Dünya ictimaiyyətinin əsas tələbi ilə...
02.02.2023 [10:53]
İran yeni sanksiyalarla üz-üzədir
Nicat Dilqəmli
İqtisadi təlatümlər qaçılmazdır
Sanksiyalar dalğasında boğulan İrana qarşı tətbiq edilən qadağaların həcmi artmaqda davam edir. Terror himayədarı olan İranın bu günə qədər bir çox sahədə ciddi məhdudiyyətlərə məruz qalmasına baxmayaraq çirkin niyyətlərindən əl çəkmək istəməməsi yeni sanksiyaların tətbiqini ön plana çıxarır. Qərb və ABŞ məhdudiyyətlərin həcmini artırmaqda, əhatə dairəsini genişləndirməkdə olduqca israrlıdırlar. Elə bir neçə gün öncə ABŞ Ticarət Nazirliyi İrandan olan yeddi təşkilatı Rusiya Silahlı Qüvvələrinə və onun hərbi-sənaye kompleksinə yardım etdiyinə görə “qara siyahı”ya salıb. Müvafiq bildiriş çərşənbə axşamı ABŞ hökumətinin rəsmi sənədlər toplusunun Federal Reyestrinin elektron bazasına daxil olub.
Siyahıya xüsusən aviasiya sənayesinin bir neçə müəssisəsi, eyni zamanda, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələri daxil edilib.
“Bu yeddi təşkilatın ABŞ hökuməti tərəfindən Rusiya Silahlı Qüvvələrinə və onun hərbi-sənaye kompleksinə yardım edərək, ölkəmizin milli təhlükəsizlik maraqlarına və ya ABŞ-nin xarici siyasətinə zidd fəaliyyət göstərdikləri müəyyən edilib”, - sənədin mətnində deyilir.
Bildirilir ki, “qara siyahı”ya düşmək həmin təşkilatlara qarşı ixrac nəzarəti tədbirlərinin tətbiqi deməkdir.
“Uzun müddətdir Qərb tərəfindən İrana qarşı sanksiyalar icra edilir. Amma ümumi nəticələr göstərir ki, sanksiyaların indiki həcmi İranı özünün çirkin niyyətlərindən geri çəkilməyə məcbur edə bilmir”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında siyasi şərhçi Tural İsmayılov səsləndirib. Politoloq deyir ki, İranın aqressiv siyasətinin azalması üçün ona qarşı tətbiq edilən sanksiyaların miqdarını daha da genişləndirmək lazım idi: “SEPAH və “Bəsic” kimi qüvvələrin artıq bir çox sivil ölkələrdə terror təşkilatları kimi tanınmaları ilə bağlı çağırışlara ciddi ictimai dəstək var. Avropada aparılan rəy sorğuları da göstərir ki, Qərb cəmiyyətinin İrana qarşı sanksiyaların sərtləşdirilməsi və eyni zamanda, İranın bir çox hərbi birləşmələrinin rəsmi olaraq terrorçu kimi tanınması cəmiyyətlərin əsas tələbidir”.
T.İsmayılov hesab edir ki, sanksiyaların bu qədər ağırlaşması ölkə daxilindəki indiki xalq üsyanları fonunda İranın vəziyyətini daha da gərginləşdirəcək: “Çünki İran hazırda üzləşdiyi bu çətinliklər fonunda xalqa heç bir alternativ islahat modeli təklif edə bilmir, ölkə daxilində böyük çaxnaşma və qarşıdurmalar var. Və bu sanksiyaların həcminin və miqdarının daha da artırılması İranın daha da təcrid edilməsinə, eyni zamanda, iqtisadi təlatümlərə düçar olmasına səbəb olacaq”.
“Proseslərin bu istiqamətdə irəliləməsi, həm də ondan xəbər verir ki, istər İsrail, istərsə də Avropa artıq İrana qarşı daha kəskin qərarların verilməsinin tərəfdarıdır. Fikrimcə, dünyadakı müxtəlif coğrafiyaların bir çoxunda mövcud olan geopolitik fikir ayrılıqlarına baxmayaraq, İran təxribatlarına qarşı ortaq mövqe mövcuddur. Bununla bərabər İranın özünün yaratdığı, formalaşdırdığı düşmənçilik siyasətinə görə bir çox Şərq ölkələri də bu siyasəti dəstəkləyir və birbaşa olaraq sanksiyalarda iştirak etməsələr də, prosesin bu şəkildə irəliləməsindən məmnunluq hiss edirlər”, - deyə politoloq fikirlərinə əlavə edib.
Bununla yanaşı, Avstraliya da Rusiyaya pilotsuz uçan aparat (PUA) tədarükünə görə İrana qarşı əlavə sanksiyalar tətbiq edəcəyini bildirib. Avstraliyanın xarici işlər naziri Penni Vonqun sözlərinə görə, dronların istehsalı və Moskvaya tədarükü ilə məşğul olan İranın dörd fiziki şəxsinə və dörd qurumuna qarşı maliyyə sanksiyaları tətbiq olunacaq.
“Biz dəyərlərimizə və maraqlarımıza uyğun olaraq, dialoq və diplomatiyadan tutmuş sanksiyalara qədər insan hüquqlarını qorumaq üçün əlimizdə olan bütün strategiyalardan istifadə edirik”, - deyə o bildirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18

