Dinc əhali separatçı rejimdən qurtulmalıdır
26.07.2023 [10:52]
Nardar BAYRAMLI
Azərbaycan dövləti Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi cəmiyyətimizə inteqrasiyasında qərarlıdır. Bu xüsusda, dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq üzrə Ermənistan öz öhdəliklərinə ciddi şəkildə riayət etməlidir.
Digər tərəfdən, dövlətimiz Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını və təminatını da öz üzərinə götürməyə hazırdır. Lakin həm Ermənistan rəhbərliyi, həm də Rusiya sülhməramlılarının məsuliyyət zonasında mövcud olan erməni separatçıları dinc əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiya edilməsinə imkan vermir. İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev bildirib ki, biz bu məsələ ilə bağlı öz mövqeyimizi dəfələrlə bəyan etmişik və maksimum konstruktivlik göstərmişik: “Lakin təəssüf ki, Qarabağda hakimiyyəti ələ keçirmiş xunta və özlərini gah “prezident”, gah “nazirlər”, gah da “deputatlar” adlandıranlar artıq hər kəsdə gülüş doğurur. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayanları girov götürüblər”.
Şou-aksiyalar mənasızdır
Hazırda Qarabağda qondarma rejim guya bölgədə “humanitar böhranın” olduğunu iddia edərək şou-aksiyalar təşkil edir. Onların məqsədi beynəlxalq birliyi aldatmaq və Laçın-Xankəndi yolundan istədikləri kimi istifadə etməkdir. Çünki aprelin 23-də bu yolun Ermənistanla sərhədin başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması rəsmi İrəvanın və Qarabağ separatçılarının yoldan qanunsuz məqsədlər üçün istifadə etmələrinin qarşısını aldı. Məlumdur ki, Azərbaycanın Həkəri çayı üzərində qurduğu sərhəd nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti tamamilə şəffaf tənzimlənirdi. Qarabağdakı erməni sakinlərimiz çox rahat şəkildə bu keçiddən istifadə edirdilər. Lakin Ermənistanın davamlı siyasi-hərbi təxribatları, eləcə də nəzarət-buraxılış məntəqəsini atəşə tutması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralandı. Və haqlı olaraq Azərbaycan izahat tələb etməyə başladı. Azərbaycanın istəyi bundan ibarətdir ki, Ermənistan bir daha belə halın baş verməyəcəyinə zəmanət versin. Rəsmi İrəvan baş vermiş insidenti üzərinə götürməli, təxribatı törədənlər cəzalandırılmalıdır. Təəssüf ki, Paşinyan hakimiyyəti sülhü pozan hərəkətlərindən boyun qaçırır, əksinə bütün bunlardan Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Lakin Azərbaycandakı diplomatik korpusun nümayəndələri bölgəyə səfər etdilər və əyani şəkildə gördülər ki, Laçındakı postdan tam istifadə etmək mümkündür. Çünki Azərbaycan bütün lazımi şərait yaradıb. Sadəcə, Ermənistanın hərbi təxribatları buna imkan vermir.
Beton plitələr kömək etməyəcək
Azərbaycan humanitar məqsədlər üçün Qarabağ ermənilərinə Ağdam-Xankəndi yolunu təklif edib. Lakin separatçılar bu yolu bağlamaq məqsədilə həmin yola beton plitələr düzüblər. Təkcə bu fakt onların sülhdən uzaq olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, inteqrasiya məsələsi Qarabağın erməni sakinlərinin bu yanlışlardan, onları girov götürən, qul kimi istismar edən bu xuntadan nə vaxt qurtula biləcəyindən asılıdır. “İndi də istismar edirlər, çünki ekofəallar Laçın-Xankəndi yoluna çıxanda, Xankəndidəki sözdə “erməni rəhbərliyi” sadə vətəndaşlara bu yoldan istifadə etməyə icazə vermirdi. Onlar blokpost qoyaraq, bizi blokadada ittiham edirdilər. Bu gün onlar yenə Ağdam-Əsgəran yolunda beton plitələr qoyublar. Siz “nə üçün ərzaq məhsulları başqa ölkədən gətirilməlidir? Axı “Qarabağ Azərbaycandır” dediniz. Elədirmi? Bunu hamı təsdiq edir? Hamı təsdiq edir. Kimsə bunun belə olmadığını deyirmi? Yox. Onda niyə yüklər başqa ölkədən gətirilməlidir? Bu, məntiqə sığmır. Lakin bu jesti qəbul etmək əvəzinə, orada beton bloklar qoyulur. Kim-kimi bloklayır? Ona görə də bütün məsələ bundadır”,- deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycanın mövqeyi budur ki, Qarabağ ermənilərinin cəmiyyətimizə reinteqrasiya prosesi sürətləndirilsin, bölgəni hərbisizləşdirilməklə dayanıqlı sülh təmin olunsun. Prezidentin dediyi kimi, “biz Qarabağdakı erməni azlığının hüquqları və təhlükəsizliyinə əməl etməklə Konstitusiyamız çərçivəsində və Azərbaycanda bu məsələlərin necə həll edilməsi üzrə xeyirxah təcrübə çərçivəsində yenidən inteqrasiya yolu ilə irəliləməyə hazırıq”.
Dövlət başçısının çağırışından nəticə çıxarmalıdırlar
Beləliklə, bu gün Azərbaycanın iqtisadi potensialı, gücü Qarabağdakı erməni sakinlərimizin sosial məsələlərinin həllinə imkan verir. Bu bölgə Azərbaycanın ərazisi olduğu üçün artıq bütün kommunikasiyalar məhz dövlətimizin vasitəsilə həyata keçirilməlidir. Digər tərəfdən, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Ölkəmizdə bir sıra xalqların nümayəndələri bərabər hüquqlar çərçivəsində, təhlükəsizlik şəraitində yaşayırlar. Bu hüquqlar Qarabağın erməni sakinlərinə şamil olunacaq. Ona görə də, Qarabağda yaşayan erməni sakinlər Azərbaycan Prezidentinin çağırışından nəticə çıxarmalı və reinteqrasiya prosesinə başlamalıdırlar. Onların gələcəyi məhz Azərbaycan qanunları ilə yaşamaqdan keçir.
Xəbər lenti
Hamısına baxGündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03

