/ / Bakıda səkilərdə, yolun hərəkət hissəsində, parklara və metrolara girişlərdə avtomobillərin qanunsuz parklanmasının qarşısının alınması üçün tədbirlər görüləcək
Bakıda səkilərdə, yolun hərəkət hissəsində, parklara və metrolara girişlərdə avtomobillərin qanunsuz parklanmasının qarşısının alınması üçün tədbirlər görüləcək
18.04.2014 [10:25]
Bakıda səkilərdə, yolun hərəkət hissəsində, parklara və metrolara girişlərdə avtomobillərin qanunsuz parklanmasının qarşısının alınması üçün tədbirlər görüləcək.
Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov “Bakı şəhəri ərazisində avtomobil duracaqlarının təşkil edilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Bakı şəhərinin küçə və prospektlərində avtonəqliyyat vasitələrinin duracaq yerlərinin müəyyən edilməsi və duracaqlarda işin təşkili müstəsna olaraq Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aiddir. Sərəncama əsasən tıxacların qarşısının alınması məqsədi ilə Bakının küçə və prospektlərində, park və xiyabanların, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin dövlət strukturları, idarə, təşkilat, müəssisə və ticarət obyektlərinin sahibləri tərəfindən qeyri-qanuni yaradılmış duracaqlar ləğv ediləcək.
Sərəncamda bildirilir ki, tabeçiliyindən asılı olmayaraq qeyri-qanuni fəaliyyət göstərən duracaq və ya belə bir fəaliyyəti təşkil etmək istəyən hüquqi və fiziki şəxslərə qarşı inzibati cərimə sanksiyaları və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər tədbirlər həyata keçiriləcək.
Bakı şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə tapşırıb ki, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi və Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə birlikdə Bakı ərazisində duracaqların təşkili üçün yol hərəkətinin təhlükəsizliyinə, ictimai təhlükəsizlik qaydalarına cavab verən və avtomobillərin daha çox toplandığı əraziləri müəyyən etsin. Müəyyən edilmiş ərazilərdə avtonəqliyyatın hərəkətini məhdudlaşdırmadan yol kənarında nəqliyyat vasitələrinin saxlanılması, tıxacların qarşısının alınması üçün müvəqqəti duracaqlar yaradılmasını təşkil etsin.
Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə tapşırılıb ki, yaradılacaq duracaq ərazilərinin nişanlanmasını və duracaqların müvafiq məlumat lövhələri ilə təmin edilməsini, bu işin nizamlanmasını həyata keçirsin.
Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi duracağın səmərəli təşkili və qanunsuz duracağın qarşısının səmərəli yollarla alınmasının təmin edilməsi məqsədi ilə təşkil ediləcək yeni duracaqlarda intellektual nəqliyyat sistemində mövcud olan yeni avadanlıqlar və texniki imkanlardan istifadə etməklə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə əməkdaşlıq etməlidir.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin duracaqlara nəzarət məqsədi ilə quraşdırılmış mövcud texniki-müşahidə vasitələrinin (kameraların) görüntülərindən və digər texniki imkanlarından istifadəsinə şərait yaratmalıdır. Pullu duracaqlarda nəqliyyat vasitələrinin saxlanılması qaydalarının müəyyən edilməsi və hazırlanmasını Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi təmin etməlidir.
Sərəncamda Daxili İşlər Nazirliyinə müraciət olunub ki, Bakı şəhəri ərazisində durma və parklanma probleminin aradan qaldırılması və tıxacların qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsinə və Bakı şəhər Baş Polis idarəsinə müvafiq göstərişlər və tapşırıqlar versin.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə nəqliyyat vasitələrinin mənsubiyyəti ilə bağlı məlumatların əldə edilməsi üçün “Nəqliyyat Vasitələrinin Qeydiyyatı” bazasından istifadə etməyə müvafiq şərait yaratmalıdır. Daxili İşlər Nazirliyindən xahiş olunub ki, sərəncamdan irəli gələn məsələlərin həlli və avtonəqliyyat vasitələrinin duracaqlara yerləşdirilməsi istiqamətində Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə lazımi kömək göstərilməsini təmin etsin.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

