“3+3” platforması gündəmdə...
29.12.2023 [10:40]
İranın XİN başçısı hesab edir ki, İrəvanla Bakı arasında davamlı sülhə 2024-cü ilin ilk aylarında “3+3” platforması çərçivəsində nail olmaq olar
Nardar BAYRAMLI
Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra region üçün yeni əməkdaşlıq imkanları yaranıb. “3+3” platfortması da məhz bu məqsədə xidmət edir. İlk dəfə belə bir ideya ilə Azərbaycan və Türkiyə prezidentləri çıxış ediblər. Altılıq platforması özündə regional inteqrasiyanı və əməkdaşlığı ehtiva edir. Heç bir region dövləti bu platformadan kənarda qalmır. Söhbət Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan arasında əməkdaşlığın qurulmasından gedir.
3+3 formatında əməkdaşlıq imkanları Azərbaycanın 44 günlük müharibədə qazandığı Qələbə sayəsində mümkün olub. Respublikamız Ermənistanın 30 il ərzində regional əməkdaşlığa təhdidlər yaradan işğalçılıq siyasətinə son qoydu və yeni reallıqlar yaratdı. Bu reallıqlar şəraitində regionun potensialını inkişafa və əməkdaşlığa istiqamətləndirməkdən ötrü yeni fürsətlər yaranıb. Bu fürsətlərin dəyərləndirilməsi platformada yer alacaq dövlətlərin qarşısında geniş perspektivlər açır. Altılıq platforması geostrateji önəmi ilə yanaşı, həm də mühüm iqtisadi-ticari əhəmiyyətə malikdir. Ekspertlər hesab edirlər ki, altılıq formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır. Bu, ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir. Platformanın funksionallığının təmin edilməsi ilə qarşılıqlı sərmayə qoyuluşu, idxal-ixrac, müxtəlif sahələrdə birgə layihələrin reallaşdırılması, tranzit daşımaları, yeni satış bazarlarına çıxmaq üçün imkanlar artacaq.
Qeyd edək ki, artıq region dövlətləri üçün cəlbedici olan təşəbbüsün irəli aparılması istiqamətində müəyyən addımlar atılıb. İndiyədək ayrı-ayrı ölkələr özlərinin siyasi iradələrini ifadə ediblər. 2021-ci il dekabrın 10-da Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən iclasda altılıq platformasının inkişaf perspektivləri müzakirə edilib. Regional platformanın işini onun bütün iştirakçılarının maraqlarına cavab verən praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi təhdidlərə qarşı mübarizə tədbirləri daxildir. Oxşar müzakirələr, həmçinin qardaş Türkiyədə və Azərbaycanda da aparılıb. Gürcüstan bir sıra səbəblərdən platformada təmsil olunmayacağını bildirib.
Bu il oktyabrın 23-də isə İranın paytaxtı Tehran şəhərində “3+3” regional məşvərət formatının nazirlər səviyyəsində birinci görüş keçirilib. Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın XİN başçıları iştirak ediblər. Görüşün yekunu olaraq qəbul olunmuş bəyanatda qeyd olunurdu ki, görüşdə regionun ən mühüm məsələləri müzakirə edilib, ölkələr arasında konstruktiv dialoq imkanlarının yaradılması və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında “3+3” Məşvərətçi Regional Platforması kimi platformaların əhəmiyyəti vurğulanıb.
Ümumiyyətlə, son zamanlar İran “3+3” platformasının canlanması üçün ciddi fəallıq göstərir. Dekabrın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranlı həmkarı Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Nazirlər “3+3” platformasını da diqqət mərkəzində saxlayıblar.
Hüseyn Əmir-Abdullahian, eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı apararaq regional məsələləri müzakirə edib. Bunun ardınca - dekabrın 27-də İranın XİN başçısı Ermənistanda səfərdə olub. Ermənistanın baş naziri Nikol Paşinyanla Hüseyn Əmir Abdullahianın görüşündə ikitərəfli ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi məsələlərinə, infrastruktur və digər sahələrdə həyata keçirilən və yaxın gələcəkdə planlaşdırılan layihələrə toxunulub. Tərəflər, həmçinin regional əhəmiyyətli mövzular, o cümlədən Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi, regional nəqliyyat kommunikasiyalarının açılması ətrafında fikir mübadiləsi aparıblar.
Hüseyn Əmir Abdullahian erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib ki, İran Cənubi Qafqazda sülhün bərqərar olmasını tam dəstəkləyir. İranlı nazir əlavə edib ki, ölkəsi Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi tranzit yolunun tikintisini tam dəstəkləyir. Abdullahian, həmçinin qeyd edib ki, İran regionda sülh və stabilliyin kənar qüvvələrin müdaxiləsi olmadan təmin olunmasını istəyir. Onun sözlərinə görə, İrəvanla Bakı arasında davamlı sülhə 2024-cü ilin ilk aylarında “3+3” platforması çərçivəsində nail olmaq olar. Belə ki, iranlı nazir Azərbaycanın xarici işlər naziri ilə telefon danışığı apardığını xatırladıb. O diqqətə çatdırıb ki, Ceyhun Bayramovun bəyanatları Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olmaq üçün səylərin davam etdirilməsindən xəbər verir. Abdullahian son bir həftə ərzində Rusiya xarici işlər naziri Sergey Lavrovla da Ermənistanla Azərbaycan arasında münasibətlərlə bağlı iki telefon danışığı apardığını bəyan edib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə Azərbaycanla sülh üçün real imkan pəncərəsi gördüyünü deyib. O qeyd edib ki, danışıqlar bir neçə mərhələdə aparılır və hazırda konkret olaraq sülh sazişi layihəsi üzərində iş gedir. Mirzoyanın sözlərinə görə, rəsmi İrəvan bir neçə gün əvvəl Azərbaycandan növbəti təkliflər alıb: “İndi həmin təklifləri öyrənib cavab verəcəyik, təkliflərimizi təqdim edəcəyik”.
Göründüyü kimi, İran regiondakı məsələlərin məhz bölgə ölkələrinin əməkdaşlığı çərçivəsində həllinin tərəfdarı olduğunun tərəfdarıdır. İranın XİN başçısının Azərbaycanla Ermənistan arasında sülhün “3+3” platforması çərçivəsində nail olunmasının mümkünlüyünü İrəvanda bəyan etməsi erməni tərəfinə mesaj sayılmalıdır. Çünki məhz Ermənistan hakimiyyəti Qərbi, o cümlədən Fransanı Cənubi Qafqaza gətirməyə çalışır. İran prezidenti İbrahim Rəisi də ötən həftə Nikol Paşinyanla telefon söhbətində “kənar qüvvələrin regiona gətirilməsindən” narahatlığını ifadə etmişdi. Çünki Qərbin bölgəyə müdaxiləsi İranın maraqlarına tamamilə ziddir. İrəvana səfərdən öncə Ceyhun Bayramov və Sergey Lavrovla ayrı-ayrılıqda telefonla danışığında Azərbaycan-Ermənistan sülh gündəliyinin olması iranlı nazirin İrəvana sülh danışıqlarının platforması ilə bağlı təkliflər apardığını deməyə əsas verir. Mümkündür ki, bu təklif sülh danışıqlarında 3+3 platformasına üstünlük verilməsi ilə bağlıdır. Təsadüfi deyil ki, oktyabrda Tehranda “3+3” formatında danışıqların yekunu üzrə xarici işlər nazirlərinin birgə bəyanatında münaqişələrin BMT Nizamnaməsi əsasında sülh yolu ilə həlli, suverenliyə, siyasi müstəqilliyə, ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə etməmək, təhdid və ya güc tətbiqinin qadağan edilməsinin vacibliyini vurğulamışdılar. Bütün bunların fonunda “3+3” formatının canlandırılması istiqamətində təşəbbüslər bütövlükdə region üçün faydalıdır.
Xəbər lenti
Hamısına baxSiyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24

