Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir
17.07.2019 [09:20]
Milli-mənəvi dəyərlərimizin qorunması və təbliği mətbuatımızın əsas fəaliyyət istiqamətlərindən biridir
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir. Milli-mənəvi dəyərlərimizin xalqımızın formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Milli-mənəvi, o cümlədən dini dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir. Tarixi təcrübə göstərir ki, öz soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışlar.
Milli-mənəvi dəyərlər deyərkən, milli ideologiya, mənəvi yaddaş, milli tarix, milli dil, ənənəvi dini dəyərlər, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə sistemi, dahi şəxsiyyətlərimiz, milli musiqimiz və s. başa düşülür. Bir sözlə, milli və mənəvi olan bütün nailiyyət və keyfiyyətlərimiz milli-mənəvi dəyərlər sisteminə aiddir.
Müstəqil Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və daha da zənginləşdirilməsi siyasətinin, hər cəhətdən nümunəvi olan dövlət-din münasibətlərinin əsası isə xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə həmçinin xalqın milli-mənəvi və dini dəyərlərinin qorunub saxlanılmasına, daha da zənginləşdirilməsinə, respublikamızda tolerantlıq ənənələrinin möhkəmlənməsinə böyük həssaslıqla yanaşırdı. Onun parlaq fəaliyyəti, əməllərində təcəssüm etdirdiyi azərbaycançılıq fəlsəfəsi xalqımızın milli kimliyini qoruyub saxlamasında müstəsna rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə Bakıda və bölgələrdə 500-dən artıq məscid tikilib, yüzlərlə məscid isə yüksək səviyyədə təmir olunaraq inanclı insanların istifadəsinə verilib. Ulu Öndərin 21 iyun 2001-ci il tarixindən imzaladığı müvafiq Fərmanla Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.
Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğuları ilə yanaşan Ulu Öndər deyirdi: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik”.
Bu gün Azərbaycan müasir, dünya birliyinə sürətlə inteqrasiya edən bir ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesi bizim ölkədən də yan keçməyib. Buna baxmayaraq, biz qloballaşma adı altında öz milli-mənəvi dəyərlərimizi unutmamalı, bu dəyərlərə sadiq olmalı, gənc nəsli vətənpərvərlik ruhunda yetişdirməliyik. Hər bir ölkə və xalq üçün onun milli-mənəvi dəyərləri hər şeydən üstün tutulmalı, bu dəyərlər hər zaman müdafiə edilməlidir. Qloballaşma heç də digər xalqlara məxsus dövlət-din modellərinin, adət-ənənələrinin, milli mentalitetimizə xas olmayan dəyərlərinin ölkəmizə idxalı deyil. Biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı və səmimi dostluğu nəzərdə tutmaqla yanaşı, milli dövlətçiliyimizə, mənəvi dəyərlərimizə sahib çıxmağı, milli mənliyimizi qorumağı nəzərdə tuturuq. Bu gün Heydər Əliyevin yaratdığı müasir Azərbaycan Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə böyük uğurlara imza atır. Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına, forumlara ev sahibliyi edir. Bütün regional layihələrin təşəbbüskarı və ya iştirakçısı olan Azərbaycan hər bir vətəndaşımızın gerçək mənada fəxrinə çevrilib. Bu uğurlu siyasət mənəvi sahəni də əhatə edir.
Son 16 ildə respublikamızda milli-mənəvi dəyərlərin qorunması siyasəti və dövlət-din münasibətləri Prezident İlham Əliyevin qayğısı sayəsində keyfiyyətcə yeni mərhələyə yüksəlib. Ölkədə din və vicdan azadlığı tam təmin edilib, o cümlədən dini abidələrin, məscidlərin, ibadətgahların bərpası istiqamətində mühüm işlər görülüb.
Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş Qafqazın ən möhtəşəm məscidi olan Heydər məscidi dindarların istifadəsinə verilmişdir. Bununla yanaşı, Təzə Pir məscidi, Hacı Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi dövlət hesabına təmir-bərpa edilib. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, indi onların sayı 2250-dən çoxdur, həmçinin ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir. Hazırda respublikamızda 300-dən çox məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur.
Azərbaycan dövləti və cəmiyyəti milli-mənəvi dəyərlərə böyük həssaslıqla və sayğı ilə yanaşır. Prezident İlham Əliyev bu barədə bildirib: “Azərbaycan xalqı öz milli dəyərlərinə sadiqdir və Azərbaycan dövləti milli dəyərlər üzərində qurulubdur. Eyni zamanda, Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin qurulmasında artıq nümunəvi ölkə kimi tanınır”.
Milli-mənəvi dəyərlərimizin yaşadılmasında, onun təbliğində Heydər Əliyev Fondu da böyük uğurlara imza atır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunmasını və bərpasını daim diqqət mərkəzində saxlayır.
Beləliklə, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu bu günədək qoruyub saxlaya bilib. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli, mənəvi, mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılmış və onun böyük hissəsi bu günədək qorunub saxlanılıb. Eyni zamanda bundan sonra da bu dəyərlərimiz qorunmalı və ciddi şəkildə təbliğ edilməlidir. Nəzərə alsaq ki, Azərbaycanın yüzlərlə tarixi-mədəni-dini abidəsi Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində dağıdılıb, bu məsələ daim diqqət mərkəzində olmalıdır. Bu barədə həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu prosesdə Azərbaycan mətbuatının üzərinə böyük vəzifələr düşür. Bütövlükdə, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, eləcə də erməni işğalı nəticəsində mədəni-tarixi abidələrimizin məhv olunması haqda faktların dünya ictimaiyyətinə çatdırılması milli mətbuatımızın əsas fəaliyyət istiqamətlərindən biridir.
Eyni zamanda, ölkəmizdə gənc nəslin milli ruhda tərbiyə olunması diqqət mərkəzində saxlanılır. Dövlətin hərtərəfli qayğısı sayəsində cəmiyyətdə xalqımızın milli-mənəvi dəyərlərinə böyük bağlılıq yaranıb. Ölkəmizdə bütün milli və dini bayramlar dövlət səviyyəsində qeyd edilir. Eyni zamanda, tarixdən gələn ənənələrimiz müasir dövrün tələbləri və çağırışları nəzərə alınmaqla daha da zənginləşdirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeçiliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması isə bu sahəyə dövlət dəstəyinin növbəti təzahürüdür. Mütəxəssislər Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasını ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi sahəsində mühüm addım kimi dəyərləndirirlər. Ümumilikdə, dövlətimiz milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirir. Bu tədbirlər ciddi nəticələr verir. Bu yaxınlarda Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun irs siyahısına daxil edilməsi görülən genişmiqyaslı işlərin nəticəsidir. Şübhəsiz ki, gələcəkdə də bu istiqamətdə yeni-yeni uğurlar qazanılacaq.
Nardar BAYRAMLI
Yazı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin tabeliyində Mənəvi
Dəyərlərin Təbliği Fondunun “Milli mətbuat - milli düşüncə”
mövzusunda elan etdiyi məqalə müsabiqəsinə təqdim olunur
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
22 Oktyabr 17:11

YAP xəbərləri
22 Oktyabr 17:10

YAP xəbərləri
22 Oktyabr 16:19

Siyasət
22 Oktyabr 16:05

YAP xəbərləri
22 Oktyabr 15:54

YAP xəbərləri
22 Oktyabr 15:38

YAP xəbərləri
22 Oktyabr 15:18

Gündəm
22 Oktyabr 14:57

Siyasət
22 Oktyabr 14:34

Siyasət
22 Oktyabr 14:33

Siyasət
22 Oktyabr 14:11

Sosial
22 Oktyabr 13:46

YAP xəbərləri
22 Oktyabr 13:24

YAP xəbərləri
22 Oktyabr 13:06

Gündəm
22 Oktyabr 13:02

Sosial
22 Oktyabr 12:57

Gündəm
22 Oktyabr 12:31

YAP xəbərləri
22 Oktyabr 12:29

YAP xəbərləri
22 Oktyabr 12:26

Elanlar
22 Oktyabr 12:21

İqtisadiyyat
22 Oktyabr 12:18

Siyasət
22 Oktyabr 12:15

YAP xəbərləri
22 Oktyabr 12:11

Hadisə
22 Oktyabr 12:03

Dünya
22 Oktyabr 12:02

İqtisadiyyat
22 Oktyabr 12:00

İqtisadiyyat
22 Oktyabr 11:59

Siyasət
22 Oktyabr 11:46

İqtisadiyyat
22 Oktyabr 11:40

Dünya
22 Oktyabr 11:38

Siyasət
22 Oktyabr 11:37

Siyasət
22 Oktyabr 11:23

Siyasət
22 Oktyabr 10:55

İqtisadiyyat
22 Oktyabr 10:32

İqtisadiyyat
22 Oktyabr 10:17

MEDİA
22 Oktyabr 09:58

Analitik
22 Oktyabr 09:34

Analitik
22 Oktyabr 09:15

Sosial
22 Oktyabr 08:57

Mədəniyyət
22 Oktyabr 08:21

YAP xəbərləri
22 Oktyabr 08:16
YAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

Gündəm
21 Oktyabr 19:53

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15

Dünya
21 Oktyabr 18:19

YAP xəbərləri
21 Oktyabr 18:09

Analitik
21 Oktyabr 17:56

YAP xəbərləri
21 Oktyabr 17:43

Yeni texnologiyalar
21 Oktyabr 17:25

YAP xəbərləri
21 Oktyabr 17:21

YAP xəbərləri
21 Oktyabr 16:55

Gündəm
21 Oktyabr 16:51

Mədəniyyət
21 Oktyabr 16:40

Dünya
21 Oktyabr 16:34
YAP xəbərləri
21 Oktyabr 16:22

YAP xəbərləri
21 Oktyabr 16:09

YAP xəbərləri
21 Oktyabr 16:07

YAP xəbərləri
21 Oktyabr 16:05

Dünya
21 Oktyabr 15:21

YAP xəbərləri
21 Oktyabr 15:20

YAP xəbərləri
21 Oktyabr 15:14
