Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sarsılmaz təməllərə söykənir

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sarsılmaz təməllərə söykənir

18.09.2018 [09:49]

Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-daşnak, eser-menşevik və bolşevik qalıqlarından azad etməsi şanlı tariximizin ən şərəfli səhifələrindəndir
Tarixdə Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının təntənəsi olan çoxsaylı nümunələr mövcuddur. Bunlardan biri də 15 sentyabr 1918-ci ildə Azərbaycanın Milli Ordusunun Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-daşnak, eser-menşevik və bolşevik qalıqlarından azad etməsidir. Bu möhtəşəm zəfər tariximizin ən şərəfli səhifələrindən biridir. Qürurverici haldır ki, bu gün Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birini dəstəkləyir, dostluq, qardaşlıq nümunəsi ilə dünyaya örnək olurlar. Dərin tarixi köklər, sarsılmaz dostluq Türkiyə-Azərbaycan qardaşlığının təməlini təşkil edir. Reallıq budur ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil.
Öz növbəsində Milli Məclisin deputatı Sahibə Qafarova qeyd edib ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı və birliyi şanlı tariximizin ən mühüm və şərəfli səhifələrində yer alır: “Bu möhtəşəm tarixi anlardan biri də 100 il əvvəl Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-daşnak, eser-menşevik və bolşevik qalıqlarından azad etməsidir. Bu, şanlı tariximizin ən şərəfli səhifələrindəndir”.
Millət vəkili qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi olan bu möhtəşəm zəfərin böyük tarixi və siyasi əhəmiyyəti var: “Bu tarixi zəfərdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Beləliklə, dövlət quruculuğunun əsas mərhələsinə başlandı, həmin ilin dekabr ayında isə parlamentə demokratik seçkilər keçirildi”.
“Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında keçirilən və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının sarsılmaz olduğunu bir daha sübuta yetirdi. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı dünya üçün nümunə təşkil edir. Ümumiyyətlə, bu gün Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir və ən yüksək zirvədədir. Ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanan çoxşaxəli münasibətlər müxtəlif sahələri əhatə edir, regional və beynəlxalq sülhə, sabitliyə, təhlükəsizliyə xidmət göstərir. Ölkələrimizin dövlət başçıları arasında müntəzəm görüşlər keçirilir və bu görüşlər Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafı üçün müstəsna əhəmiyyətə malikdir. Siyasi əlaqələrin ən yüksək zirvədə olması ilə yanaşı, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq müvəffəqiyyətlə davam etdirilir, ticarət dövriyyəsi artır. Ölkələrimiz birgə enerji-nəqliyyat layihələrini uğurla icra edir. Bu nəhəng transmilli layihələr mühüm geostrateji əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı layihələr Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır”, - deyən S.Qafarova əlavə edib ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Millət vəkilinin sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasında dostluq və strateji tərəfdaşlıq əlaqələri hər iki dövlətin milli maraqlarına cavab verməklə yanaşı, unikal nümunə kimi çıxış edir.
Milli Məclisin deputatı Rauf Əliyev isə deyib ki, 15 sentyabr 1918-ci ildə Azərbaycanın Milli Ordusunun Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-daşnak, eser-menşevik və bolşevik qalıqlarından azad etməsi tariximizin ən mühüm və şərəfli səhifələrindən biridir. Onun sözlərinə görə, Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Bakının işğalçılardan azad edilməsində böyük cəsarət nümayiş etdirib, onun tərkibində döyüşən yüzlərlə türk əsgər şəhidlik zirvəsinə yüksəlib: “Azərbaycan xalqı türk əsgərlərin bu qəhrəmanlıqlarını heç vaxt unutmayıb və unutmayacaq. Bakının azad edilməsinin böyük hərbi və siyasi əhəmiyyəti var idi”.
“Bu tarixi zəfər, yəni 100 il əvvəl Bakının erməni-daşnak, eser-menşevik və bolşevik qalıqlarından azad edilməsi Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının nümunəsidir. Bu gün Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir. Türkiyə və Azərbaycan nəinki regionda, eyni zamanda, beynəlxalq miqyasda bir-birini ən sıx və yaxından dəstəkləyən ölkələrdir. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir”, - deyə R.Əliyev əlavə edib.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 493 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30