Daşkəsən rayonunda da Novruz bayramı böyük təntənə ilə qeyd edilib
19.03.2014 [10:00]
Daşkəsəndə qədim milli bayramımız olan Novruz bayramı böyük təntənə ilə qeyd edilib. Rayonun Heydər Əliyev meydanında əvvəlcə kənd təsərrüfatı və sənaye məhsullarının nümunələrinə, məktəblilərin hazırladıqları sərgilərə, yerli sənətkarlıq nümunələrinə baxış keçirilib, bayram tonqalı yandırılıb. Ümumrayon şənliyində çıxış edən Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bu gün çox geniş şəkildə tikinti, quruculuq və abadlıq işləri aparılır, ölkə iqtisadiyyatı sürətlə inkişaf edir. Həyata keçirilən siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu artıb, mövqeləri möhkəmlənib, Azərbaycanda ictimai-siyasi sabitlik təmin edilib: “Ölkəmizdə bütün sahələr üzrə aparılan işlər biz daşkəsənliləri də ürəkdən sevindirir. Möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində Daşkəsən rayonunda da çox böyük nailiyyətlər qazanılıb, elmi əsaslarla Yeni Daşkəsən layihəsi işlənib hazırlanıb, eyni zamanda, çoxsaylı Dövlət proqramlarının layihələri ölkə rəhbərimizin tapşırıq və tövsiyələrinə əsasən davamlı olaraq yerinə yetirilməkdədir”.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı rayonda son üç il ərzində əldə edilən digər uğurlardan, nailiyyətlərdən, qarşıda duran vəzifələrdən də söz açıb. O, daha sonra “Novruz bayramı təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində 300 milyondan çox əhali tərəfindən qeyd olunur. Bu gözəl milli bayramımız münasibətilə sizləri bir daha təbrik edir, hər birinizə can sağlığı, ruzi-bərəkət, bol-bol sevinc, ailə xoşbəxtliyi arzulayıram. Növbəti Novruz bayramına əliboş gəlməmişik. Bir ildə 7 məktəb tikintisi aparmışıq. Rayonunun örüş-otlaq sahələrinin daşkəsənlilərin istifadəsinə verilməsi təmin edilməkdədir. Bu il isə 20-dən çox ünvanda tikinti, təmir, yenidənqurma və abadlıq işləri aparılacaqdır. Daşkəsən rayon İcra Hakimiyyətinin yeni inzibati binasında son tamamlama işləri görülür”, - deyə qeyd edib.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bəzi sakinlərə və təhsildə fərqləndiklərinə görə bir qrup məktəbliyə rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları verilib.
Daha sonra bayram tədbiri rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə davam etdirilib. Ucqar dağ ətəyində yerləşən hərbi hissədə Daşkəsən rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyev əsgərləri təbrik edib, onların şəraiti və xidməti işləri ilə maraqlanıb. Rayon İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə gətirilən Novruz sovqatı və xonçaları əsgərlərə paylanıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

