İki yol ayrıcında...
07.11.2023 [10:27]
Hindistanın Ermənistanda baza açması sülhə, əməkdaşlığa və beynəlxalq öhdəliklərə təhdid yaradır
Daima fərqli “çətirlər altında” yaşamağa öyrəşmiş Ermənistan bu dəfə fərqli ampluada gündəmə gələ bilər. Belə ki, budəfəki “çətir” beynəlxalq münasibətlər sistemində özünə “yer etməyə çalışan” Hindistan ola bilər. Qərbin Cənubi Qafqaz siyasətində ən azından Ermənistan üçün ardıcıl olmaması deyəsən İrəvanı üzü şərqə çevirirb. Onsuz da son zamanlar silah alveri predmeti ilə adı yanaşı çəkilən Hindistan-Ermənistan “əməkdaşlığının” sərhədləri daha da genişlənə bilər. Münasibətlər hətta silah alverindən “hərbi baza” yaratmaq müstəvisinə transfer olunma ehtimalını özündə ehtiva edir.
Dehli Ermənistanı “şirnikləndirir”...
Belə ki, Hindistan ordusunun istefada olan generalı Aşok Kumar Ermənistana təkcə peşəkar hərbi təlimatçıların deyil, həm də məhdud hərbi kontingentin göndərilməsini təklif edib. Bu barədə o, “Firstpost.com” saytında dərc olunan məqaləsində bildirib. Kumar yazıb ki, Bakı ilə İrəvan arasında sülh sazişinin qaçılmaz olmasına baxmayaraq, Ermənistanın milli maraqlarını qorumaq üçün güclü orduya ehtiyacı var və Hindistan bu işdə “ən səmərəli şəkildə” kömək etməyə hazırdır: “Silahlı qüvvələrin strukturu, təşkili, komandanlıq və nəzarət sistemi, hərbi əməliyyatların texnikası, doktrinası və taktikası, eləcə də ordunun ruhu daha önəmlidir. Bəlkə də bu səbəblər Ermənistanın 1994-cü ildə başa çatan Birinci Qarabağ müharibəsində qalib gəlməsini şərtləndirmişdi. Ona görə də Ermənistanın müdafiə qüvvələrinin güclü və zəif tərəflərini yenidən qiymətləndirməsi zəruridir. Bu, onlara təkmilləşdirməyə ehtiyacı olan sahələri müəyyən etməyə kömək edəcək. Yaxşı olar ki, Ermənistan hansısa etibarlı ölkənin köməyindən öz müdafiə qüvvələrini gücləndirmək, o cümlədən onları döyüşə hazır vəziyyətə gətirmək üçün istifadə etsin. Və Hindistan Ermənistanda “Hindistan Ordusunun Təlim Qrupu (IATT)” yaratmaq üçün seçim ola bilər”.
Kumarın fikrincə, IATT təlimatçılarının Ermənistanda yerləşdirilməsi bir neçə səbəbə görə vacibdir ki, bunlardan biri də Ermənistanın həm Naxçıvan, həm də Azərbaycanın əsas ərazisi ilə həmsərhəd olmasıdır. Ona görə də Zəngəzur dəhlizində hərbi əməliyyatlar başlasa, Ermənistan iki cəbhədə vuruşmalı olacaq: “Dünyada indiki coğrafi münaqişədə Ermənistana kömək etmək üçün Hindistandan yaxşı ölkə ola bilməz”.
Aşok Kumar xatırladıb ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyanın silah ixracatı imkanları xeyli azalıb və bu vəziyyətdə Hindistan Ermənistanın müdafiə qüvvələri üçün müdafiə avadanlığının əsas təchizatçılarından birinə çevrilir.
Rusiyanın hərbi bazası, Qərbin yarımmülki “missiyası”...
Bəli, ərazisini hərbi poliqona çevirən Ermənistan nəinki regionda, böyük bir coğrafiyada mühüm təhdid kimi qiymətləndirilir - hazırda bu dövlətin ərazisində uzun illərdən bəri mövcud olan 102-ci Rusiya Hərbi Bazası və Aİ-nin “müşahidə missiyası” adı altında fəaliyyət göstərən Qərb “jandarmeriya-kəşfiyyat sistemi” fəaliyyət göstərir.
Qeyd edək ki, 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistan Rusiyaya məxsus hərbi bazanın öz ərazisində 2044-cü ilə kimi qalmasına icazə verdi. Eyni zamanda, Ermənistanın sərhədlərinin böyük qismini məhz Rusiya hərbi kontingenti qoruyur.
Qərb “jandarmeriya” kontenjanı isə müşahidə missiyası adı altında xüsusi korporativ maraqların təcəssümü kimi İrəvanın sərhədləri daxilində fəaliyyət göstərməkdədir. Bu, daha çox Fransanın timsalında Qərbin Cənubi Qafqaza daxil olma yollarının araşdırılmasının “axtarışıdır”. Missiyanın tərkibində keçmiş xüsusi xidmət orqanları və hərbiləşdirilmiş kəşfiyyat sistemlərinin rəhbərləri təmsil olunur ki, bu amil də sözügedən missiyanın heç də yalnız “müşahidə” aparmadığını deməyə əsas verir.
Hindistanın baza “arzuları”...
Hindistana gəldikdə isə, bu ölkə ordusunun sayına görə, dünyada ilk sıralarda yer almaqdadır. 2022-ci ilin statistikasına görə, Hindistan Silahlı Qüvvələrində 1,460,350 nəfər xidmət edib. 2021-ci ildə hərbi xərclərə görə Hindistan ABŞ, Çin və Böyük Britaniyadan sonra dünyada 4-cü yerdə qərarlaşıb - 65,1 milyard dollar büdcədən hərbi xərclərə ayrılıb.
Eyni zamanda, Hindistan 20 kilotonluq nüvə qurğusunun ilk sınağını 1974-cü il mayın 18-də Racastandakı Pokharan poliqonunda keçirib. Sonrakı dövrlərdə Hindistan 1998-ci ildə 5 yeraltı nüvə sınağı həyata keçirərək rəsmi olaraq nüvə dövlətinə çevrildi. Bu dövlətin silahlı qüvvələrinin strukturunda nüvə qüvvələrini idarə etmək üçün xüsusi struktur yaradılıb - NCA (Nuclear Command Authority), Nüvə Komandanlığı İdarəsi təkcə hərbi deyil, həm də hərbi-siyasi idarəetmə orqanıdır. Nüvə komandanlığı müdafiə maraqları naminə nüvə planlaşdırması ilə məşğul olur. Quruma ölkənin baş naziri rəhbərlik edir.
Hindistan ayrı-ayrı vaxtlarda başqa ölkələrdə hərbi baza yaratmaq istəyinə düşsə də. Onun arzusu reallaşmayıb - məsələn, hələ 2003-cü ildə Hindistan rəhbərliyi Tacikistanda hərbi baza yaradacağı ilə bağlı informasiya yaysa da, rəsmi Düşənbə bunu təkzib etmişdi.
Son dövrlərdə isə rəsmi Delhinin adı Ermənistan ilə silah alverində hallanıb. Ermənistan KİV-in yaydığı məlumata görə, hətta Hindistandan Ermənistana silah tədarükünə dair müqavilə imzalanıb. Sənəddə Hindistanın Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcəyi göstərilib. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir. Bu silahlar Hindistanın yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə olunur. Qeyd edək ki, silahların Ermənistana daşınmasına Rusiya öz ərazisindən yol verməmişdi...
“Bandunq prinsipləri”nə zidd mövqe...
Hindistanın bu hərəkətləri Cənubi Qafqaz üçün hərbi təhdidlər formalaşdırmaqla yanaşı, Delhinin təmsil olunduğu Qoşulmama Hərəkatının prinsipləri ilə ziddiyyət təşkil edir. Xatırladaq ki, bu ilin iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüşü zamanı demişdi ki, Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlar apardığı bir vaxtda Hindistanın bu ölkəyə öldürücü silahlar tədarük etməsi Ermənistanın militarizasiyasına və vəziyyətin gərginləşməsinə yol açır və Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına maneələr törədir. Bu, həm də Hindistanın özünün bəyan etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti, eləcə də bu ölkənin də təmsil olunduğu Qoşulmama Hərəkatının tarixi “Bandunq prinsipləri” ilə uyğun gəlmir.
Belə ki, bu prinsiplərin “G” bəndinin müvafiq bölmələrində Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinin əsas götürülməsi, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi, hər hansı bir ölkənin başqa ölkələrə təzyiq etməkdən çəkinməsi kimi müddəalar yer alır.
SADİQ
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
06 Dekabr 20:28

Siyasət
06 Dekabr 18:14

Siyasət
06 Dekabr 17:01

Dünya
06 Dekabr 16:20

Xəbər lenti
06 Dekabr 15:45

Xəbər lenti
06 Dekabr 15:31

Xəbər lenti
06 Dekabr 15:05

Xəbər lenti
06 Dekabr 15:04

Siyasət
06 Dekabr 14:21

Xəbər lenti
06 Dekabr 13:56

Xəbər lenti
06 Dekabr 13:44

Xəbər lenti
06 Dekabr 13:29
.jpg&width=120)
Xəbər lenti
06 Dekabr 13:26

Xəbər lenti
06 Dekabr 13:20

Mədəniyyət
06 Dekabr 13:08

Xəbər lenti
06 Dekabr 13:04

Mədəniyyət
06 Dekabr 12:44

Xəbər lenti
06 Dekabr 12:06

Xəbər lenti
06 Dekabr 11:57

Xəbər lenti
06 Dekabr 11:49

Siyasət
06 Dekabr 11:47

Xəbər lenti
06 Dekabr 11:45

Xəbər lenti
06 Dekabr 11:40

Xəbər lenti
06 Dekabr 11:38

Siyasət
06 Dekabr 11:27
.jpg&width=120)
Xəbər lenti
06 Dekabr 11:25

Sosial
06 Dekabr 11:23

Xəbər lenti
06 Dekabr 11:21

Xəbər lenti
06 Dekabr 11:18

Xarici siyasət
06 Dekabr 11:13

Siyasət
06 Dekabr 11:10

Xəbər lenti
06 Dekabr 11:08

Siyasət
06 Dekabr 11:05

İqtisadiyyat
06 Dekabr 11:00

Xəbər lenti
06 Dekabr 10:57

Xəbər lenti
06 Dekabr 10:55

İqtisadiyyat
06 Dekabr 10:52

Gündəm
06 Dekabr 10:45

Xəbər lenti
06 Dekabr 10:44

Xəbər lenti
06 Dekabr 10:42

MEDİA
06 Dekabr 10:42

Gündəm
06 Dekabr 10:40

Xəbər lenti
06 Dekabr 10:35

Xəbər lenti
06 Dekabr 10:33

Siyasət
06 Dekabr 10:30

Siyasət
06 Dekabr 10:21

Siyasət
06 Dekabr 10:20

Gündəm
06 Dekabr 10:16

Siyasət
06 Dekabr 10:10

Xəbər lenti
06 Dekabr 10:00

Xəbər lenti
06 Dekabr 09:47

Xəbər lenti
06 Dekabr 09:24

Xəbər lenti
06 Dekabr 09:22

Siyasət
06 Dekabr 00:06

Xəbər lenti
05 Dekabr 22:53

Xəbər lenti
05 Dekabr 21:37

Xəbər lenti
05 Dekabr 21:00

Xəbər lenti
05 Dekabr 19:50

Xəbər lenti
05 Dekabr 19:13

Xəbər lenti
05 Dekabr 17:40

Siyasət
05 Dekabr 17:22

Xəbər lenti
05 Dekabr 17:21

Xəbər lenti
05 Dekabr 16:23

Xəbər lenti
05 Dekabr 15:44

Xəbər lenti
05 Dekabr 15:19

Xəbər lenti
05 Dekabr 15:14

Xəbər lenti
05 Dekabr 15:04

Xəbər lenti
05 Dekabr 14:55

Xəbər lenti
05 Dekabr 14:45

Xəbər lenti
05 Dekabr 14:32
