Kahramanmaraşda sarsılmaz dostluq və qardaşlığın təzahürü - “Azərbaycan” məhəlləsi
05.02.2026 [17:22]
Türkiyənin Kahramanmaraş şəhərində inşa edilən “Azərbaycan” məhəlləsinin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarının tikintisi tamamlanıb. 26 yaşayış binasının yerləşdiyi bu kvartallarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib. “Azərbaycan” məhəlləsi – Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin təzahürüdür.
Bunu Kahramanmaraşda AZƏRTAC-a açıqlamasında MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı bildirib.
O qeyd edib ki, 2023-cü ilin fevral ayında qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, qardaş Türkiyədə ağır faciənin fəsadlarının aradan qaldırılması üçün axtarış-xilasetmə əməliyyatlarının təşkili və zərərçəkmiş şəxslərə humanitar yardım göstərilməsi məqsədilə həm aidiyyəti dövlət qurumları, həm də Azərbaycan xalqı tam gücü ilə səfərbər olub.
Həmçinin zəlzələdən zərər çəkmiş əhalinin təcili sığınacaqla təmin edilməsi məqsədilə o dövrdə çadırlar və konteyner tipli mobil evlər də göndərilib.
“Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində yeni yaşayış məhəlləsinin tikintisinə dəstək verib. Belə ki, zəlzələdən sonra bölgədə sürətlə davam edən bərpa və quruculuq işlərində Türkiyəyə dəstək göstərilməsi məqsədilə Azərbaycan tərəfindən yardım ayrılıb. Türkiyə hökumətinin dəstəyi ilə layihə ərazisi “Azərbaycan Məhəlləsi” adlandırılıb. Azərbaycan Respublikasının icraçı qurumu qismində Mənzil İnşaatı Dövlət Agentliyi fəaliyyət göstərir", - deyə F.Qurbanlı bildirib.
Onun sözlərinə görə, məhəllənin ümumi sahəsi 27.6 hektar təşkil edir. Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 2, 3 və 4 otaqlı ümumilikdə 1194 mənzildən ibarət 68 yaşayış binası inşa olunub.
Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 1595 qeyri-yaşayış obyekti istifadəyə veriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2025-ci il iyun ayının 19-da Azərbaycan məhəlləsinin açılış mərasiminin keçirildiyini, bir sıra mənzillərin açarlarının sahiblərinə təqdim olunduğunu xatırladan F.Qurbanlı dövlət başçılarının mənzillərlə, eləcə də Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasında yaradılan şəraitlə tanış olduqlarını ifadə edib.
Aparat rəhbəri “Azərbaycan” məhəlləsində yerləşən mədəniyyət mərkəzinin tikinti işlərinin də bir il ərzində tamamlanmasının nəzərdə tutulduğunu bildirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Fevral 23:19
Hadisə
13 Fevral 22:44
Gündəm
13 Fevral 22:31
Sosial
13 Fevral 22:05
Sosial
13 Fevral 21:53
YAP xəbərləri
13 Fevral 21:25
Dünya
13 Fevral 21:18
Sosial
13 Fevral 20:49
YAP xəbərləri
13 Fevral 20:31
Xəbər lenti
13 Fevral 20:12
Dünya
13 Fevral 19:50
YAP xəbərləri
13 Fevral 19:16
Sosial
13 Fevral 19:15
YAP xəbərləri
13 Fevral 18:20
Gündəm
13 Fevral 18:02
Dünya
13 Fevral 17:35
İdman
13 Fevral 17:33
YAP xəbərləri
13 Fevral 17:28
Elm
13 Fevral 17:26
Gündəm
13 Fevral 17:21
YAP xəbərləri
13 Fevral 17:15
YAP xəbərləri
13 Fevral 16:59
Elanlar
13 Fevral 16:35
YAP xəbərləri
13 Fevral 16:26
YAP xəbərləri
13 Fevral 16:24
YAP xəbərləri
13 Fevral 16:02
YAP xəbərləri
13 Fevral 15:42
Sosial
13 Fevral 15:42
YAP xəbərləri
13 Fevral 15:39
Sosial
13 Fevral 15:36
YAP xəbərləri
13 Fevral 15:29
YAP xəbərləri
13 Fevral 15:28
YAP xəbərləri
13 Fevral 15:23
Elanlar
13 Fevral 15:14
Gündəm
13 Fevral 15:13
YAP xəbərləri
13 Fevral 15:09
Sosial
13 Fevral 14:35
YAP xəbərləri
13 Fevral 14:01
YAP xəbərləri
13 Fevral 13:45
YAP xəbərləri
13 Fevral 13:39
Sosial
13 Fevral 13:34
Sosial
13 Fevral 13:34
İqtisadiyyat
13 Fevral 13:00
İqtisadiyyat
13 Fevral 12:58
Sosial
13 Fevral 12:55
Sosial
13 Fevral 12:55
Hadisə
13 Fevral 12:54
Sosial
13 Fevral 12:53
Sosial
13 Fevral 12:51
YAP xəbərləri
13 Fevral 12:43
YAP xəbərləri
13 Fevral 12:31
Analitik
13 Fevral 12:23
Analitik
13 Fevral 11:52
İqtisadiyyat
13 Fevral 11:30
Siyasət
13 Fevral 11:14
Siyasət
13 Fevral 11:14
Siyasət
13 Fevral 10:53
YAP xəbərləri
13 Fevral 10:47
Siyasət
13 Fevral 10:32
Siyasət
13 Fevral 10:17
Analitik
13 Fevral 09:55
Ədəbiyyat
13 Fevral 09:30
Analitik
13 Fevral 09:14
Sosial
13 Fevral 08:58
Sosial
13 Fevral 08:35
Gündəm
13 Fevral 08:19
Dünya
12 Fevral 23:40
YAP xəbərləri
12 Fevral 23:15
Dünya
12 Fevral 22:56
YAP xəbərləri
12 Fevral 22:41

