Ağır həftənin qalibi Azərbaycan
27.09.2023 [12:20]
Sentyabrın 19-da Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində lokal antiterror tədbirləri reallaşdırdı. Bu, Azərbaycanın həm hüquqi, həm də mənəvi baxımdan atdığı doğru və ədalətli addım idi. Xarici dəstəkçilərinin “sülhsevər” adlandırıb ərköyünləşdirdiyi ermənilər, 44 günlük müharibədən keçən 3 il ərzində nə sülh sazişi bağlamağa çalışdılar, nə də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ali şərtlərini qəbul etmək istədilər. Əksinə, “revanş” arzusu ilə xaricdəki lobbi təşkilatlarını “xod”a salıb, yenidən maliyyə və silah tədarük etməyə, təxribatlar törətməyə, Qarabağda yaratdıqları qanunsuz xunta rejimi ilə bağlı xülyalar qurmağa başladılar. Bütün bunlardan sonra təbii olaraq, Azərbaycanın səbri tükəndi. Qarabağdakı silahlı qruplaşmalara, terrorçulara dəfələrlə silahı yerə qoyub dinc yolla təslim olmaq çağırışları edildi. Lakin qarşı tərəf nəinki bu müraciətləri eşitdi, əksinə, Azərbaycan ərazilərinə qeyri-qanuni şəkildə silah-sursat daşımağa, terror yuvalarının sayını artırmağa başladı. Beləliklə, Azərbaycan üçün başqa seçim imkanı qalmadı. Azərbaycan tam məntiqli şəkildə bütün dünya ölkələrinin etdiyi və ya edə biləcəyi bir addımı atdı: öz ərazilərini terrorçulardan təmizləmək üçün lokal antiterror tədbirlərinə başladı ki, 24 saatlıq qısa zaman çərçivəsində lazımi nəticələr əldə olundu.
Hərb meydanında ard-arda zəfər qazanan Azərbaycan beynəlxalq müstəvidə də eyni “performansı” təkrarlayır. Ölkəmizə qarşı “beynəlxalq təzyiq” kampaniyası başlatmağa çalışan, min bir yolla təsir imkanları axtaran bəzi güclər isə “diplomatik tatamidə” açıq məğlubiyyətə uğrayırlar. Çünki Azərbaycan bütün istiqamətlərdəki fəaliyyətini beynəlxalq hüquq standartlarından kənara çıxmadan həyata keçirir. Son hadisələrdə də Azərbaycan bütün addımlarında beynəlxalq hüquqa, konvensiyalara istinad edirdi. BMT TŞ-nin Qarabağla bağlı çağırdığı dinləmədə Azərbaycan əleyhinə çıxış edən Fransa, Almaniya kimi ölkələrin nümayəndələri öz çıxışlarında Azərbaycanın beynəlxalq qanunları pozmasına dair bircə fakt belə, göstərə bilmədilər - yalnız boş sözlərdən və əsassız ifadələrdən başqa heç bir şey səslənmədi. Erməni lobbisinin yazıb verdiyi kağızı üzündən oxuyan alman və fransız diplomatların gücü yalnız Qarabağdakı erməni əhalisinin vəziyyəti ilə bağlı böhtan atmağa və qara yaxmağa çatdı ki, onları da ölkəmizin xarici işlər naziri Ceyhun Bayramov faktlarla susdurdu. Və məlum olduğu kimi BMT TŞ-nin iclası heç bir sənəd qəbul edilmədən başa çatdı. Beləliklə, Fransanın ermənidən artıq ermənipərəst davranışı Makron hakimiyyətinin Afrikadan qovulduqdan sonra növbəti məğlubiyyəti kimi yadda qaldı.
Haqlı mübarizəsində Azərbaycana beynəlxalq səviyyədə dəstək verən ölkələr arasında Türkiyə və İsrail dövlətlərindən sonra Macarıstan da yer aldı. Macar qardaşlarımız Azərbaycanın apardığı antiterror tədbirlərinə görə Aİ ölkələri tərəfindən ölkəmiz əleyhinə birgə bəyanat verilməsinə veto qoydu.
Bu məsələlərdə bəzi ölkələrin qərarsızlığı, bəzi hallarda isə tərəzinin gözünü “əyməsi” də diqqətdən yayınmadı - hətta həmin ölkələrin nüfuzlu siyasi analitikləri belə bu kimi məqamları tənqid hədəfinə çevirir. Məsələn, tanınmış xarici siyasət üzrə ekspert Brenda Şaffer “X” sosial şəbəkəsində postsovet məkanında müxtəlif geosiyasi münaqişələrlə bağlı ölkə mediası və beyin mərkəzlərinin qeyri-ardıcıl mövqeyini belə şərh edib: “Ukrayna öz ərazisində Rusiya qoşunlarına qarşı mübarizə aparanda KİV-in reaksiyası belə olur: “Yaşasın Ukrayna!”. Gürcüstanda oxşar münaqişədə isə “İrəli, Gürcüstan” yazırlar. Ancaq Azərbaycan 10 min erməni qoşununu öz ərazisindən çıxarılmasını təmin etmək istəyəndə bu addım bəyənilmir, reaksiya belə olur: “Azərbaycanı dayandırmaq lazımdır!”
Tanınmış analitikin bu cür sərrast məntiqi qarşısında başqa nə söyləmək olar ki? Xanım Şafferin irad tutduğu məsələ - ikili standartlar, tarix boyu Şərqə münasibətdə yeridilən tərs siyasətdir.
Azərbaycana qarşı səbəbsiz qərəz, Ermənistana qarşı yersiz “canıyananlıq” isə bəzi hallarda müasir dövrdə xristian təəssübkeşliyinin hələ də qalmaqda olduğunu hiss etdirir. Ermənilər bu incə nöqtədən mümkün qədər yararlana bilirlər. 44 günlük müharibədə Ermənistan ordusu dünyanın gözü qarşısında Azərbaycanın müharibə zonası olmayan şəhərlərini, yaşayış binalarını nədən raket atəşinə tuturdu? Məqsəd çox çirkin, məkrli bir plana xidmət edirdi: uşaqların qətlə yetirilməsinə dözməyən Azərbaycan tərəfi qəzəblənsin, düşmənə öz metodu ilə onların dinc insanlarına atəş açmaqla cavab versin. Beləliklə də Azərbaycanın öz ərazisi olan Qarabağda apardığı hərbi əməliyyatlar lokal statusdan çıxaraq, Azərbaycan - Ermənistan müharibəsinə çevrilsin. Bundan o tərəfi isə artıq məlumdur. Erməni lobbi təşkilatları dünyanın xristian qütbünü bu müharibəyə cəlb etsin, “müsəlman türkləri tərəfindən öldürülən yazıq xristian ermənilərə” köməyə gəlsinlər. Lakin Azərbaycan lideri İlham Əliyevin uzaqgörən məntiqi bu eybəcər planın reallaşmasına imkan vermədi. Azərbaycan ordusu ermənilərin mülki obyektlərinə atəş açmadı. Ermənistan isə tarixə öz adını “uşaq qatili” kimi yazdırdı. Təəssüflər olsun ki, 2020-ci ildə Ermənistan ordusunun törətdiyi müharibə cinayətləri, bəzi dost ölkələr istisna olmaqla, beynəlxalq aləm tərəfindən susqunluqla qarşılandı.
Bütün bunlardan sonra özlərini beynəlxalq hüququn qarantı kimi aparan ölkələrin öz ərazisini terrorçulardan təmizlədiyinə görə Azərbaycana söz demək haqqı ümumiyyətlə yoxdur, olmamalıdır! Çünki yazdıqları və bütün dünya ölkələrinə imzalatdıqları beynəlxalq norma və prinsipləri ilk növbədə onların özləri pozurlar.
Azərbaycan isə vicdanla, ləyaqətlə, humanizmlə, ədalətlə dövlət sərhədlərini bərpa edir, ərazilərini qanunsuz silahlı dəstələrdən təmizləyir. Artıq terrorçulardan təmizlənmiş ərazilərdə inzibati strukturların, dövlət qurumlarının və daxili nizam-intizamın qurulması proseslərinə start verilib. Ali Baş Komandanımız İlham Əliyevin söylədiyi kimi: “Heç bir qüvvə bizi haqq yolumuzdan dayandıra bilməz!”
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxSiyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08

