin iştirak etdiklərini bildirib.
TASS Agentliyinin baş direktorunun birinci müavini Mixail Kalmıkov bildirib ki, III Dünya Köçəri Oyunları idmanın və ümumilikdə insanlığın inkişafına böyük töhfə verir: “MDB İnformasiya Şurasının iclası III Dünya Köçəri Oyunları çərçivəsində keçirildiyindən elə bilirəm, MDB ölkələrində daxili turizmin inkişaf etdirilməsi haqqında daha çox danışmalıyıq. III Dünya Köçəri Oyunlarının böyük əhəmiyyəti var. Belə ki, burada həm ümumi problemlərimizlə bağlı fikir mübadiləsi aparırıq, həm də qırğız xalqının tarixi, mədəniyyəti, milli mətbəxi ilə bir daha tanış oluruq”.
Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyinin baş direktoru Kubanıçbek Taabaldiev rəhbərlik etdiyi media qurumunun fəaliyyətindən danışıb. O bildirib ki, “Kabar” əvvəllər qırğız, rus, ingilis və türk dillərində informasiyalar yayırdısa, hazırda oxuculara ərəb və çin dillərində də xəbərlər çatdırır. “Biz bu şəbəkəni genişləndirmək əzmindəyik”, - deyən K.Taabaldiev qeyd edib ki, biz dünyanın informasiya agentlikləri ilə əlaqələrimizi genişləndiririk. “Kabar” III Dünya Köçəri Oyunlarının əsas informasiya yayımçısıdır, müxbirlərimiz İssık-Kulda keçirilən idman yarışlarını geniş işıqlandırırlar.
AZƏRTAC-ın bölmə müdiri Nazim Xıdırov çıxışında qeyd edib ki, hazırda Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Bunun da nəticəsində Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Ölkəmizdə çoxsaylı beynəlxalq forumlar və idman yarışları keçirilir. Bu da Azərbaycana olan marağı artırır. Bu gün Azərbaycan da dünyada tolerantlıq diyarı kimi tanınır.
Belarus Teleqraf Agentliyinin baş direktoru İrina Akuloviç, Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Askar Umarov və digərləri çıxışlarında əməkdaşlığın daha da inkişafı istiqamətində görüləcək işlərdən danışıblar.
İclas başa çatdıqdan sonra iştirakçılar “Kırçın” etnoşəhərciyində olublar.
Xəbər lenti
Hamısına baxAnalitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45

