Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa Parlamentinin deputatının qondarma “DQR”-dəki “humanitar missiyası” separatçı rejimin təbliğinə xidmət edir

Avropa Parlamentinin deputatının qondarma “DQR”-dəki “humanitar missiyası” separatçı rejimin təbliğinə xidmət edir

06.10.2018 [10:37]

İşğalçı Ermənistanı və Dağlıq Qarabağda yaradılan qeyri-qanuni rejimi dəstəkləyən Eleni Teoxarusun fəaliyyəti beynəlxalq hüquq normaları və AP-nin prinsipləri ilə daban-dabana ziddir
Müasir dünyanın mənzərəsi elədir ki, qlobal miqyasda oxşar münaqişələrə yanaşmalarda bir sıra hallarda ikili standartlar tətbiq edilir. Bəzən günahkarlar, necə deyərlər, həmən cəzalandırılırlar. Havadarlarının köməyi ilə Azərbaycanın 20 faiz ərazisini işğal edən Ermənistanın nümunəsində isə biz görürük ki, təcavüzkarın başı tumarlanır, suveren dövlətin ərazisində qeyri-qanuni yaradılan separatçı rejimə anlaşılmaz loyallıq göstərilir. Qəribə burasıdır ki, işğalçı Ermənistanın və separatçı “DQR”in himayəçiləri rolunda bir sıra hallarda beynəlxalq təşkilatların təmsilçiləri çıxış edirlər. Avropa Parlamentinin (AP) üzvü Eleni Teoxarusun “fəaliyyətinin” nümunəsində biz bunu aydın şəkildə görürük.
Eleni Teoxarusun ermənilərə olan xoş münasibəti haradan qaynaqlanır?
Havadarlarının köməyi ilə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 faizini işğal edən və 1 milyondan artıq soydaşımızı doğma yurd-yuvasından didərgin salan Ermənistan işğalçılıq siyasətini pərdələmək və Dağlıq Qarabağda yaratdığı separatçı rejimi beynəlxalq miqyasda “tanıtmaq” üçün müxtəlif vasitələrə əl atır. İşğalçı ölkə öz məqsədlərinə çatmaq üçün həmçinin xaricdəki erməni diasporunun pulları ilə ələ alınan muzdlu təbliğatçılardan bəhrələnir. Avropa Parlamentinin (AP) qanlı separatçılıq və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarus belələrindən biridir.
Eleni Teoxarus əslində AP-nin Kipr Respublikasından olan üzvüdür. Lakin o özünü AP-nin təmsilçisi kimi deyil, işğalçı Ermənistanın Azərbaycan ərazisində yaratdığı separatçı rejimin “süd anası” kimi aparır. O, Azərbaycanın işğal edilmiş ərazilərinə dəfələrlə qanunsuz səfərlər edib, burada “humanitar” aksiyalara qoşulub və s. Bütün bunlar barədə bir qədər sonra söhbət açacağıq. Təbii ki, Eleni Teoxarusun əməlləri diqqətdən kənarda qalmayıb. Onun adı Azərbaycana “girişi arzu olunmayan şəxslər siyahısına” daxil edilib və haqqında AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.
İstərdik ki, AP-nin Kipr Respublikasından olan bu üzvü haqqında geniş ictimaiyyətə bəlkə də bəlli olmayan digər məqamlara da aydınlıq gətirək. Beləliklə, Eleni Teoxarus 2001-ci ildə Limasol bölgəsindən Kiprin Nümayəndələr Palatasına üzv seçilir, 2009-cu ildən etibarən isə AP-də Avropa Xalq Partiyası siyasi qrupunun üzvü qismində fəaliyyətə başlayır. O, Kiprdə 2016-cı ildə qanunvericilik orqanına seçkilərdən öncə siyasi baxışlarında olan ayrı-seçkilik səbəbi ilə sağ təmayüllü mühafizəkar Demokratik Yürüş (Disy) partiyasını tərk edir və özünün millətçi Həmrəylik Hərəkatı partiyasını qurur. Teoxarusun Disy-ni tərk etməsinin əsas səbəbi isə partiyanın Kipr adası məsələsinin iki zonalı həlli yoluna olan baxışına qarşı çıxması olub. Ümumiyyətlə, E.Teoxarus radikal millətçi baxışları ilə diqqəti cəlb edir. “Kipr Respublikasını xilas edək” şüarını özünə deviz seçən bu deputatın fəaliyyətinin əsas hədəfini məhz anti-Türkiyə istiqaməti təşkil edir.
Bütün bu deyilənlərdən sonra E.Teoxarusun ermənilərə olan “böyük sevgisi”nin hardan qaynaqlandığı bəlli olur. Deputatın siyasi baxışları, daim anti-Türkiyə mövqeyi tutması onun Ermənistan və erməni diasporu ilə olan əlaqələrinə aydınlıq gətirir. Hələ 1990-cı illərdən həkimlik fəaliyyəti çərçivəsində Ermənistan və erməni lobbiçilik torunun alətinə çevrilən deputat ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “humanitar missiya” fəaliyyəti altında cərrahiyyə əməliyyatları həyata keçirib və bu xidmətlərinə görə “Dağlıq Qarabağın şərəf qızıl medalına” layiq görülüb. Təzadlı mənzərədir - görəsən, hansı səbəbdən peşəkar cərrah, Hippokrat andı içmiş həkim E.Teoxarus erməni silahlı qüvvələri tərəfindən 1993-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal edilən zaman yüz minlərlə insanın üzləşdiyi etnik təmizləməyə, 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində yalnız bir gecədə 600-dən çox mülki azərbaycanlının qətliamına göz yumaraq, “humanitar” xidmətlərini Dağlıq Qarabağın erməni icmasına təklif etməklə kifayətlənib?
AP-nin üzvü Ermənistanda hazırlanan ssenaridə rol alıb
E.Teoxarusun Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma “DQR”də “humanitar fəaliyyəti” əslində onun gerçək məqsədini pərdələmək üçün bir vasitədir. AP-nin xaricdəki erməni diasporunun muzdlu alətinə çevrilən bu deputatının bütün əməlləri - işğalçı ölkəni, “DQR”i su yoluna döndərməsi, burada hansısa humanitar aksiyalara qatılması Ermənistanda hazırlanan ssenarinin tərkib hissəsidir və separatçı rejimin təbliğinə xidmət edir. E.Teoxarusun Ermənistan və erməni diaspora təşkilatlarının sifarişi əsasında Azərbaycan torpaqlarının hərbi işğalı nəticəsində yaradılmış qondarma separatçı rejimin beynəlxalq müstəvidə, xüsusilə də AP çərçivəsində təşviqi fəaliyyəti göz qabağındadır. Yeri gəlmişkən, E.Teoxarusun erməni KİV-lərinə verdiyi müsahibələrdə səsləndirdiyi fikirlər AP-nin deputatının “humanitar missiya”larla pərdələdiyi əsl niyyətini bir daha açıq şəkildə göstərir. Başqa sübutlar da gətirmək mümkündür. Deputatın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə çoxsaylı qanunsuz səfərlərindən yalnız sonuncusuna - 2018-ci ilin 27 sentyabr tarixində etdiyi səfərə nəzər salaq. Deputatı bəhs olunan səfər boyu müşayiət edən və ona “DQR”də əsl gəzinti turu təşkil edən Kaspar Karametyandır. Bəli, həmin o Kaspar Karametyandır ki, Avropada erməni işğalını legitimləşdirmək istiqamətində davamlı fəaliyyət göstərir, dəridən-qabıqdan çıxır. Əlavə şərhə ehtiyac yoxdur...
E.Teoxarusun Avropa Parlamentinin mandatından sui-istifadə etməsi araşdırılmalıdır
Məlumdur ki, AP deputatları üçüncü tərəf vasitəsilə maliyyələşdirilən tədbirlərdə iştiraklarına dair açıqlama (declaration - bəyanat) verməlidirlər. E.Teokarus isə bu günədək Azərbaycanın işğal edilmiş ərazilərinə çoxsaylı səfərlər etməsinə rəğmən AP-nin rəsmi internet səhifəsində yalnız 2017-ci ilin fevral ayında Dağlıq Qarabağda keçirilən qondarma “referendumda” iştirakla bağlı səfərinə dair bəyanat yerləşdirib. E.Teoxarus qanunsuz səfərlərinin hər birini Avropa Parlamentinin üzvü mandatından sui-istifadə etməklə gerçəkləşdirib və bunu bir növ AP-nin rəsmi nümayəndə heyətinə rəhbərlik edirmiş kimi qələmə verməyə çalışıb (hər halda, erməni kütləvi informasiya vasitələrində getmiş çoxsaylı məlumatlardan belə aydın olur-red.). E.Teoxarusun bu fəaliyyətinin AP üzvlüyündən sui-istifadə halı kimi araşdırılmasına ehtiyac var.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 530 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Siyasət

Sosial

Hadisə

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30