Sərnişinlərə şad xəbər...
13.07.2024 [11:10]
Taksi fəaliyyətində yeni xidmət tətbiq edildi
Yeganə BAYRAMOVA
Məlum olduğu kimi, iyulun 1-dən etibarən ölkəmizdə taksilərlə bağlı yeni qaydalar qüvvəyə mindi. Taksi fəaliyyətində həyata keçirilən yeniliklər isə bir çox dəyişikliyə səbəb oldu. Belə ki, buraxılış ili 15-dən çox olan maşınların taksi kimi fəaliyyətinə qoyulan qadağadan sonra maşınların sayında nisbətən azalma müşahidə edilir. Əlbəttə, belə bir vəziyyətdə taksi qiymətlərində müəyyən dəyişikliklərin baş verməsi də qaçılmaz idi.
Təbii ki, yeni qaydalar taksi fəaliyyətində keyfiyyətin artırılması, sərnişinlərin təhlükəsizliyi üçün nəzərdə tutulur. Lakin taksidən mütəmadi istifadə edən şəxslərin əksəriyyəti qiymətlərdə dəyişiklik olsa da, keyfiyyətin eyni olduğundan gileylənirlər. Vətəndaşların böyük qismi taksilərdə keyfiyyətin artırılacağı təqdirdə qiymətlərin artmasını normal qəbul edirlər. Belə ki, sərnişinlər taksilərdə əvvəlki keyfiyyətin olduğunu əsas gətirərək, hətta bəzi sürücülərin sərf etmədiyi üçün kondisionerdən istifadəyə yol vermədiyini bildirirlər.
Taksi istifadəçiləri üçün alternativlər...
Bu günlərdə taksi şirkətlərindən biri yeni sistem tətbiq edib. Belə ki, “Yango” tətbiqində istifadəyə verilmiş yeni xidmət sayəsində Bakı şəhəri üzrə ictimai nəqliyyatda gündəlik səfərləri asanlıqla planlaşdırmaq mümkündür. Yəqin ki, bu yenilik taksidən mütəmadi istifadə edən şəxslər üçün şad xəbərdir.
“Yango”nun mətbuat xidmətindən verilən məlumata görə, yeni s?stem həmçinin taksi qiymətlərinin nisbətən yüksək olduğu və pula qənaət etmək istəyən sərnişinlərə alternativlər tapmağa imkan verir: “Bütün bunları tətbiqdəki yeni “Nəqliyyat” əlavəsi vasitəsilə etmək mümkündür.
Bunun üçün sadəcə səfərin başlanğıc nöqtəsini və təyinat yerini daxil etmək, daha sonra “Nəqliyyat” əlavəsini seçmək kifayətdir. Tətbiq bütün mümkün səfər variantlarını, şəhər nəqliyyatının hərəkət cədvəllərini və hər bir marşrut üçün təxmini səfər vaxtını tapacaq və göstərəcək.
“İndiyədək “Yango”nu rahat taksi sifarişi xidməti kimi inkişaf etdirmişik. Ancaq gələcək məqsəd tətbiqi şəhər sakinləri üçün universal köməkçiyə çevirməkdir. Biz “Yango”nu Bakı sakinlərinin müxtəlif gündəlik problemləri həll edə biləcəkləri şəhər supertətbiqi kimi inkişaf etdirməyi planlaşdırırıq. “Nəqliyyat” əlavəsinin işə salınması bu istiqamətdə atılan ilk addımdır”.
Zamanla tələbat çoxalacaq
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən nəqliyyat üzrə ekspert İlqar Hüseynli yeni xidmətin sərnişinlərin üçün sərfəli və effektiv olacağını düşünür: “Taksi fəaliyyətindəki bu tətbiq ilk növbədə qiymətlərinin baha olduğundan narazı qalan sərnişinlər üçün yaxşı xəbərdir. Elə insanlar var ki, onlar qiymətin daha sərfəli olmasını üstün tuturlar, nəinki taksi xidmətindən istifadə edərkən avtomobildə tək getməyi. Bəllidir ki, “Yango”nun yeni tətbiqinə əsasən həmin nəqliyyatda bir neçə sərnişin olacaq. Bu da fərdi gediş qiymətlərindən qat-qat aşağıdır. Tətbiq hələ ki, yenidir. Müəyyən zaman keçdikdən sonra bu xidmətə tələbatın nə qədər olduğunu müşahidə edəcəyik. Ancaq düşünmürəm ki, sərnişinlər bu yenilikdən az istifadə etsinlər. Əksinə, zaman keçdikcə “Yango”nun bu tətbiqi barədə daha çox şəxs məlumatlı olduqdan sonra həmin xidmətə tələbat çoxalacaq”.
Kondisioneri qoşmaq üçün əlavə 1 manat istəyirlər...
Ekspert bəzi taksi sürücülərinin kondisionerdən qəsdən istifadə etmədiklərini düşünür: “Yeni tələblərə görə, taksilərdə isitmə-soyutma sistemi işlək vəziyyətdə olmalıdır. Taksi şirkətləri aralarında qərar qəbul ediblər ki, ekonom xidmətdə kondisioner istifadəsi olmasın. Amma qanun deyir ki, olmalıdır. Sürücülərin bəzisi isə kondisioneri qoşmaq üçün əlavə 1 manat istəyir. Bu yanaşma gülüncdür. Taksi qiymətləri ilə bağlı onsuz da kifayət qədər artım var. 3 manata gedilən yolu 6-7 manata aparırlar. Həmin sürücülər necə deyə bilər ki, kondisioner işlədəndə ziyana düşürük? Bu baxımdan AYNA tövsiyələr verir, xəbərdarlıqlar edir”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10

