Gözlərimizi qorumaq üçün...
05.07.2024 [11:00]
Gün eynəyi seçərkən nələrə diqqət etməliyik?
Yay aylarında əvəzolunmaz aksesuarlarımızdan biri gün eynəkləridir. İnsanların əksəriyyəti bu aksesuarı alarkən onun sadəcə üz quruluşuna yaraşıb-yaraşmadığına diqqət edirlər. Ancaq unutmamalıyıq ki, qızmar Günəş şüalarından qorumaq üçün gözlərimizi eynəklərə etibar edirik.
Mütəxəssislər açıq havada antisanitar şəraitdə satılan, lakin qiyməti ucuz olan eynəklərin zərərləri barədə həyəcan təbili çalır. Eynək həvəsində olan alıcıların böyük əksəriyyəti isə harada satılmasından və keyfiyyətindən asılı olmayaraq, ucuz eynəklərə üstünlük verirlər.
Keyfiyyətsiz eynəklər barədə çoxsaylı zənglər...
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov mövzu ilə əlaqədar “Yeni Azərbaycan” qəzetinə bildirib ki, keyfiyyətsiz eynəklərin satışı ilə bağlı istehlakçılar tərəfindən AİB-ə çoxsaylı telefon zəngləri daxil olur: “Qeyd edim ki, istehlakçılar bu sahədə maarifsizdir. Onlar ucuz, amma keyfiyyətsiz eynəklərdən istifadə edirlər. Bu zaman heç bir həkim yoxlamasından keçməyən, sertifikatı olmayan eynəklər alırlar və hesab edirlər ki, bu, onları günəşin mənfi şüalarından qoruyur. Nəticədə belə eynəklər onların göz sağlamlıqlarına ciddi zərər vurur”.
Plastmas eynəklər çox təhlükəlidir
Oftalmoloq Gündüz Məmmədli gün eynəkləri alarkən diqqət edilməsi vacib olan məqamlardan danışıb. O, qeyd edib ki, gün eynəkləri əsasən ultrabənövşəyi şüaları udan xüsusi materialdan hazırlanmalıdır: “Lakin satışda olan eynəklərin bir qismi plastmasdan, adi tünd şüşədən hazırlanır ki, bu materiallar günəş şüalarını udmaq qabiliyyətinə malik deyillər və insan sağlamlığı üçün təhlükəlidir”.
Katarakta səbəb olur...
Oftalmoloq keyfiyyətsiz eynəklərin gözün bülluruna pis təsir etdiyini, gələcəkdə katarakta səbəb olduğunu bildirib: “Keyfiyyətsiz eynəklər həmçinin insanda yorğunluğun yaranmasına yol açır. Ona görə də alıcıların düzgün diopteriyalı gün eynəyi seçməsi çox vacibdir”.
Küçədə satılan eynəkləri almayın!
G.Məmmədlinin sözlərinə görə, eynək gözə düşməyəndə ilkin əlamətlər gözün qızarması, sulanması, quruması kimi mənfi əlamətlərlə özünü büruzə verir: “Nəticədə gözə ağırlıq düşür. Eynəyin rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıcıqlanmasına, iltihaba səbəb olur. Sonrakı prosesdə göz bülluru bulanır və görmə zəifləyir. Yaşa dolduqca keyfiyyətsiz gün eynəklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır.
Ona görə də eynəklərin ixtisaslaşmış mağazalardan alınması daha məsləhətlidir. Ümumiyyətlə, küçədə, antisanitar şəraitdə satılan, mənşəyi məlum olmayan eynəkləri almaq məsləhət deyil”.
Keyfiyyət sənədinə və etiketinə diqqət yetirin...
Həkim qeyd edib ki, eynək alarkən mütləq onun keyfiyyət sənədinə və etiketinə diqqət yetirmək lazımdır: “Gün eynəklərinin etiketində ultrabənövşəyi şüaların hansı qisminin buraxılmaması göstərilməlidir. Eynəyin təlimatında linzanın günəş şüalarını hansı dərəcədə - zəif, orta və ya güclü udduğu da qeyd olunmalıdır.
Eynək alarkən birinci növbədə onun rənginə və çəkisinə fikir vermək lazımdır. Eynəklər nə tünd, nə də açıq rəngdə, yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır. Həmçinin qoruyucu xüsusiyyətə malik, gün şüalarını qıran, gözü qamaşdırmayan, gözləri rahatladan və onlara istirahət verən olmalıdır. Eynəyin şüşəsi cızıldığı zaman, o, öz keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultrabənövşəyi şüalar gözə təsir edir”.
Dar eynəklər taxmayın...
G.Məmmədli bildirib ki, çox dar eynəklərdən istifadə edilməsi məsləhət deyil. Eynək alarkən gözün forması nəzərə alınmalıdır: “Yaxşı olar ki, həssas olan insanlar gözün kənarlarını qapadan çərçivəli eynəklər seçsinlər ki, Günəş şüaları kənarlardan daxil olub gözə zərər verməsin”.
Keyfiyyəti necə müəyyən edək?
Oftalmoloq bildirib ki, eynəyin keyfiyyətli olub-olmamasını müəyyən etmək xeyli çətindir: “Lakin insanlar qeyd etdiyimiz əlamətlərə əsasən keyfiyyəti təyin edə bilərlər. Məsələn, qəhvə rəngli eynək taxılıbsa və keyfiyyətlidirsə, onda ətrafda olan əşyalar öz rənglərində görünəcək. Amma eynək keyfiyyətsizdirsə, onda ətrafda olan əşyalar qəhvəyi rəngdə görünəcək.
Keyfiyyəti yoxlamağın bir başqa yolu da eynəyi taxdıqdan sonra şaquli bir xəttə baxmaqdır. Bu, bir pəncərə kənarı da ola bilər. Eynəyi yüngülcə yuxarı aşağı, sağa sola hərəkət etdirəndə bu xətdə oynama və ya qırılmalar olursa, onda bu, həmin eynəyin keyfiyyətində müəyyən problemlərin olduğunu deməyə əsas verir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

