YAP seçki qərargahının Abşeron rayon şöbəsi seçkilərə hazırlığı başa çatdırır
24.09.2010 [09:43]
Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası (YAP) seçkilərdə iştirak etmək üçün namizədlər siyahısını açıqlayıb. Artıq namizədlərin qeydə alınması üçün imza toplama mərhələsi də başa çatmaq üzrədir. Eyni zamanda, Yeni Azərbaycan Partiyası seçki qərargahının şəhər və rayon şöbələrində seçkilərə hazırlıq işləri yüksək səviyyədə başa çatdırılmaqdadır...
YAP seçki qərargahının Abşeron rayon şöbəsinin sədri Bilman Vəliyev hazırlıq prosesi ilə bağlı qəzetimizə açıqlamasında bildirib ki, bütün texniki və təşkilatı işlər yüksək səviyyədə yerinə yetirilməkdədir: “Bildiyiniz kimi, rayonumuzda 2 seçki dairəsi mövcuddur. Onlardan biri 44 saylı Sumqayıt-Abşeron, digəri isə 45 saylı Abşeron seçki dairələridir. Bunlar isə öz növbəsində 51 məntəqəni və 66 min seçicini özündə ehtiva edir”.
Bilman Vəliyev söyləyib ki, hər bir seçki məntəqəsinə 5 müşahidəçi təyin edilib: “Eyni zamanda hər bir məntəqəyə 1 məşvərətçi vermişik. Hər bir dairəyə isə 1 müşahidəçi və 1 məşvərətçi təyin etmişik. ümumilikdə, bizim 500-ə qədər müşahidəçi və məşvərətçimiz seçkilərlə bağlı fəaliyyət göstərəcək”.
“Məlum olduğu kimi, artıq partiyanın siyahısına görə, Abşeron rayonu üzrə namizəd də müəyyənləşib”, - deyən Bilman Vəliyev imza toplama işinin isə bu gün başa çatacağını vurğulayıb.
YAP seçki qərargahının Abşeron rayon şöbəsinin sədri, həmçinin, vurğulayıb ki, rayonun seçki məntəqələri texniki baxımından tam hazırlıq vəziyyətinə gətirilib: “Veb kameraların quraşdılacağı məntəqələr də artıq müəyyənləşdirilib”.
Bilman Vəliyev sonda bildirib ki, əsas məqsəd insanların seçkilərdə iştirakını daha da kütləviləşdirməkdir: “Yəni, YAP namizədlərinin güclü təbliğata ehtiyacı yoxdur. Partiyamızın Sədri, Prezident İlham Əliyevin yürütdüyü siyasət və bu siyasi kursun nailiyyətləri göz qabağındadır. Xalq istəyir ki, Azərbaycanın inkişafı davamlı olsun. Ona görə də, hər kəs bilir kimə səs vermək lazımdır. Bizim əsas məqsədimiz isə insanların seçkilərdə iştirakını daha da kütləviləşdirməkdir. Onsuz da hər zaman müşahidə olunan aktivliyi daha da artırmaq niyyətindəyik”.
RAMİL
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10

