Ermənilərin növbəti barbarlığı -yağmalayır, yanğın törədirlər...
05.07.2022 [10:32]
Kəlbəcərdə yaşanan hadisələr təkrarlanır
Günel ABBAS
Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın altıncı bəndinə uyğun olaraq Laçın rayonunun təhvil verilməsi üçün Laçın dəhlizinə alternativ yol çəkilməlidir. Alternativ yolun tikintisi isə ən gec gələn ilin sonuna kimi yekunlaşmalıdır. Yolun tikintisini həyata keçirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqladığı məlumatda işlərin nəzərdə tutulan vaxtdan daha tez yekunlaşacağı bildirilib. Yeni yolun istifadəyə verilməsinin ardından isə Laçın şəhəri Azərbaycana təhvil veriləcək.
Laçın şəhəri, Laçın dəhlizi və Zabux kəndi Azərbaycana təhvil verildikdən sonra bölgəyə gediş-gəlişdə də mühüm dəyişikliklər baş verəcək. Çünki Laçın rayonuna bir neçə istiqamətdən yol gedir. Zabux, Güləbird istiqamətindən keçən yol Laçın rayon mərkəzinə daxil olur. Laçının mərkəzindən isə rayonun bütün ərazisinə Şimal-Qərb istiqamətindən, yaylaqlardan keçməklə Kəlbəcərə getmək mümkün olacaq. Qeyd edək ki, hazırda bölgədə yeni tuneller çəkilir. Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdikdən sonra Şuşadan çıxan maşınlar Laçından keçməklə Kəlbəcərə, oradan da Daşkəsən və Göygöl istiqamətinə hərəkət edə biləcək. Dövlət başçısı da tez bir zamanda azad edilmiş ərazilərə yeni yolların çəkilməsini qarşıya məqsəd qoyub. Bu da bərpa-quruculuq və məskunlaşma üçün olduqca vacibdir.
Ermənilər talayır, soyur, yandırırlar - öz mallarını da...
Laçın dəhlizində yeni alternativ yolun tikintisinin yekunlaşmaq üzrə olması, dəhlizin və şəhərin Azərbaycana təhvil verilməsi xəbəri erməniləri təşvişə salıb. Rəsmi Bakı Qarabağda yaşayan ermənilərə burada qaldıqları halda vətəndaşlıq verilməsi və daha yaxşı həyat şəraiti vəd etsə də, görünür, onların bu vəziyyətlə razılaşmaq niyyəti yoxdur. Hətta iş elə bir həddə çatıb ki, Laçını tərk etməyə hazırlaşan ermənilər öz əşyalarını da yağmalayırlar. Xarici KİV-də yayılan məlumata görə, onlar şəhərdə soyğun, talan və yanğınlar törədirlər. Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntüdə bir qadın çəkiliş apara-apara deyir: “Gəlmişik evimizə, hansı ki, qapını bağlayıb çıxmışdıq. Buradan türklər keçib, ya ermənilər? Açarı götürüb evə daxil oldum və mənzərə... Mənim erməni vətəndaşlarımın mənzərəsi... Qapılar, pəncərələr, qalan əşyalar yoxdur”.
Soydaşlarını sərt tənqid edənlərdən biri də Vardan Qukasyan adlı bloggerdir. O, “YouTube” kanalında paylaşdığı videoda erməniləri təhqir edib. “Sosial mediada yayılan görüntünü gördüm, şoka düşdüm. Laçında ermənilərin işğaldan sonra yaşadıqları evləri elə ermənilər talayır. Bu görüntüdə olana talan demək ən yumşaq ifadədir. Evə girib texnika, qır-qızıl, pul oğurlamaq talan sayılar, amma evə girib, qapı-pəncərə, kafel, unitaz oğurlamağa nə ad qoyasan? Bu talan deyil, heç bir dildə bunu ifadə etmək üçün söz yoxdur. Məsələ ondadır ki, bunu edənlər türklər deyil, öz ermənilərimizdir!’’ - deyə blogger gileylənib. Vardan Qukasyan soydaşlarının Ağdamı və başqa şəhərləri qarət edib Yer üzündən silmə cəhdlərini də etiraf edib. O, belə talançılıq əməllərinin əsl erməni siması olduğunu vurğulayıb.
Qeyd edək ki, 44 günlük müharibədən sonra kapitulyasiya aktına imza atan ermənilər Ağdam və Kəlbəcəri tərk etmələri üçün onlara verilən vaxtdan sui-istifadə edərək boş qalan kəndlərdə talanlar, soyğunlar, yanğınlar törədirdilər. Elə ermənilər də bu kadrları yəqin ki, unutmayıb. Ancaq bu gün Azərbaycan əsgərinin ayağının dəydiyi hər bir qarış torpaq yenidən qurulur. Barbarların dağıtdığı, xarabalığa çevirdiyi əraziləri Azərbaycan dövləti bərpa edir.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
16 Avqust 23:22

Xəbər lenti
16 Avqust 21:02

Xəbər lenti
16 Avqust 21:00

Xəbər lenti
16 Avqust 18:49

İdman
16 Avqust 17:16

Xəbər lenti
16 Avqust 16:39

Dünya
16 Avqust 16:25

Xəbər lenti
16 Avqust 15:57

Xəbər lenti
16 Avqust 15:43

Xəbər lenti
16 Avqust 15:22

Xəbər lenti
16 Avqust 14:25

Xəbər lenti
16 Avqust 14:20

Xəbər lenti
16 Avqust 14:05

Avropa
16 Avqust 13:42

Dünya
16 Avqust 13:37

Dünya
16 Avqust 13:23

Xəbər lenti
16 Avqust 13:12

Xəbər lenti
16 Avqust 12:34

Xəbər lenti
16 Avqust 12:21

Xəbər lenti
16 Avqust 12:19

Xəbər lenti
16 Avqust 12:18

Xəbər lenti
16 Avqust 12:16

Siyasət
16 Avqust 12:14

Xəbər lenti
16 Avqust 12:06

Xəbər lenti
16 Avqust 11:55

Xəbər lenti
16 Avqust 11:47

Dünya
16 Avqust 11:45

Xəbər lenti
16 Avqust 11:39

Xəbər lenti
16 Avqust 11:37

Xəbər lenti
16 Avqust 11:26

Xəbər lenti
16 Avqust 11:14

Xəbər lenti
16 Avqust 11:00

Ədəbiyyat
16 Avqust 10:58

Ədəbiyyat
16 Avqust 10:55

Mədəniyyət
16 Avqust 10:54

Xarici siyasət
16 Avqust 10:51

Sosial
16 Avqust 10:50

Xəbər lenti
16 Avqust 10:48

Xəbər lenti
16 Avqust 10:46

Xarici siyasət
16 Avqust 10:45

Sosial
16 Avqust 10:43

İqtisadiyyat
16 Avqust 10:41

İqtisadiyyat
16 Avqust 10:30

MEDİA
16 Avqust 10:23

Siyasət
16 Avqust 10:19

İqtisadiyyat
16 Avqust 10:16

Prezident bu gün
16 Avqust 10:14

Siyasət
16 Avqust 10:11

Analitik
16 Avqust 10:08

Gündəm
16 Avqust 10:01

İdman
16 Avqust 09:06

Xəbər lenti
15 Avqust 20:56

Xəbər lenti
15 Avqust 18:50

İdman
15 Avqust 17:45

Xəbər lenti
15 Avqust 17:08

Xəbər lenti
15 Avqust 15:43

Dünya
15 Avqust 15:26

Xəbər lenti
15 Avqust 15:25

Xəbər lenti
15 Avqust 15:23

Xəbər lenti
15 Avqust 15:21

Xəbər lenti
15 Avqust 15:14

İdman
15 Avqust 14:21

Xəbər lenti
15 Avqust 13:44

Dünya
15 Avqust 13:12

Xəbər lenti
15 Avqust 12:30

Xəbər lenti
15 Avqust 11:43

Xəbər lenti
15 Avqust 11:16

Xəbər lenti
15 Avqust 11:08

Xəbər lenti
15 Avqust 10:53

Prezident bu gün
15 Avqust 10:28
