/ / Azərbaycanın bir qrup vətənpərvər gənci İran İslam Respublikasının ölkəmizdəki səfirliyi qarşısında etiraz aksiyası keçirib
Azərbaycanın bir qrup vətənpərvər gənci İran İslam Respublikasının ölkəmizdəki səfirliyi qarşısında etiraz aksiyası keçirib
12.05.2012 [09:43]
Aygün Əliyeva isə İranın Azərbaycana qarşı apardığı kampaniyanın məqsədinin aydın olduğunu deyib. Onun sözlərinə görə, onlar müstəqil Azərbaycan dövlətinin güclənməsini həzm edə bilmirlər: “İran sözdə Azərbaycanı qardaş adlandırır. Əməldə isə bunun tam əksi yönündə fəaliyyət göstərir. Eyni zamanda, özünü İslam dövləti adlandıran İran əslində müsəlmanları dəstəkləmir. Qarabağda minlərlə müsəlman azərbaycanlıların qanını tökən Ermənistanla onun sıx münasibətləri, dostluğu buna sübutdur. Ar olsun belə dövlətə!”.
çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Qarabağı qeyd edib ki, Təbriz şəhərində Azərbaycan konsulluğunun binası qarşısında keçirilən piketdə Azərbaycan dövlətinin və xalqımızın təhqir olunması yolverilməzdir: “Piketdə faktiki olaraq, Azərbaycanın ünvanına təhqiramiz ifadələr səsləndirilib. İranın Azərbaycana qarşı bu cür münasibət göstərməsi İslam dininin təməl qaydalarına ziddir. Bu cür nalayiq ifadələr səsləndirən və xalqımızı təhqir edənlər müsəlman ola bilməzlər. çünki bir müsəlman öz müsəlman qardaşını təhqir etməz”.
İştirakçı Rauf Mərdiyev qeyd edib ki, İran dini dəyərlərdən siyasi təzyiq vasitəsi kimi istifadə edir: “İran müsəlmanlara qarşı soyqırımı həyata keçirmiş Ermənistanla əməkdaşlıq edir və işğalçı ölkənin təcavüzkar siyasətini dəstəkləyir. Bu, hansı dini qaydalara uyğundur? Mahmud Əhmədinejat əli müsəlmanların qanına batmış Serj Sarkisyanı bağrına basır. İndiyə qədər bir dəfə də olsun, Dağlıq Qarabağda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı dilinə gətirməyən İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejat Ermənistana səfəri zamanı qondarma “erməni soyqırımı” abidəsinin qarşısına əklil qoyur”.
Piketdə çıxış edən Bayram Aslanov isə deyib ki, İran hər vəchlə terrorist, təcavüzkar Ermənistanı dəstəkləməyə davam edir. “İran anlamalıdır ki, Ermənistan terrorist, işğalçı ölkədir. Müsəlmanlara qarşı dəfələrlə soyqırımı həyata keçirmiş Ermənistanla dostluq, qardaşlıq edən İrana ar olsun!”, - deyən B.Aslanov əlavə edib ki, Azərbaycan gəncləri ölkəmizdə İranın təxribatlarına yol verməyəcək.
Digər piket iştirakçısı Sahil Hacıyev Azərbaycan gəncliyinin öz dövlətinin keşiyində ləyaqətlə dayandığını vurğulayıb. O, bildirib ki, yüzlərlə gənci bu aksiyaya sövq edən İranda Azərbaycan dövləti əleyhinə aparılan cılız kampaniyadır: “İranın Azərbaycana qarşı sərgilədiyi bu mövqe düşmən mövqeyidir. Biz buradan düşmənə nifrətimizi ifadə edirik”.
Aksiya iştirakçısı Samirə Quliyeva isə çıxışında qeyd edib ki, bu mövqeyi ilə İran İslam dəyərlərini tapdalayır. O, aparılan belə kampaniyaların düzgünlüyə, ədalətə söykənmədiyini deyərək bütün bunların müqəddəs dinimiz tərəfindən qəbul olunmadığını diqqətə çatdırıb: “Bu mövqeyi ilə İran Azərbaycana qarşı xəyanət edir. Bu rejim İran xalqının iradəsini ifadə etmir. Mən bu rejimə müraciət edərək deyirəm ki, islami dəyərlərə zidd əməllərindən əl çək”.
Gülsel Səfərova isə bildirib ki, heç bir xarici dövlətin Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı yoxdur: “Amma, biz görürük ki, İran ölkəmizin daxili işlərinə qarşımaq istəyir. Bu, yolverilməzdir. Biz dünyəvi, tolerant ölkəyik. Azərbaycanın məqsədi sülh və əmin-amanlıq şəraitində yaşamaqdır. Amma bu cür xarici qüvvələr ölkəmizin xoşməramlı niyyətinə qarşı çıxır, dövlətimizə qarşı böhtanlar atmağa çalışırlar. Azərbaycan gəncliyi belə kampaniyanı qətiyyətlə pisləyir”.
Aksiyanın sonunda gənclər Azərbaycan dövlətinin himnini səsləndiriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10

