Zəngilan, günün mübarək!
20.10.2023 [11:18]
Təqvimin oktyabr ayı. İş elə gətirib ki, Azərbaycanın dilbər guşələrindən biri olan Zəngilan rayonunun işğal altına düşməsi də, işğaldan azad olunması da məhz oktyabr ayına təsadüf edir. Rayonun mənfur düşmən tərəfindən işğalı 30 il bundan əvvəl 1993-cü il 29 oktyabr tarixində baş vermişdi. Üç il bundan əvvəl-2020-ci il oktyabrın 20-də isə rayon işğaldan azad edildi. Bu ilin yanvarında isə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə həmin tarix Zəngilan şəhəri günü kimi qeyd edilir.
İşğaldan əvvəl
Zəngilan rayonu inzibati ərazi vahidi kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, Cənubdan İran İslam Respublikası, Qərbdən Ermənistan ilə həmsərhəddir. Bakı-Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Rayonun ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox idi. İqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edirdi.
İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 34 ümumtəhsil məktəbi, texniki peşə və musiqi məktəbləri, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu fəaliyyət göstərirdi. Rayonun iqtisadi potensialı kifayət qədər güclü idi. Belə ki, işğala qədər rayonda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vejnəli qızıl, ehtiyatları 6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min m3 təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yataqları olub. Məşhur Çinar meşələri də Zəngilan rayonunun ərazisində yerləşirdi.
27 illik işğal dövründə mənfur düşmən digər yaşayış məntəqələrimizdə olduğu kimi, Zəngilanda da bütün abidələri, evləri, mülki infrastrukturu dağıdıb, sərvətlərimizi vəhşicəsinə talan edib. Ermənilərin vandalizm əməlləri Çinar meşələrindən, Bəsitçay Dövlət Təbiət Qoruğundan da yan ötməyib. Buradakı qiymətli ağaclar qırılaraq Ermənistana daşınıb və mebel sənayesində istifadə olunub.
Zəngilanda yeni dövr
44 günlük müharibə başa çatandan sonra isə işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Zəngilan rayonunun da yeni dövrü başlayıb-bərpa və quruculuq dövrü. Zəngilan rayonunda da bərpa layihəri bir neçə istiqamətdə aparılır. Əsas iqtiqamətlərdən biri zəruri infrastruktur yaradılmasını əhatə edir. Postmüharibə dövründə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir neçə dəfə Zəngilana səfərə gələrək burada ayrı-ayrı layihələrin icrasına başlanılması mərasimlərinə qatılıblar. Elə bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna növbəti səfərləri çərçivəsində burada çoxsaylı tədbirlərə qatılıblar və inşası tamamlanan beynəlxalq səviyyəli hava limanında yaradılan şəraitlə tanış olublar. Rayonun ərazisində infrastruktur obyektlərinin tikintisi ilə yanaşı, tarixi abidələrin bərpasını əhatə edən layihələrin də icrasına start verilib. Ermənilərin törətdikləri vandalizm əməllərini kəskin qınayan Prezident İlham Əliyev bildirib ki, burada dağıdılmış bütün abidələr bərpa olunacaq.
Zəngilan rayonunun əsrarəngiz təbiətinə vurlan ziyanın aradan qaldırılması, xüsusilə də buradakı Bəsitçay qoruğunun bərpası dövlət başçısının diqqət mərkəzində saxladığı məsələdir. Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində Bəsitçay qoruğunda çinar ağacları əkmələri və Bəsitçaya balıq buraxmaları bu istiqamətdə atılan ilk addım oldu. 20 oktyabr 2021-ci il tarixində isə Prezident İlham Əliyev Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sənədə əsasən, qoruğun fəaliyyətinin təşkil edilməsi üçün bir sıra zəruri tədbirlərin görülməsi nəzərdə tutulur. Xatırladaq ki, Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılıb. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Qoruğun ərazisində ermənilərin kəsib doğradıqları ağacların yaşı təqribən 200-300 ilə bərabər idi.
Əlamətdar haldır ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa məhz Zəngilan rayonunda start verilib. Rayonun Ağalı kəndində müasir yanaşmalar əsasında inşa olunan ilk “Ağıllı kənd”ə artıq bir neçə mərhələdə sakinlərin köçürülməsi təmin olunub. Burada 27 il ərzində ağır məcburi köçkünlük taleyi yaşayan sakinlər üçün hər cür rahatlıqlar təmin edilib. Qeyd edək ki, işğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1 504 nəfər). Doğma yerlərə qayıdan ağalılar bunu həyatlarının ən xoşbət anları kimi dəyərləndirirlər.
MÜBARİZ
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
01 Dekabr 20:59

İdman
01 Dekabr 19:40

Dünya
01 Dekabr 18:42

Xəbər lenti
01 Dekabr 18:01

Xəbər lenti
01 Dekabr 17:46

Xəbər lenti
01 Dekabr 17:09

Xəbər lenti
01 Dekabr 16:30

Xəbər lenti
01 Dekabr 16:10

Xəbər lenti
01 Dekabr 15:49

Xəbər lenti
01 Dekabr 15:33

Xəbər lenti
01 Dekabr 15:24

Dünya
01 Dekabr 15:21

Xəbər lenti
01 Dekabr 15:06

Xəbər lenti
01 Dekabr 14:53

Xəbər lenti
01 Dekabr 14:23

Xəbər lenti
01 Dekabr 14:09

Xəbər lenti
01 Dekabr 13:40

Xəbər lenti
01 Dekabr 13:26

Xəbər lenti
01 Dekabr 13:07

YAP xəbərləri
01 Dekabr 12:58

Xəbər lenti
01 Dekabr 12:50

Xəbər lenti
01 Dekabr 12:48

Xəbər lenti
01 Dekabr 12:23

Xəbər lenti
01 Dekabr 12:22

Xəbər lenti
01 Dekabr 12:20

Xəbər lenti
01 Dekabr 12:07

Xəbər lenti
01 Dekabr 12:03

Xəbər lenti
01 Dekabr 11:44

Xəbər lenti
01 Dekabr 11:39

Ədəbiyyat
01 Dekabr 11:30

Xəbər lenti
01 Dekabr 11:26

Xəbər lenti
01 Dekabr 11:20

Xəbər lenti
01 Dekabr 11:04

Analitik
01 Dekabr 11:00

Siyasət
01 Dekabr 10:55

Xəbər lenti
01 Dekabr 10:52

MEDİA
01 Dekabr 10:50

Gündəm
01 Dekabr 10:47

Siyasət
01 Dekabr 10:45

Siyasət
01 Dekabr 10:40

Siyasət
01 Dekabr 10:35

Sosial
01 Dekabr 10:30

Xəbər lenti
01 Dekabr 10:25

İqtisadiyyat
01 Dekabr 10:20

Xəbər lenti
01 Dekabr 10:15

Xarici siyasət
01 Dekabr 10:10

Xəbər lenti
01 Dekabr 10:05

Gündəm
01 Dekabr 10:00

Xəbər lenti
01 Dekabr 09:57

Gündəm
01 Dekabr 09:52

Gündəm
01 Dekabr 09:46

Xəbər lenti
30 Noyabr 23:29

Xəbər lenti
30 Noyabr 22:47

Xəbər lenti
30 Noyabr 20:52

Xəbər lenti
30 Noyabr 18:49

Xəbər lenti
30 Noyabr 18:02

Xəbər lenti
30 Noyabr 17:55

Xəbər lenti
30 Noyabr 17:25

Xəbər lenti
30 Noyabr 17:20

Gündəm
30 Noyabr 17:15

Xəbər lenti
30 Noyabr 16:42

Xəbər lenti
30 Noyabr 16:28

Xəbər lenti
30 Noyabr 16:04

Xəbər lenti
30 Noyabr 16:00

İqtisadiyyat
30 Noyabr 15:43

Xəbər lenti
30 Noyabr 15:09

Xəbər lenti
30 Noyabr 15:07

Xəbər lenti
30 Noyabr 15:05

Xəbər lenti
30 Noyabr 15:02

Xəbər lenti
30 Noyabr 14:32
