Makron özünü ifşa edir
15.10.2022 [10:51]
Fransa prezidenti Emmanuel Makron Rusiyanı, o cümlədən Azərbaycanı hədəfə alaraq, 30 ilə yaxın işğalçı siyasət yürüdən Ermənistanı dəstəkləyib. Onun “məqsədli təxribat” adlandırdığı sonuncu sentyabr hadisələri məntiqi cəhətdən həqiqətən də təxribat idi. Amma bu təxribatı törədənlər ermənilərdir. Nəinki bu təxribatı, 10 noyabr bəyannaməsinin ardından mütəmadi şəkildə həyata keçirilən bütün təxribatlar məhz Ermənistan tərəfindən reallaşdırılıb. Üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməyən Ermənistan hələ də öz silahlı birləşmələrini Azərbaycan torpaqlarından tam çıxarmayıb. Və bu kimi təxribatlar da məhz həmin silahlı tör-töküntü vasitəsilə həyata keçirilir.
Fransa prezidentinin əsas “gündəminə” çevrilən Ermənistan-Azərbaycan sərhədində baş verənlərə münasibətdə də Makronun ermənipərəstliyi açıq-aşkar görünməkdədir. Makron açıq şəkildə etiraf edir ki, münaqişə əsrlərdir davam edir. Amma qərəzli olaraq mahiyyətə varmır. Ermənilər artıq neçə əsrdir ki, Azərbaycana qarşı haqsız ədavət aparır, torpaq iddiası irəli sürür, soyqırımı həyata keçirir. Fransa prezidenti nədəndirsə, bunları deməyi unudur.
Və nəhayət, əminliklə bildirir ki, Fransa Ermənistanı “tək qoymayacaq”. “Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəd boyu bir neçə yerdən Ermənistana qarşı hücuma keçib. Biz buna görə onları qınadıq. Biz erməniləri tək buraxmayacağıq”. Onsuz da Fransanın Ermənistanı “tək buraxdığı” zaman olmayıb. Hətta ATƏT-in Minsk qrupunun fəaliyyəti dövründə də Fransa vasitəçi kimi yox, ermənilərin dəstəkçisi qismində çıxış edirdi. Vasitəçi neytral mövqeyini qorumalıdır. Fransanın isə heç bir zaman, heç bir məsələdə neytrallığını qoruduğu görünməyib. Tam əksinə, rəsmi Paris işğalçıya daha çox dəstək verirdi, nəinki işğala məruz qalana.
“Avropa İttifaqı qaz tədarükü ilə bağlı saziş imzaladığına görə, bu qurumun Azərbaycana qarşı hansısa formada tolerantlığı varmı”, sualına cavabında Makron qeyd edib ki, Fransa Azərbaycandan qaz almır. Bu isə, Makronun özünüifşasının növbəti bariz nümunəsinə çevrilən fikirdir. Beləliklə də, Fransa dövlət başçısı Azərbaycana münasibətdə qərəzə və yalana yol verir. Bu fikirlər açıq şəkildə erməni lobbisinin dəstəyinə hesablanmış, seçkilərdə onların “səsinin qazanılması” üçün düşünülmüş ucuz manipulyasiyadır.
Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putin də Fransa Prezidenti Emmanuel Makronun bəyanatını səhv və qəbuledilməz adlandırıb. V.Putin bu barədə MDB Dövlət Başçıları Şurasının Astanada keçirilən iclasında bildirib. Putin qeyd edib ki, Rusiya hər zaman Qarabağ daxil olmaqla bütün münaqişələri nizamlamağa səmimi səy göstərib.
Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları...
Azərbaycan Xarici İşlər Nazirliyi də Makronun fikirlərinə münasibət bildirib. XİN Mətbuat xidməti idarəsindən bildirilib ki, Fransa Respublikasının prezidenti Emmanuel Makronun sözügedən müsahibəsində Azərbaycana qarşı yönələn, daha çox daxili auditoriyaya hesablanmış, tamamilə birtərəfli və açıq şəkildə Ermənistanı müdafiə edən fikirləri qəbuledilməzdir və Fransa dövlət başçısının Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamları rədd edirik. Nazirliyin E.Makronun Azərbaycana qarşı söylədiyi fikirlərə dair şərhində vurğulanıb ki, Fransa prezidenti məhz o dövlət başçısıdır ki, Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal atında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, beynəlxalq hüququn fundamental prinsiplərini heçə sayaraq Azərbaycanın ərazi bütövlüyünü və yüz minlərlə azərbaycanlının hüquqlarını kobud şəkildə pozması, BMT TŞ-nin qətnamələrini yerinə yetirməməsi barədə, ölkəsi Minsk Qrupunun həmsədri olmasına rəğmən bir kəlmə də olsun söz deməyib.
“Fransa prezidenti, təəssüf ki, bu günədək Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməməsi, Azərbaycan ərazilərində minalar basdırmaqla bölgədəki təhlükəsizliyə hədə törətməsi barədə də susur”.
Azərbaycan öz növbəsində, hazırda Minsk Qrupunun fəaliyyət göstərməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, Fransa prezidentinin iki ölkə arasında münasibətlərin normallaşması prosesində vasitəçilik təşəbbüslərinə yox deməyib və bu günədək E.Makronun vasitəçiliyi ilə 4 fevral 2022 və 6 oktyabr 2022-ci il tarixlərində dördtərəfli görüşlər baş tutub. Ancaq Fransa prezidentinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər onun vasitəçilik səylərinin neytrallığını və qərəzsizliyini ciddi sual altına alır.
Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları bu ölkənin vasitəçlik səylərinin bir daha nəzərdən keçirilməsini labüd edir”, - Azərbaycan XİN-dən bildirilib.
Makronun fikirləri absurddur
Maraqlıdır, bu barədə, Azərbaycan ictimaiyyətinin fikri necədir? Keçirdiyimiz sorğuda bu suala cavab tapa bildik. Belə ki, 30-dan artıq fərqli təbəqələri təmsil edən şəxslər arasında keçirdiyimiz sorğuda respondentlərin əksəriyyəti - təxminən 80 faizi Makronun fikirlərini absurd adlandırıb. Onlar Fransanın hər zaman Azərbaycana qarşı qərəzli siyasət yürütdüyü fikrindədirlər. Sorğuda iştirak edən respondentlər bildiriblər ki, Fransa prezidenti özü üçün yeni bir vəzifə müəyyənləşdirib - öz dövlətinin yox, ermənilərin mənafeyini qorumaq vəzifəsi. Bu isə, siyasi cəhətdən qeyri-peşəkarlıqdır.
Respondetlərin bəziləri isə prezident Makronun həm Rusiyaya, həm də Azərbaycana qarşı iddialarının arxasında Fransanın yenidən regiona “qayıtmaq” istəyinin dayandığını deyib. Onlar bildiriblər ki, 44 günlük Vətən müharibəsindən sonra regionda formalaşan yeni siyasi reallıqlar Fransanın da üzvü olduğu ATƏT-in Minsk qrupunu tarixin arxivinə yolladı. Fransa da bu və ya digər şəkildə regionda gedən siyasi proseslərə təsir etmək üçün bu kimi qərəzli fikirlər irəli sürür. Buna gedən asan yol isə müti və aciz Ermənistanı “dəstəkləməkdir”.
Respondentlərin az bir hissəsi prezident Makronun açıqlamasından xəbərsiz olduğunu bildirib. Bununla belə, həmin respondentlər də Fransanın hər zaman ermənipərəst siyasət yürütdüyünü, öz davranışlarında beynəlxalq hüquqa deyil, eməni lobbisinin dəstəyinə istinad etdiyini bildiriblər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

