Azərbaycanda internet azaddır və mətbuat azadlığı tam şəkildə tətbiq olunur
19.07.2011 [14:30]
Müasir dövrdə, elm və texnikanın sürələ inkişaf etdiyi bir zamanda həyatın bütün sahələrindəki münasibətlər mütəmadi olaraq, virtual məkana transformasiya olunur. Təbii haldır ki, Azərbaycan da bu prosesdən kənarda qalmır. Bu gün ölkəmizdə iqtisadiyyatın, nəqliyyatın, kommunikasiya xidmətlərinin, sosial ödənişlərin aparılmasının, vergi ödəyicilərinin qeydiyyata alınmasının və digər əməliyyatların kiber sahəyə köçürülməsi prosesi sürətlə gedir.
Əlbəttə ki, bu proses çərçivəsində daha çox diqqəti cəlb edən elektron medianın formalaşması, azad internetin mövcudluğu və insanların sərbəst şəkildə virtual zonaya daxil olaraq, fikir ifadə etməsidir. Bu isə müxtəlif KİV-lər, bloqlar, sosial şəbəkələr vasitəsilə həyata keçirilir. Amma insanlar üçün belə bir imkan heç də hər bir ölkədə yaradılmır.
Lakin çox sevindirici haldır ki, cəmi iyirmi ildir ki, müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında artıq internet azaddır və mətbuat azadlığı da tam şəkildə tətbiq olunur. Bunun nəticəsidir ki, hazırda ölkəmizdə onlarla elektron KİV yaranıb, gənclərin böyük əksəriyyəti bloqlardan, sosial şəbəkələrdən fikir ifadə etmək üçün geniş şəkildə yararlanır. Digər tərəfdən, internet xidmətlərinin qiymətinin aşağı salınması, beynəlxalq çıxışın daha da sütətləndirilməsi faktları isə onu göstərir ki, Azərbaycan dövləti internetin azad olmasında və bu prosesin inkişafında maraqlıdır. Prezident İlham Əliyev Dünya azərbaycanlılarının III qurultayında çıxışı zamanı bildirib ki, biz indi internet dövründə yaşayırıq və Azərbaycanda internet azaddır: “Bu da çox vacib bir məsələdir. Heç bir məhdudiyyət yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 50 faizə çatmışdır. Bəzi hallarda yenə də erməni təbliğatı nəticəsində, yaxud da ki, erməni lobbisinin təsiri altında olan bəzi riyakar siyasətçilər tərəfindən Azərbaycanda guya mətbuat azadlığının olmaması haqqında fikirlər eşidirik. Necə ola bilər ki, azad internet olan ölkədə, internet istifadəçilərinin sayı 50 faiz olduğu təqdirdə, bütün azad mətbuat mövcud olduğu təqdirdə bizə desinlər ki, burada mətbuat azad deyil”.
Qeyd edək ki, cari ilin birinci yarısında ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti 2009- illə müqayisədə 2,7 dəfə artaraq, 40 GB/saniyəyə çatıb. Hazırda Azərbaycan üzrə hər 100 nəfərə təxminən 30 genişzolaqlı internet istifadəçisi düşür. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2,5 dəfə çoxdur.
Beynəlxalq Telekommunikasiya İttifaqının “ICT Price Basket” (“İKT qiymət səbəti”) göstəricisi üzrə Azərbaycan 2009-cu ildəki 99-cu yerdən 2010-cu ildə 46 pillə irəliləyərək 53-cü yerə yüksəlmiş və rabitə tarifləri aşağı salınmış ilk 10 ölkə sırasına daxil edilib. Bundan başqa, 6 ayda dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,8 milyon dəqiqə artaraq 346,9 milyon dəqiqə, çıxış trafikinin həcmi 7,6 milyon dəqiqə artaraq 83,1 milyon dəqiqə təşkil edib.
çox təəssüflər ki, bir çox hallarda ölkəmizin sürətli inkişafı, əldə etdiyi nailiyyətlər Azərbaycanın tərəqqisindən narahat olan bəzi qüvvələr tərəfindən həzm edilmir və buna görə də, ölkəmizə qarşı müxtəlif təzyiq vasitələrindən istifadə olunur. Həmin qüvvələr hər zaman müxtəlif saxta hesabatlarla, dinləmələrlə Azərbaycanda gərginlik yaratmaq haqqında düşünürlər. Amma bir şeyi nəzərə almırlar ki, Azərbaycanda bir çox dövlətlərdən fərqli olaraq, milli hakimiyyət var və xalq-iqtidar birliyi çox güclüdür.
Digər tərəfdən korporativ maraqlar naminə Azərbaycanda narazılıq yaratmaq istəyənlər nədənsə, işğalçı Ermənistandakı vəziyyəti görmür. Məlumat üçün bildirək ki, Ermənistanda nəinki internet məhdudlaşdırılır, azad mətbuat boğulur, hətta insanlar kriminal hakimiyyət tərəfindən didərgin salınır. Vaxtilə Serj Sarkisyanı prezident kimi görmək istəməyən insanlar küçədə güllə-baran edildikdə də həmin qüvvələrdən səs çıxmadı. Ona görə də, xarici qərəzli qüvvələr obyektiv hesabat hazırlamaq və ya dinləmələr keçirmək fikrinə düşsələr, ilk növbədə, müzakirə obyekti kimi işğalçı Ermənistanı götürə bilərlər.
Amma Azərbaycanda hər bir göstərici, sosial araşdırma nəticələrinə görə, əminliklə demək olar ki, ölkəmizdə internet azaddır və insanlar bu sahədə heç bir məhdudiyyətlə üzləşmir.
Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı dövlətimizin başçısı vurğulamışdı ki, Azərbaycan o ölkələrdəndir ki, burada internet azaddır, ona heç bir məhdudiyyət yoxdur: “Demək istəyirəm ki, heç də hər bir ölkədə belə deyildir. Elə ölkələr var ki, orada internet azad deyil, məhdudiyyətlər qoyulur. Bu məhdudiyyətlər, əlbəttə ki, həm bizə bəllidir, həm də bu məsələ ilə bağlı olan, fəaliyyət göstərən beynəlxalq təşkilatlar da bunu bilir. Ancaq nədənsə, bəzi hallarda bu, diqqətdən kənarda qalır. Azərbaycanda isə azad internet fəaliyyət göstərir. Bu bir də onu göstərir ki, biz mətbuat azadlığına çox böyük diqqət veririk və mətbuat azadlığı Azərbaycanda tam şəkildə tətbiq olunur. O beynəlxalq təşkilatlar ki bu sahədə Azərbaycanda problem görmək istəyir, getsinlər öz tövsiyələrini internetin azad olmadığı ölkələrə versinlər. Yaxud da öz ölkələrində azad mətbuatın necə sıxışdırılmasından, - bu yaxınlarda biz bunun əlamətlərini görmüşük, - danışsınlar”.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04

