Mübariz İbrahimov yeni bir qəhrəmanlıq dastanı yaratdı
20.06.2014 [09:14]
Dünən Milli Qəhrəmanımızın anım günü idi
Xalqımızın keçmişi də, bu günü də qəhrəmanlıq nümunələri ilə zəngindir. Oxuduqca, araşdırdıqca insan millətimizin övladlarının əzminə, Vətən sevgisinə heyran qalmaya bilmir. Azərbaycan övladı Vətənini yağı düşmənlərdən qorumaq üçün can atır, heç nədən çəkinmədən, igidliklə Bayrağını köksünə sıxır, qanı torpağa axsa da, onu yerə düşməyə qoymur. Bu igidlərdən biri də Mübariz İbrahimovdur. Dünən onun anım günü idi.
Mübariz İbrahimov 7 fevral 1988-ci il tarixində Biləsuvar rayonunda doğulub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə gedib və 2005-ci ildə orada orta təhsilini başa vurub. Hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. 2007-ci ildə tərxis olduqdan sonra bir müddət mülki işlərdə çalışıb. 2009-cu ilin avqustunda isə bu dəfə gizir kimi Vətənə xidmətə yola düşüb. Heç şübhəsiz ki, hər bir gənc kimi onun da arzuları, xəyalları var idi. Ailə qurmaq, ev-eşik sahibi olmaq, dinclik içində yaşamaq, azad olunmuş torpaqlarda üçrəngli bayrağımızın dalğalandığını görmək bunlardan bəlkə də bir neçəsi idi. Amma onun üçün Vətən eşqi bütün arzulardan daha şirin, daha ali və müqəddəs idi! İşğal altında olan Vətən torpağını erməni yağılarından azad etmək bütün digər arzulardan daha ümdə bir arzu idi. Mübariz belə düşünürdü. Təkcə düşünmür, bunun üçün daim düşmənlə döyüşə can atırdı.
Beləliklə, bu igid Vətən oğlu Mübariz İbrahimov 18 iyun 2010-cu il tarixində saat 23.30 radələrində özündən sonra “Vətən sağ olsun!” yazılmış bir məktub qoyub, təkbaşına iki ordu arasındakı 1 kilometrlik mina döşənmiş cəbhə xəttini keçərək düşmən birliklərinin yerləşdiyi tərəfə keçir. Təkbaşına saatlarla erməni əsgərləri ilə döyüşür. Daha sonra erməni əsgərlərinin öz silahlarından istifadə edərək 5 saat boyunca onlarla təkbətək döyüşür. Səhər saatlarında isə bu qeyri - bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Mübariz bu qeyri-bərabər döyüşdə böyük şücaət göstərdiyinə görə ermənilər onun cənazəsini belə vermək istəmirdilər. Şəhid olduğu yerdə cəsədinin əllərini bağlayacaq qədər düşmənlərini qorxuya salmışdı qəhrəman Mübariz.
Mübarizin şücaəti haqqında eşidən hər kəs axın-axın şəhidin evinə, ailəsinə baş çəkməyə gedirdi. Və bu gün də gənclər həmin evdə Vətənə sədaqət andı içir, bir an belə olsun Vətən torpaqlarının azadlığı üçün mübarizədən geri durmayacaqlarını bəyan edirlər. Onun atasına, anasına yazdığı məktubda əksini tapan aşağıdakı fikirlər neçə-neçə əsgərin cib dəftərçəsinə qeyd olunur: “Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik”.
Azərbaycan dövləti hər zaman torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün qorunması uğrunda çarpışan, canından keçən qəhrəmanlarına sahib çıxır. Bu dəfə də belə oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində 6 noyabr 2010 - cu ildə şəhidlərimiz - gizir Mübariz İbrahimovun və baş leytenant Fərid Əhmədovun nəşi erməni tərəfindən təhvil alındı. Noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən vida mərasimində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev deyib: “Bu gün, eyni zamanda, çox şərəfli bir gündür. Çünki biz öz övladlarımızı burada böyük ehtiramla son mənzilə yola salırıq. Əminəm ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcəkdir. Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardır. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etmək üçün hər an hazırdırlar. Azərbaycan Ordusu Cənubi Qafqazda ən qüdrətli, ən peşəkar, ən mübariz ordudur və şəhidlərimizin qəhrəmanlığı bunu bir daha sübut edir. Bizdə nəinki böyük sayda silah-sursat, hərbi texnika, döyüş imkanları vardır, eyni zamanda, ordumuzda böyük ruh yüksəkliyi vardır. Çünki bizim işimiz haqq işidir. Biz heç bir ölkənin torpağını zəbt etməmişik. Bizim torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Bizim heç bir başqa dövlətin torpağına iddiamız yoxdur. Amma öz torpağımızdan heç kimə bir qarış verməyəcəyik. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Mübarizlə Fərid başqa ölkənin ərazisində həlak olmamışlar, öz doğma torpağında şəhid olmuşlar”.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Milli Ordusunun giziri Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı (ölümündən sonra) verilib. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Dövlətimizin başçısının digər Sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə Biləsuvar rayonunun orta məktəblərindən birinə və Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adı verilib.
Oktay
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

