İran silahlarını xaricə sata bilməyəcək?
29.10.2022 [10:38]
ABŞ müttəfiqləri ilə birlikdə İranın istehsal etdiyi silahların ixrac edilməsinə qarşı mübarizə aparacaq
N.BAYRAMLI
İran istehsalı olan silahların, xüsusilə pilotsuz uçuş aparatlarının Rusiya tərəfindən Ukraynaya qarşı istifadə olunması beynəlxalq birliyi ciddi narahat edir. Bir çox ölkələr Ukraynada dinc insanların ölümünə və mülki infrastrukturun dağıdılmasına səbəb olan olan bu silahların Rusiyaya verilməsinə görə rəsmi Tehranı ittiham edir. Amma İran hakimiyyəti bu faktları hər vəchlə təkzib edir, silahlarının Ukraynaya qarşı istifadə olunmadığını bildirir. Bu ölkə onu ittiham edənlərdən sübutlar tələb edir. Belə bir şəraitdə ABŞ-da səfərdə olan İsrail prezidenti İsaak Hersoq İranın pilotsuz uçuş aparatlarının Ukraynada istifadəsini təsdiqləyən fotoşəkillər təqdim edib. O, İran PUA-larının Ukraynadakı müharibədə iştirak etdiyini şəkildə sübut edən iki slayd nümayiş etdirib. Onlardan birində İrana məxsus “Şahid-136” PUA-sı, digərində isə Ukraynada tapıldığı iddia edilən Rusiyaya məxsus “Geran-2” PUA-sı göstərilib. İkinci slaydda daha iki fotoşəkil olub. Ehtimal edilir ki, “Şah?d-136” PUA-nın mühərriki Ukraynada çəkilib.
Bunun ardınca, ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə İran silahlarının xaricə ixrac edilməsinə qarşı səy göstərmək niyyətindədir. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken kanadalı həmkarı Melani Coli ilə Ottavada görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib. Blinken deyib ki, İran Rusiyanı pilotsuz təyyarələrlə təmin edib və onların yerləşdirilməsinə dəstək verib. Onun sözlərinə görə, həm ABŞ, həm də Kanada İranın hərbi təchizatlarına qarşı mübarizəyə davam edəcək.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, cənub qonşumuz olan İranın regional siyasəti hər zaman Qərb dairələrinin diqqət mərkəzindədir. Eləcə də, müxtəlif qrupların maliyyələşdirilməsinə, onlara təlim keçirilməsinə, rəsmi Tehranın öz məqsədləri üçün bu qruplardan istifadə etməsinə qarşı həmişə Qərb KİV-ində məlumatlar tirajlanıb. Eyni zamanda, Qərb Yaxın Şərqdə bu qruplara qarşı mübarizə aparıb. Digər tərəfdən, hazırda dünyada cərəyan edən proseslərdə İran istehsalı olan silahların effektivliyi, məhsuldarlığı, eləcə də Rusiyanın maraqları naminə istifadə olunması da Qərbin diqqət mərkəzindədir. Bu silahların ixracına qarşı məhdudiyyətlərin, sanksiyaların tətbiqi nəzərdən keçirilir.
“Maraqlıdır ki, İran istehsalı olan silahlara maraq da artıb. Hətta bu silahların alıcılarının sayı da çoxalıb. Onların arasında Ermənistan da var. Ermənistanın bunların arasında olması ölkəmiz üçün təhdid kimi dəyərləndirilir”, - deyən həmsöhbətimizin fikrincə, həm kəşfiyyat, həm də kamikadze pilotsuz uçuş aparatlarının Ermənistana verilməsi regional sülhün və sabitliyin pozulması anlamına gəlir. Bu baxımdan, beynəlxalq miqyasda İrana qarşı məhdudlaşdıırcı addımlar atılmalıdır. Bu, həm hazırda kollektiv Qərbin Rusiyaya qarşı məhdudiyyətlərin seqmentini əhatə edir, digər tərəfdən Cənubi Qafqazda təhlükəsizliyə töhfə vermək baxımından bir xüsusi addım kimi dəyərləndirilə bilər. Politoloq qeyd edib ki, Qərb dairələrində, həm də İranın yürütdüyü regional siyasətə qarşı çox ciddi müzakirələr həyata keçirilir: “Maraqlıdır ki, həm Rusiya, həm də İran sözügedən PUA-ların Ukraynada mövcudluğunu inkar edir. Bu da qəbulolunan yanaşma deyil. İran istehsalı olan PUA-ların qalıqları açıq-aşkar şəkildə Ukrayna ərazisində tapılır. Ukraynanın xüsusi xidmət orqanları bu məlumatları yayır. Lakin inkar siyasəti davam etdirilir. Digər tərəfdən, bu PUA-ların detallarının həm də Qərb kolalisyasına daxil olan bəzi ölkələr vasitəsilə istehsalı da təəccüb və maraq doğurur. Düşünürəm ki, bu istehsalçılara qarşı da sanksiyalar tətbiq olunmalı, yaxud istehsal olunan ixracına nəzarət güclənməlidir”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42

