Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / BMT-dən Azərbaycanın ərazi bütövlüyünə dəstək

BMT-dən Azərbaycanın ərazi bütövlüyünə dəstək

14.09.2023 [10:45]

Ermənistan çağırışlara əməl etməlidir, əks halda...

Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin sentyabrın 9-da qondarma “prezident seçkiləri” keçirməsi Azərbaycanın Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Artıq bir sıra beynəlxalq təşkilatlar və dövlətlər həmin saxta “seçkiləri” pisləyib və Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bir daha ifadə ediblər.

Stefan Dyujarik BMT TŞ-nin qətnamələrini xatırladıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) da separatçı erməni rejiminin “prezident seçkiləri”nə münasibət bildirib. BMT Baş katibinin nümayəndəsi Stefan Dyujarik bəyanatla çıxış edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladaraq bildirib ki, bu qətnamələr Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edir. BMT Baş katibinin nümayəndəsi Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa və suverenliyinə hörmətlə yanaşmağa çağırıb. Stefan Dyujarik Azərbaycanla Ermənistanı qarşılıqlı münasibətləri normallaşdırma prosesini sürətləndirməyə dəvət edib və nəzərə çatdırıb ki, bu, regionun təhlükəsizliyi üçün çox əhəmiyyətlidir.

Ümumiyyətlə, Azərbaycan ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız dövlətimizin Konstitusiyası və qanunları təşkil edir. Azərbaycan ərazilərində yaradılmış qondarma separatçı rejim isə  30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin nəticəsidir. Azərbaycanın suveren ərazilərində yaradılmış və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan bu rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvəsi yoxdur. Qondarma “seçkilər” Ermənistanın son dövrdə xüsusilə kəskinləşən təxribatçı və təhrikedici fəaliyyətinin daha bir elementi olmaqla, bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbədir. Qanunsuz “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətinin davam etməsi üçün addımlar atan Ermənistan və onun yaratdığı qondarma rejim sülh prosesində həqiqətən maraqlı deyil və bunun əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub. Bu baxımdan, BMT Baş katibinin nümayəndəsinin Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa və suverenliyinə hörmətlə yanaşmağa çağırması təqdirəlayiqdir.

27 il kağız üzərində qalan qətnamələr

Ermənistan öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialara son qoymalı, normallaşma prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Ermənistanın Azərbaycanın öz suveren ərazisində yaşayan etnik ermənilər ilə təmaslara mane olması ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdiddir. Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaqdır. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.

Stefan Dyujarikin xatırlatdığı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə gəlincə, sözügedən dörd qətnamə 1993-cü ildə qəbul olunub və bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Hansı ki, həmin il Ermənistanın işğalı daha geniş miqyas almışdı və bu da bir neçə rayonun hərbi təcavüzün qurbanı olması ilə nəticələnmişdi. Lakin həmin qətnamələr 27 il kağız üzərində qaldı və beynəlxalq birlik, o cümlədən BMT buna görə Ermənistana heç bir təzyiq göstərmədi.

Artıq vəziyyət dəyişib

Həmin  qətnamələrin 27 il ərzində yerinə yetirilmədiyi halda bir sıra  münaqişə və böhranlarla bağlı qəbul edilən qətnamələrin icrasında çeviklik müşahidə olundu. Belə nümunələrin olmasına baxmayaraq, Azərbaycan uzun müddət qərəzli yanaşma ilə üzləşdi. Söhbət ölkəmizin 30 ilə yaxın işğal altında qalmış ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə əlaqədar təşkilat tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrin yerinə yetirilməməsindən gedir. Əlbəttə ki, bu fakt  Birləşmiş Millətlər Təşkilatının nüfuzuna, reputasiyasına zərbə, beynəlxalq hüquq normalarına hörmətsizlik, laqeydlik və etinasızlıq idi. Azərbaycan bu ədalətsizliyi öz gücü ilə aradan qaldırdı, 2020-ci ildə hərbi-siyasi resursları vasitəsilə münaqişəni həll etməklə beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etdi. Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin Azərbaycanın özü tərəfindən icra olunması BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə hal oldu.

Artıq vəziyyət dəyişib, 44 günlük müharibə nəticəsində torpaqlarını işğaldan azad edən Azərbaycan bölgədə yeni reallıqlar yaradıb. Ermənistan müharibədən keçən dövr ərzində dəfələrlə təxribatlara əl atsa da, bunun acı nəticələrini yaşayıb. Çünki Azərbaycan ordusu qarşı tərəfi bu təxribatlara görə peşman edib. Bu baxımdan, rəsmi İrəvan bundan sonra  BMT Baş katibinin nümayəndəsi Stefan Dyujarikin “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və suverenliyinə hörmətlə yanaşmalıdır” çağırışına ciddi əməl etməlidir. Əks halda, yenə peşman olacaq.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünyaya sülh gərək!

21 Sentyabr 11:45

İqtisadiyyat

MEDİA

Vətən naminə...

21 Sentyabr 11:35

Xəbər lenti

Xəbər lenti

Antiterror tədbirləri

21 Sentyabr 11:20

Siyasət

Xarici siyasət

İrəvan qarışıb

21 Sentyabr 11:12

Siyasət

Xəbər lenti

3 bəyanat, 1 hesabat...

21 Sentyabr 11:07

Xəbər lenti

Siyasət

Yevlax görüşü...

21 Sentyabr 10:36

Siyasət

Növbəti ikili standart

21 Sentyabr 10:22

Siyasət

Əsrə bərabər 1 gün!

21 Sentyabr 10:01

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30