“Sovetski” adlanan ərazidə inventarlaşdırma işləri davam edir
29.03.2014 [12:08]
Martın 19-na qədər 302 ailə kompensasiya ilə bağlı müraciət edib ki, bu müraciətlərdən də 166-na baxılaraq həll olunub
Son illər Bakı şəhərinin müasirləşdirilməsi, şəhər sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. “Ağ şəhər” layihəsi, Dənizkənarı Milli Parkın genişləndirilməsi, şəhər infrastrukturunun tamamilə yenilənməsi, nəqliyyat sisteminin inkişafı və digər mühüm tədbirlərin həyata keçirilməsi bu işlərin tərkib hissəsidir. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin göstərişi əsasında indiyədək görülmüş işlər sayəsində paytaxt Bakının qəsəbələrinin inzibati ərazilərindəki kommunikasiyalar əsaslı şəkildə təmir olunub, bu ərazilərdəki park və mədəniyyət mərkəzlərinin böyük əksəriyyəti ən müasir üslubda inşa edilərək, insanların istifadəsinə verilib. Heç şübhəsiz həyata keçirilən bu siyasət Bakının müasir mənzərəsinin modernləşməsində, paytaxtın sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir.
Onu da vurğulamaq yerinə düşər ki, Bakı şəhərində yenidənqurma işləri və şəhərin müasir görkəmdə daha da inkişafına yönəlmiş tədbirlər qarşıdakı dövrdə daha da sürətləndiriləcək, abadlıq işləri geniş vüsət alacaq.
Elə Bakının “Sovetski” adlanan ərazisində nəzərdə tutulan yenidənqurma və abadlıq işləri də şəhərimizin müasir görkəminə əlavə gözəllik qatacaq. Artıq bununla bağlı müəyyən layihələr, fikir və təkliflər mövcuddur. Məsələn, dünyanın müxtəlif yerlərində çoxsaylı landşaft və park layihələrinin müəllifi memar Laura Peretti Bakının mərkəzində parkın yaradılması ilə bağlı maraqlı layihə təqdim edib. Amma burada diqqət çəkən əsas məsələlərdən biri “Sovetski” sakinlərinin köçürülməsi prosesidir. Məlumdur ki, hökumət bu istiqamətdə müvafiq işlər aparır və bu məqsədlə həmin ərazinin sakinləri ilə də görüşlər keçirilib. Xatırladaq ki, mart ayının əvvəlində sakinlərlə görüşən Baş nazirin müavini Abid Şərifov hökumətin yekun qərarını açıqlamışdı. Hələ o zaman A.Şərifov demişdi ki, görüşdə evlərdə inventarlaşdırma işlərinin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub: “Kim 1 kv.m üçün 1500 manat ödənilməsi təklifi ilə razıdırsa, həmin vəsaiti alaraq köçə bilər”.
Baş nazirin müavini əlavə olaraq hər ailə başına iki aylıq 1000 manat kirayə haqqı, ev əşyalarının daşınması üçün isə 400 manat veriləcəyini qeyd etmişdi: “1 kv.m üçün 1500 manat təklifi qüvvədə qalır. Kimi bu qiymət qane etmirsə, onlarla işimiz yoxdur, evlərində yaşasınlar. Bizim son qərarımız budur”.
A.Şərifov inventarizasiyanın aparılmasının səbəblərini də açıqlayıb: “Biz bilmirik ki, orada nə qədər ailə yaşayır, ümumi sahə nə qədərdir? Nəzərə alınsa ki, mövcud qanunlarımıza görə əhali yalnız razılıqla köçürülə bilər, kim razıdırsa, vəsaitini alsın, istəməyən halallıqla yaşasın. Heç kim zorla köçürülməyəcək, köçürülməyəcəklərsə, yol da tikiləsi olmayacaq. İnventarlaşma 1-2 ay çəkəcək, inventarlaşma başa çatandan, Baş Plan hazırlanandan sonra baxacağıq ki, neçə ev sökülməli, neçə ev qalmalıdır?”
Son günlər isə bəzi şəxslər guya bu ərazidə inventarlaşmanın dayandırıldığı haqqında məlumat yayıblar. Amma hökumət rəsmisi səviyyəsində bu məlumat təkzib olunub. Belə ki, KİV-ə açıqlamasında Bakının “Sovetski” məhəlləsində inventarlaşmanın dayanmadığını deyən A.Şərifovun sözlərinə görə, sadəcə, Novruz bayramı ilə bağlı fasilə verilmişdi.
Artıq martın 27-dən inventarlaşma prosesinin davam etdiyini deyən Baş nazirin müavini inventarlaşmanın yalnız köçmək istəyən sakinlərin evləri və obyektləri ilə bağlı aparıldığını da bildirib: “Yalnız kim bizə müraciət edir, həmin sakinlərin evlərinin və obyektlərinin sahəsi ölçülür. Kim köçmək istəmirsə, qalıb evlərində yaşaya bilər”.
A.Şərifova onu da əlavə edib ki, martın 19-na qədər “Sovetski” məhəlləsində yaşayan 302 ailə kompensasiya ilə bağlı müraciət edib. Komissiya tərəfindən bu müraciətlərdən 166-na baxılaraq həll olunub, 73 obyektin isə pulu artıq ödənilib. Onun sözlərinə görə, hər gün köçürmə ilə bağlı yaradılmış komissiyaya 10-15 müraciət daxil olub və hazırda yenə müraciətlərin daxil olmasına başlanıb. A.Şərifov evlərinin sahəsi az olan sakinlərlə bağlı məsələyə inventarlaşma prosesi başa çatandan sonra baxılacağını qeyd edib.
Göründüyü kimi, hökumət bu ərazi ilə bağlı həyata keçirdiyi tədbirlərdə sakinlərin maraqlarını maksimum nəzərə alır. Və heç şübhəsiz ki, “Sovetski” adlanan ərazidə görülən bu işlər həm Bakının daha da müasirləşməsinə, həm də orada yaşayan əhalinin daha yaxşı yaşayışının təmin olunmasına xidmət edəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30

