Dağıdıcı düşərgənin növbəti manipulyasiya cəhdi də uğursuzluğa məhkumdur
06.07.2021 [09:21]
Azərbaycanın son illərdə əldə etdiyi uğurların əsasında milli maraqlara xidmət edən dövlət siyasətinin dayandığı heç kimə sirr deyil. Məhz bu siyasət 44 günlük Vətən müharibəsində qazanılan qələbədə mühüm rol oynayıb. Lakin xəmiri xəyanətlə yoğrulan radikal müxalifət bu uğurlarımızı görməzdən gəlir. Bu azmış kimi, fəaliyyəti boyu düşmən dəyirmanına su tökməklə “fərqlənən” dağıdıcılar Vətən müharibəsindəki tarixi Zəfərimizə də kölgə salmaq üçün min bir yola baş vururlar. Onu da qeyd edək ki, bu cəhdlərinin iflasa uğradığını görən dağıdıcı düşərgə son vaxtlar “val”ı dəyişib, yeni, daha doğrusu, köhnə ənənəvi “yoluna” qayıdıb. Elə, AXCP sədri Əli Kərimlinin ermənipərəst Qənimət Zahidə verdiyi müsahibə və orada səsləndirdiyi absurd fikirlər radikalların növbəti manipulyasiya cəhdi kimi dəyərləndirilə bilər. Belə ki, Ə.Kərimli bu dəfə də Azərbaycan iqtidarının apardığı uğurlu ordu siyasətini hədəfə almağa, Silahlı Qüvvələrə göstərilən dövlət qayğısına kölgə salmağa, hərbçilərimizin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımları səhv istiqamətlərə yozmağa cəhd göstərir. Görünən budur ki, Vətən müharibəsinin tarixi Zəfərimizlə nəticələnməsi, torpaqlarımızın işğaldan azad olunması, ən əsası isə ölkədə dövlət-ordu-xalq birliyinin gündən-günə güclənməsi Əli Kərimlini və onun kimi milli maraqlara düşmən kəsilənləri stress vəziyyətinə salıb, onların isterik açıqlamalar verməsinə səbəb olub.
Bu məqamda qeyd etmək lazımdır ki, Azərbaycan Ordusunun hər bir qulluqçusunun sosial müdafiəsi dövlətimizin diqqət mərkəzindədir. Yeri gəlmişkən, ölkə Prezidenti İlham Əliyev iyunun 24-də “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Sərəncam imzalayıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi daşıyan Sərəncama əsasən, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının hərbi xidmət müddəti və xidmət yeri nəzərə alınmaqla aylıq vəzifə maaşlarının 20-60 faizi həcmində əlavə 5 il müddətində onların vəzifə maaşlarına əlavə edilir. Bu addım dövlətimizin hərbçilərə göstərdiyi diqqət və qayğının növbəti nümunəsidir.
Öz növbəsində, dövlətimiz şəhid ailələrinə və müharibə əlillərinə də xüsusi diqqət göstərir. Ölkə başçısının son bir neçə ay ərzində imzaladığı müvafiq sənədlər əsasında şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup müharibə əlillərinin təqaüdü isə 300 manata qədər artırılıb. O cümlədən şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin edilməsi yönündə davamlı addımlar atılır.
Bütün bu faktlar bir daha reallığı ortaya qoyur. Eyni zamanda, onu göstərir ki, Vətən müharibəsində xalqın yanında yer almayan və xarici ermənipərəstlərin sifarişləri ilə milli maraqlarımıza düşmən kəsilən dağıdıcı ünsürlərin ordu üzərindən manipulyasiya aparmaq cəhdləri də əbəsdir. Daha doğrusu, Əli Kərimlinin və dağıdıcı düşərgənin növbəti manipulyasiya cəhdi də uğursuzluğa məhkumdur.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53

