BDU-da Dövlət Suverenliyi Günü qeyd olunub
20.09.2024 [22:37]
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsi Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror tədbirlərinin birinci ildönümü və Dövlət Suverenliyi Günü münasibətilə tədbir təşkil edib.
Universitetdən Yeniazerbaycan.com-a bildirilib ki, tədbirdə Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov tariximizə qızıl hərflərlə yazılan böyük Zəfərimizdən və onun məntiqi davamı olan antiterror tədbirlərindən söz açıb.
Professor qeyd edib ki, Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə nəticəsində tarixi Azərbaycan torpaqları 30 illik işğaldan azad edilib. 2023-cü il sentyabrın 19-da isə Azərbaycanın Qarabağ iqtisadi rayonunda ermənilər tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və erməni silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazidə Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirləri həyata keçirilib. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində dövlət suverenliyimiz tam bərpa edilib. Azərbaycanın bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və dövlət suverenliyinin bərpa edildiyini nəzərə alan Prezident İlham Əliyev bu il sentyabrın 19-da Azərbaycanda Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri akademik Yaqub Mahmudov, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri dosent Mehman Abdullayev Qarabağdakı erməni hərbi birləşmələrinin darmadağın edilməsi, Xocalı, Xocavənd, Ağdərə, Xankəndi və Əsgəran kimi şəhər və yaşayış məntəqələrimizin işğaldan azad edilməsi nəticəsində Azərbaycanın suverenliyinin və Konstitusiya quruluşunun tamamilə bərpa edilməsinin tarixi əhəmiyyətindən danışıblar.
Bildiriblər ki, Azərbaycan tarixinin 200 illik dövründə qazanılan ən böyük Qələbənin davamı ötən il sentyabrın 19-20-də yaşanıb. Antiterror tədbirləri düşmən qüvvələrinin məğlubiyyətini başa çatdıraraq, bu torpaqların əzəli və əbədi olaraq Azərbaycana aid olduğunu bütün dünyaya nümayiş etdirib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

