Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mahmud Əhməd Şərif: Misir Azərbaycan ilə sıx münasibətlərin davam etməsində maraqlıdır

Mahmud Əhməd Şərif: Misir Azərbaycan ilə sıx münasibətlərin davam etməsində maraqlıdır

20.09.2018 [09:18]

Sentyabrın 19-da Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərif ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov görüşdə Azərbaycan parlamentinin yaranması tarixi və inkişafı barədə qonağa ətraflı məlumat verib. Bildirib ki,1918-ci ildə yaranmış parlament 120 nümayəndə və 15 siyasi partiyadan ibarət olub.
Birinci vitse-spiker qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Misirlə yaxşı əlaqələr qurub. 1994-cü ildə Ümummilli lider Heydər Əliyev, 2007-ci ildə Prezident İlham Əliyev Misirdə səfərdə olublar. Ölkələrimizin beynəlxalq qurumlarda qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu deyən Ziyafət Əsgərov qeyd edib ki, Misirlə siyasi, iqtisadi, ticari sahələrdə çox yaxşı münasibətimiz mövcuddur.
Misir Ərəb Respublikası Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərif Misir parlamenti və xalqı adından Azərbaycan xalqını Cümhuriyyətin yaranmasının 100 illiyi münasibətilə təbrik edib. Misir parlamenti haqqında məlumat verən qonaq bildirib ki, Misirin qanunverici orqanında 596 deputat fəaliyyət göstərir.
Qonaq qeyd edib ki, Misir Azərbaycan ilə sıx münasibətlərin davam etməsində maraqlıdır. O bildirib ki, hər iki ölkə kifayət qədər güclü statusa malikdir və əlaqələrimiz bir çox sahələrdə inkişaf edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 516 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30