Avropa İttifaqı müxalifəti qeyri-ciddi marginal qrup hesab etdi
07.07.2012 [11:44]
Xəbər verildiyi kimi, iyulun 5-də Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy ölkəmizə səfərə gəlib. Səfər çərçivəsində Avropa İttifaqı Şurasının prezidentini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib. Azərbaycan-Avropa İttifaqı arasında münasibətlərin bir çox sahələri əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev Herman Van Rompuyun ölkəmizə səfərinin uğurlu olacağına əminliyini ifadə edib. Azərbaycan ilə Avropa İttifaqı arasında yaxşı münasibətlərin olduğunu deyən Herman Van Rompuy iqtisadi və enerji sahələri ilə yanaşı, digər istiqamətlərdə də əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu bildirib. Avropa İttifaqı Şurasının prezidenti bu səfərin ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi baxımından yeni imkanlar açacağını vurğulayıb.
Daha sonra Aİ Şurasının prezidenti şəhərimizi gəzib, İçərişəhərlə yaxından tanış olub. Dövlət Bayrağı meydanını gəzən H.V.Rompuy buradan da zəngin təəssüratla ayrılıb. Daha sonra Milli Məclisdə, ictimai sektorun nümayəndələri ilə və Azərbaycan Dillər Universitetində gənclərlə görüşdə Aİ Şurasının prezidenti ölkəmizlə bağlı, Aİ-Azərbaycan münasibətləri ilə bağlı müsbət fikirlər bildirib.
Bu dəfə də avropalı rəsminin səfəri çərçivəsində maraqlı bir hal müşahidə olundu. Cəmisi bir ay öncə ölkəmizə səfər edən ABŞ Dövlət katibi Hillari Klinton kimi H.V.Rompuy da özünü “radikal müxalifət” adlandıran kəsimlə görüşmədi. Görəsən, hər addımbaşı özünü ciddi qələmə verən, Avropa ilə, beynəlxalq aləmlə “yaxşı münasibətdə” olduğunu hər an əlində şüara çevirən və bunun əksinə guya beynəlxalq aləmin Azərbaycan hakimiyyətinə münasibətdə fərqli mövqe tutduğunu iddia edənlər nə üçün bu dəfə də qapı arxasında qaldı. Təbii ki, bunun bir sıra səbəbləri var. Ən əsası isə ölkəmizə səfər edən Qərb diplomatları, müxtəlif ölkələrin və beynəlxalq qurumların təmsilçiləri ciddi təşkilatlar və şəxslərlə görüşməyə daha çox üstünlük verirlər və səfər proqramlarına da bu cür qurumların təmsilçiləri və siyasətçilərlə görüşləri daxil edirlər.
Avropanın Azərbaycanla bağlı dəyərləndirməsi yalnız inkişafı və yüksək əməkdaşlığı xarakterizə edir
Rompuyun müxalifətlə görüşməməsinə keçməzdən qabaq bir məqama toxunmaq gərəkir. Bu da radikal düşərgənin hər zaman apardığı yalançı təbliğatın yenidən fiaskoya uğramasıdır. Avropanın demokratik təsisatlarının Azərbaycana münasibətdə fərqli mövqe tutduğunu iddia edənlərin bütün təbliğatlarının xəyal məhsulu olduğu yenidən ortadadır. Və bu fakt elə Avropanın ən mühüm və nüfuzlu təşkilatlarının birinin rəhbərinin dilindən səsləndirilir. Bu gün Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasət, demokratik ənənələrə sadiqlik, yüksək inkişaf, insanların sosial rifahının yüksəldilməsi istiqamətində aparılan sosial siyasət kursu Herman Van Rompuy tərəfindən yüksək qiymətləndirildi. Məsələn, Milli Məclisdə keçirilən görüşdə avropalı rəsmi bir daha Avropa İttifaqı ilə Azərbaycan arasında özünəməxsus münasibətlərin olduğunu söylədi. Qurum ilə ölkəmizin həm “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində, həm də enerji sahəsində sıx əməkdaşlıq etdiyini dilə gətirən Aİ Şurasının prezidenti BMT çərçivəsində Azərbaycan ilə Avropa İttifaqının mövqelərinin üst-üstə düşdüyünü önə çəkdi. ölkəmizin sürətlə inkişaf etdiyini deyən Herman Van Rompuy Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğunu vurğuladı. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın hazırki səviyyəsindən məmnunluğunu bildirən Herman Van Rompuy bu əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı.
Azərbaycan Dillər Universitetində Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuya universitetin fəxri doktoru diplomunun təqdim olunmasına həsr edilmiş mərasimdəki çıxışında isə avropalı qonaq ölkəmizdə gördüyü inkişaf proseslərini yüksək qiymətləndirdiyini söylədi, son illərdə ölkəmizin bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də böyük uğurlar qazandığını diqqətə çatdırdı. Herman Van Rompuy Azərbaycan ilə Aİ arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin əhəmiyyətindən danışdı, respublikamızın həm hasilatçı, həm də tranzit ölkə kimi önəmini vurğulayaraq, təşkilat ilə enerji sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirdi. Herman Van Rompuy bildirdi ki, Aİ Azərbaycanın regionda artan roluna böyük əhəmiyyət verir. Qurum, həmçinin, Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş hesab edir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun sürətlə artdığını deyən qonaq BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsini dünya birliyinin ölkəmizə olan yüksək etimadı kimi dəyərləndirdi.
Bəli, bütün bu sadalananlar Qərb dünyasının Azərbaycanı etibarlı tərəfdaş qismində qəbul etdiyini, ölkəmizin artan gücünü, qüdrətini təqdir etdiyini və demokratik prinsiplərə yüksək səviyyədə riayət olunmasını dəyərləndirdiyindən xəbər verir. özü-özlüyündə hər zaman Azərbaycanın imicinə qara yaxmağa çalışan, bəzi xarici qüvvələrin əlində oyuncağa çevrilən, antimilli siyasət yürüdən radikal müxalifətin “xəyali proyeksiyalarının” yalan təbliğat olduğu növbəti dəfə aşkara çıxdı.
radikal müxalifət bu dəfə də ciddi siyasətçilərin diqqətindən kənarda qaldı
ümumiyyətlə, ciddi siyasətçilərin radikal düşərgəyə münasibətdə analoji mövqe sərgiləməsi olduqca təbiidir. Birincisi, yəqin ki, müxalifət olaraq əsl müxalifətçilik missiyasını yerinə yetirə bilməyən, dövlətin institusional olaraq möhkəmləndirilməsində heç bir rola malik olmayan, tarixin çevrilmiş səhifəsinə dönən, ən əsası isə inkişaf adına bir damla xüsusiyyətə malik olmayan, düşüncə tərzi, davranışı ilə 20 il geridə dayanan və sivil siyasi münasibətlər sisteminə uyğun gəlməyən düşərgə təmsilçiləri ilə nə üçün avropalı qonaq görüşməli idi?
Digər tərəfdən, Azərbaycanın radikal müxalifətinin səs-küy salmaqdan, haray-həşir qopartmaqdan savayı bir “özəlliyinin” olmaması yəqin ki, Aİ Şurasının prezidentinə də bəllidir. Və onların saldıqları hay-harayın isə heç bir əsasının olmadığı, bunun sadəcə bir neçə qrupun marağına xidmət etdiyi bütün cəmiyyətə bəlli olduğu üçün onların hansısa məxsusi bir görüşə dəvət olunmaması özü tamamilə doğru sayılacaq bir addımdır. Bu səbəbdən də Avropa İttifaqı müxalifəti qeyri-ciddi marginal qrup hesab etdi.
Bir daha xüsusi vurğulamaq yerinə düşər ki, bu gün özünü “müxalifət” adlandıran və “radikal” ayamasının altında gizlənməyə çalışan düşərgə təmsilçilərinin Azərbaycanın demokratik inkişafındakı rolu sıfırdır. Demokratiyanın atributlarından sayılan müxalifətin bu cür davranışları, fərdi korporativ maraqların əsirinə çevrilərək dövlət və xalq maraqlarının əleyhinə fəaliyyət aparması, antimilli siyasət yürütməsi və anti-Azərbaycan dairələri ilə işbirliyi yaratması bir daha onu göstərir ki, düşərgə müxalifətçilik ideyasından çox-çox kənardadır. Onların fikri yalnız bir məqsədə istiqamətlənib: Azərbaycanın milli maraqlarına və beynəlxalq imicinə necə zərbə vura bilərik... Apardıqları siyasət də, etdikləri icazəli-icazəsiz etiraz aksiyaları da, KİV-lərdə açıqladıqları fikirləri də məhz bu vahid konsepsiya üzərində köklənib.
Qeyd olunduğu kimi, bu gün dünyada nüfuz qazanmış beynəlxalq təsisatların, dövlətlərin rəhbərləri, nümayəndələri Azərbaycanın radikal müxalifətini ciddi qəbul etmirlər. Bunun səbəblərindən biri də onların gündə bir rəngə düşməsi, gündə bir cildə girməsidir. Demək olar ki, il ərzində dəfələrlə üzünü 4 cəhətə və 4 yarımcəhətə çevirməkdən bezməyən, bəzən isə cəhətlər arasında çaşıb özünü belə itirən radikal düşərgə bunun adını siyasi manevr qoymaq istəsə də, bu, alınmır. çünki siyasi manevrlər etmək üçün ən azı siyasi gücə, qüdrətə malik olmalısan. Azərbaycanın radikal düşərgəsinin etdiyi isə sadəcə cild dəyişikliyi cəhdidir ki, bu da o qədər qeyri-ciddi görünür ki, hətta özləri belə öz əməllərinə şübhə ilə yanaşırlar. Cəmisi iki ay öncə özünü “antieurovisionçu” kimi təqdim edənlər niyyətlərinə çatmadıqlarını görüb bu dəfə fərqli şeylər anlatmağa çalışırlar. Bu isə onların fəaliyyətinin nə qədər “səmimi” olduğundan, düşərgənin sifətinin üstünə bir sifətin də əlavə olunmasından xəbər verir. Dünənə qədər Avropanın Azərbaycanda keçirilən müsabiqəyə münasibətdə fərqli mövqe tutduğunu söyləyənlərə ən yaxşı cavabı da məhz cənab Rompuy verdi: “Avropada ən çox baxılan tədbirlərdən biri olan bu müsabiqə Azərbaycanı geniş Avropa ictimaiyyətinə aydın şəkildə yaxınlaşdırdı”.
Və bütün bunların fonunda cənab Rompuy bu, min sifəti olan, kim pulun ucunu göstərsə, ona tərəf qucaq açıb qaçan, xalqını, millətini, dövlətini pula satanlara növbəti dəfə qiymət verdi. Ciddi qurumun nümayəndəsi olaraq qeyri-ciddi kəsimlə görüşmək, hətta onları xatırlamaq belə istəmədi.
Aİ-Azərbaycan münasibətləri yüksək inkişaf tempi qazanıb
Və son olaraq... Cənab Rompuy mətbuat qarşısında çıxışında da bildirdi ki, təmsil etdiyi qurum Azərbaycan ilə münasibətlərin davamlılığında və inkişafında maraqlıdır. Aİ Şurasının prezidenti qeyd etdi ki, qurum Avropa İttifaqı-Azərbaycan əlaqələrini və əməkdaşlığımızın nəticəsində əldə edilən faydanı yüksək qiymətləndirir: “Biz keçmişdəki nailiyyətlərimizə əsaslanaraq birlikdə gələcək potensialdan istifadə etməyə çalışmalıyıq. Fikrimcə, bu, Avropa İttifaqının, Azərbaycanın və bütün regionun maraqlarına xidmət edir. Müxtəlif sahələrdə əlaqələrimizin intensivləşməsini müşahidə edirik. Bütün səviyyələrdə ikitərəfli siyasi əlaqələrimiz, həmçinin, insanlar ilə işgüzar dairələr arasında əlaqələr də intensivləşir. Biz bir çox əhəmiyyətli beynəlxalq məsələlərdə Sizin dəstəyinizi yüksək qiymətləndiririk”.
Amma cənab Rompuyun timsalında Aİ bu əlaqələrin daha da şaxələndirilməsini, genişləndirilməsini istəyir. Aİ Şurasının prezidenti bildirdi ki, əlaqələrimizi daha da genişləndirmək və şaxələndirmək üçün hələ də böyük potensial vardır: “Azərbaycan dünyəvi cəmiyyətdir və Sizin müxtəlif dinlərin nümayəndələrinin birgə yaşaması prinsipinə sadiqliyiniz müasir dünyada çox mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqının və regionun sabit, mütərəqqi və tolerant, demokratik islahatlara və müasirləşməyə sadiq Azərbaycana ehtiyacı vardır”.
Bəli, artıq şərhə ehtiyac yoxdur. Amma bəlkə də, öz yalanlarını yenidən ört-basdır etmək üçün müxalifət yeni yalançı şərhlər fikirləşmək məcburiyyətindədir.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 21:44
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19

