Anar Məmmədov: İnanırıq ki, Azərbaycan xalqı olaraq tarixi qələbəni tezliklə qeyd edəcəyik
21.10.2020 [09:06]
“Bu gün Azərbaycan əsgəri Azərbaycan xalqının ondan gözlədiyi nəticəni əldə etmək üçün işğalçıları məhv etməkdə, onların Azərbaycan xalqına qarşı indiyə qədər sərgilədiyi münasibətinə son qoymaqdadır. Əsgərlərimiz əks-hücum əməliyyatları ilə qısa bir müddətdə xalqımıza sevincli anlar yaşatdı”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.
A.Məmmədov bildirib ki, ötən müddət ərzində bir sıra şəhər və kəndlərimizin işğaldan azad edilməsi böyük hərbi uğurdur. Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanlar, canını fəda edənlər heç vaxt unudulmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşılır. Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı Azərbaycan bayrağının torpaqlarımızın hər qarışında dalğalanması üçün lazım gələn bütün addımları atır, ölkəmizin iqtisadi və hərbi qüdrətini, beynəlxalq nüfuzunu gücləndirməkdən ötrü böyük inam və qətiyyətlə çalışır, torpaqlarımızın işğaldan tam azad edilməsi üçün böyük cəsarət və əzm göstərir: “Azərbaycan vətəndaşları da öz dövlətinə və Prezidentinə inanır, Ona güvənir, Azərbaycan dövlətinin və Prezidentinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyur. Bu gün maddi-texniki bazası ardıcıl olaraq möhkəmləndirilən Azərbaycan Ordusu işğal altında olan doğma torpaqlarımızın düşmən əsarətindən azad olunacağı günü hər an daha da yaxınlaşdırır”.
A.Məmmədov qeyd edib ki, ordumuzun əks-hücumlara başladığı və şiddətli döyüşlərin getdiyi ilk gündən bəri Ermənistan tərəfi yenə də öz çirkin xislətini göstərərək mülki əhalini hədəfə alır: “İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektlərini atəşə tutması nəticəsində 50-ə yaxın dinc sakin həlak olub, xeyli sayda yaralanıb. Eləcə də çoxlu sayda yaşayış evinə, mülki obyektlərə külli miqdarda ziyan vurulub. Bütün bunlar, müharibə qanunlarına ziddir, beynəlxalq cinayətdir. Ermənistan tərəfi ənənəvi şəkildə yenə də belə təxribatlara əl ataraq cəbhədəki məğlubiyyətlərini mülki əhalidən qisas almaqla unutdurmağa çalışır. Qürurverici hal isə odur ki, cəbhə zonasında yerləşən kənd və şəhərlərdə yerli əhali öz evlərini əsla tərk etmir. Onların hər biri öz dövlətinə və əsgərinə güvənir. Xalqımızın mətinliyi, dözümlülüyü və Azərbaycan əsgərinin döyüş ruhu Azərbaycan gənci üçün də bir nümunədir. Erməni ordusunda fərarilik, döyüş bölgəsindən qaçmaq baş alıb getdiyi halda, Azərbaycan qadını öz oğlunu sevinc göz yaşları ilə cəbhəyə yola salır. Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. İnanırıq ki, Azərbaycan xalqı olaraq tarixi qələbəni tezliklə qeyd edəcəyik”.
Nardar
Xəbər lenti
Hamısına baxHadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09

