Mina terroru davam edir...
12.09.2023 [10:15]
Daha bir hərbi qulluqçumuz yaralanıb
Günel ABBAS
Son dövrlərdə Qarabağ iqtisadi rayonundakı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin ərazilərimizə kütləvi şəkildə yeni minalar döşəməsi, bununla da Azərbaycana qarşı mina terroru siyasətini davam etdirməsi müşahidə edilməkdədir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 10-u saat 13:30 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Eminov Xəyyam Mahal oğlu Ağdam rayonu ərazisində bölmələrimizin təminat yolunda qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən təxribat məqsədilə basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb. Bildirilib ki, ilk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün təhlükə yoxdur. Hazırda mühəndis-istehkam bölmələri tərəfindən həmin ərazinin minalardan təmizlənməsi işləri aparılır.
Bölgədə mina problemindən zərərçəkənlərin sayı artmağa davam edir. İnsan hüquqlarının birbaşa pozulması kimi xarakterizə edilən bu vəziyyətdə Ermənistan hələ də lazımi instansiyalar qarşısında cavab vermir, yaxud hər hansı cavabdehliyə sövq edilmir. Hadisə ilə bağlı Ombudsmanın da reaksiyası gecikməyib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Azərbaycan Ordusunun hərbi qulluqçusunun minaya düşməsi barədə reaksiyasında bildirib ki, Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan torpaqlarında basdırılmış minalar insanların həyatına təhlükə yaratmaqda davam edir.
“Təəssüf hissi ilə qeyd etmək istərdim ki, dəfələrlə tələb edilməsinə baxmayaraq, Ermənistan tərəfi minalanmış ərazilərin dəqiq xəritələrini ölkəmizə təhvil verməkdən hələ də boyun qaçırır. Beynəlxalq ictimaiyyətin, nüfuzlu beynəlxalq təşkilatların mina terroru ilə əlaqədar Ermənistana təsir göstərməməsi onların bu cür təxribatlar törətməkdə davam etməsinə, nəticədə çoxsaylı insan itkisinə və ya ağır xəsarətlərə səbəb olmaqdadır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, Ermənistanın bu təxribatlarını qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti hərbi qulluqçularımızın, eləcə də mülki şəxslərin həyatına təhlükə yaradan mina terrorunun qarşısının alınması və dəqiq mina xəritələrinin ölkəmizə təqdim edilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıram”, - deyə S.Əliyeva vurğulayıb.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bu gün Azərbaycan dünyada ən çox mina çirklənməsinə məruz qalan ölkələrdən biridir: “Mina ilə çirklənmiş digər bölgələrdən fərqli olaraq Azərbaycan ərazilərinin minalanması Ermənistanın dövlət siyasəti çərçivəsində həyata keçirilib. Eyni zamanda proses hazırda da bu və ya digər formada davam edir. Belə ki, müharibədən sonra işğaldan azad olunmuş ərazilərimizdə 2021-ci il Ermənistan istehsalı minaları aşkar etməyimiz İrəvanın müharibə cinayətlərindən könüllü şəkildə imtina etmək niyyətində olmadığını göstərir. Digər tərəfdən, üzərinə öhdəlik götürməsinə baxmayaraq Ermənistan dəqiq mina xəritələrini hələ də təqdim etməməklə 2020-ci ilin noyabrından etibarən 300-dən çox insanın davam edən müharibə cinayətlərinin qurbanına çevrilməsinə səbəb olub”.
Ç.Qənizadə beynəlxalq ictimaiyyətin hələ də lazımi səylər göstərmədiyini qeyd edib: “İri güclərin heç biri tərəfindən Ermənistanın mina xəritələrini təhvil verməsinə dair çağırış almırıq. Ayrı-ayrı psevdo siyasilərin müdafiəsinə qalxan Avropa Parlamenti bir dəfə də olsun 2 ildə 300-dən çox insanın mina qurbanına çevrilməsini gündəmə gətirməyib. Əksinə, Fransanın, Avropa Birliyinin simasında biz ləyaqətsiz formada çağırışlar eşidirik ki, Azərbaycan Laçın yolunu hərbi daşımalar üçün açsın və Ermənistan, İran və digərləri separatçılara yeni istehsal minalar daşısın və onlar da Azərbaycan ərazilərini minalasınlar. Bu açıq formada terrora və müharibə cinayətlərinə dəstəkdir”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14

