Sabunçu rayonunun məktəb direktorları ilə görüş keçirilib
23.12.2024 [20:59]
Elm və təhsil naziri Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən daha bir qrup ümumi təhsil müəssisəsinin direktoru ilə görüş keçirib.
BŞTİ-dən bildirilib ki, görüşdə Emin Əmrullayev ümumi təhsil sahəsindəki islahatların əsas istiqamətləri, 2024-cü ildə qazanılmış uğurlar və perspektiv məsələlər haqqında söhbət açıb.
Nazir bildirib ki, ümumi təhsildə keyfiyyətin yüksəldilməsinə yönəlmiş kompleks tədbirlər hər zaman aktualdır. Çünki təhsil sahəsindəki qlobal rəqabət daha çevik addımları və yeniliklərin tətbiqini zəruri edir.
Ümumi təhsil müəssisələrinin səmərəli fəaliyyətini genişləndirmək üçün əsas hədəfləri sadalayan Emin Əmrullayev bu prosesdə yenilikçi və yaradıcı məktəb idarəetməsini prioritetlərdən biri kimi vurğulayıb. Nazir məktəb rəhbərlərinin üzərinə düşən vəzifələrin icra vəziyyətini və təhsildə keyfiyyətin artırılmasına xidmət edən fəaliyyətləri təhlil edib, bu baxımdan diqqət yetirilməsi vacib olan məqamların üzərində xüsusi dayanıb.
Nazir görüşdə ümumi təhsilin qarşısında duran müasir çağırışlar, vətəndaş məmnunluğunun artırılması, məktəb-icma əməkdaşlığının inkişafı, təhsilverənlərin sertifikatlaşdırılması prosesi, təhsil müəssisələrində psixoloji xidmətlərin gücləndirilməsi və inklüziv təhsilin təşviqi məsələlərinə də diqqət çəkib.
Təhsil sahəsində vətəndaşlara göstərilən elektron xidmətlərdən daha effektiv istifadənin əhəmiyyətinə toxunan Emin Əmrullayev bu sahədə mövcud olan real imkanların şəffaflığı artırdığını vurğulayıb.
Məktəblərdə öyrənmə mühitinin təkmilləşdirilməsi və yaradıcı yanaşma üçün yaradılmış şəraitdən söz açan Emin Əmrullayev, həmçinin idarəetmənin modernləşdirilməsi istiqamətində davam edən fəaliyyətlərin əhəmiyyətini diqqətə çatdırıb.
Görüş zamanı məktəb və müəllim nüfuzu, təhsil müəssisələrindəki qabaqcıl təcrübələrin genişləndirilməsi ətrafında müzakirələr aparılıb. Məktəblərdə baş verə biləcək neqativ halların qarşısının alınması istiqamətində təkliflər irəli sürülüb və bu sahədəki problemlərin həlli yolları müzakirə olunub.
Nazir sağlam mənəvi-psixoloji mühitin qorunması, qarşılıqlı etimada əsaslanan münasibətlərin möhkəmləndirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb və bunlarla bağlı müvafiq tövsiyələrini verib.
Görüş çərçivəsində məktəb direktorları qarşılaşdıqları problemlər və digər müvafiq mövzular barədə söz açıb, qeyd olunan məsələlərin həlli yolları müzakirə edilib.
Daha sonra təhsil müəssisələrinin rəhbərlərinin sualları cavablandırılıb, təklifləri dinlənilib, müvafiq tövsiyə və tapşırıqlar verilib.
Qeyd edək ki, paytaxtın məktəb direktorları ilə görüşlər davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42

