/ / Baş prokuror: İstər tənqidi, istərsə də faktlara əsaslanan məlumatlar bizim üçün mühüm əhəmiyyət daşıyır
Baş prokuror: İstər tənqidi, istərsə də faktlara əsaslanan məlumatlar bizim üçün mühüm əhəmiyyət daşıyır
18.02.2026 [15:29]
Bu gün prokurorluq orqanlarında sağlam və güclü peşəkar rəqabət mühiti mövcuddur. Bu qurumda xidmət edən hər bir şəxs yüksək intellektual hazırlığa, dərin biliyə və dövlətçilik ideallarına sadiqliyə malikdir.
AZƏRTAC xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 2025-ci ilin yekunlarına görə həvəsləndirilmiş “İlin ən yaxşı müstəntiqi, dövlət ittihamçısı, prokuroru” müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinin və “Prokurorluğun dostu” seçilmiş media nümayəndələrinin mükafatlandırma mərasimində çıxış edərkən deyib.
“Unutmamalıyıq ki, cəmiyyətin bizdən gözləntisi ədalətin bərqərar olması və obyektiv hüquqi qərarların qəbuludur. Xüsusilə keçmiş illərdən qalan, hələ də üstü açılmamış cinayətlərin istintaqının yekunlaşdırılması vətəndaşlarımızda qanunun aliliyinə olan inamı daha da möhkəmləndirir. Bizim məqsədimiz ədaləti bərpa etməkdir”, - deyə Kamran Əliyev vurğulayıb.
Baş prokuror bildirib ki, cəmiyyət üçün real təhlükə doğuran və ağır cinayətlər törədən şəxslər qanun çərçivəsində təcrid edilməli, lakin törətdiyi əməl ictimai təhlükə kəsb etməyən şəxslərə münasibətdə dövlətimizin humanizm prinsipləri rəhbər tutulmalıdır: “Bu şərəfli yolda sağlam düşüncəli, peşəkar media bizim ən yaxın tərəfdaşımızdır. Real problemləri işıqlandıran, obyektivliyi qoruyan hər bir mətbuat nümayəndəsi ilə əməkdaşlığımızı olduqca vacib hesab edirik. Biz müasir informasiya məkanını, rəqəmsal platformaları və sosial medianı diqqətlə izləyir, daxil olan hər bir siqnaldan fəaliyyətimiz üçün nəticələr çıxarırıq. İstər tənqidi, istərsə də faktlara əsaslanan məlumatlar bizim üçün mühüm əhəmiyyət daşıyır. Qərəzdən uzaq, obyektiv faktlara söykənən media ilə qurduğumuz şəffaf münasibətlər prokurorluq orqanlarının cəmiyyət qarşısında hesabatlılığının və qarşılıqlı etimadın əsas təminatıdır”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

