168 min hektar ərazi minalardan təmizlənib
25.10.2024 [10:45]
İşğaldan azad olunan ərazilərdə 1,5 milyon mina olduğu ehtimal edilir
Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. 30 illik işğal dövründə Ermənistan xeyli sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru əsas yerlərdən birini tutur. Ermənistanın mina terror hələ də davam edir. Qeyd edək ki, oktyabrın 24-də “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda mina qurbanlarına həsr olunmuş dəyirmi masa keçirilib.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Azərbaycanda mina qurbanlarının sayına diqqət çəkib: “Təəssüf ki, Azərbaycanda mina qurbanlarının sayı artmaqda davam edir. Avropa ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın mina probleminə etinasız yanaşırlar”. O qeyd edib ki, bu istiqamətdə maarifləndirmə tədbirlərinin sayı artırılmalıdır: “Mina qurbanlarının böyük bir qismi qanunda nəzərdə tutulan hüquqlarından xəbərsizdir. İctimai birliyimiz ölkənin bir çox bölgələrində maarifləndirici tədbirlər, seminarlar keçirir. Bu, mina qurbanlarının öz hüquqlarından xəbərdar olması istiqamətində vacib addımdır”.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) idarə rəisi Ramil Əzizov işğaldan azad edilən bölgələrin minalardan təmizlənməsi ilə bağlı statistikanı açıqlayıb: “Vətən müharibəsindən bu zamana qədər 168 min hektar ərazi minalardan təmizlənib. Mina partlayışı səbəbindən dünyasını dəyişən insanların sayı ötən illərlə müqayisədə 60 faiz azalıb. Ancaq təəssüf ki, hələ də mina partlayışı səbəbindən dünyasını dəyişən insanlar var”.
Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə 1,5 milyon mina olduğu ehtimal edilir: “Təmizlənmiş ərazilərdən 161 min mina aşkarlanıb. Bu, beynəlxalq problemdir. Düşünürəm ki, növbəti illərdə minadan təmizləmə aktual məsələ olaraq qalacaq”.
Respublika Reabilitasiya Mərkəzinin direktoru Nabat Abdulova mərkəzdə mina terrorundan əziyyət çəkən şəxslərin ailə üzvlərinə də dəstək göstərildiyini deyib. Onun sözlərinə görə, Azərbaycanda son 2 ildə minadan əziyyət çəkən 172 nəfərə dəstək göstərilib: “Qeyd etdiyim müddət ərzində 109 nəfərə ambulator yardım göstərilib. Hazırda minadan əziyyət çəkən 111 nəfər qeydiyyata alınıb və onların 91 nəfərinə əlillik təyin edilib”.
Milli Məclisin komitə sədri Fazil Mustafa isə deyib ki, mina terrorunu həyata keçirənlər məsuliyyətə cəlb edilməlidirlər. Onun fikrincə, bu reallaşarsa, dünya üçün də nümunə olar: “Mina terrorundan əziyyət çəkən insanlar üçün sığorta mexanizmləri müəyyən edilməlidir. Onların yalnız tibbi-psixoloji deyil, maddi yardıma da ehtiyacı var. Elə insanlar var ki, onlar məsuliyyətsizlikdən, diqqətsizlikdən yox, öz işini, vəzifəsini həyata keçirərkən bədbəxt hadisə nəticəsində mina qurbanı olub, xəsarət alıb. Həmin şəxslərə yardım üçün təkliflər, qanunvericilikdə dəyişikliklər olmalıdır. Dəyirmi masada bu istiqamətdə səsləndirilən təkliflərin parlamentə təqdim edilməsi effektiv ola bilər”.
Millət vəkili Vüqar Bayramov isə bildirib ki, 2026-cı ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq. O qeyd edib ki, 2025-ci ildə Böyük Qayıdış prosesi çox aktiv şəkildə həyata keçiriləcək: “Bu səbəbdən ərazilərin minalardan təmizlənməsi çox vacib məsələdir. Təkcə Milli Məclisdə təmsil etdiyim Füzuli rayonunda minaların sayı 80 minə yaxındır. Bu problem əhalinin həyatı, yaşayışı üçün ciddi təhlükədir”.
Dəyirmi masada minalara qarşı fəaliyyəti həyata keçirən və mina qurbanlarına yardım edən Azərbaycanın rəsmi qurumlarının nümayəndələri, o cümlədən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA), Milli Məclis üzvləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ombudsman Aparatının nümayəndələri, minadan zərərçəkənlər, QHT-lərin nümayəndələri minalanmış ərazilərin təmizlənməsi istiqamətində əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

