Pirallahı rayonunda genişmiqyaslı abadlıq işləri davam etdirilir
02.12.2015 [10:03]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə bütün sahələrdə dinamik inkişaf müşahidə olunur. Bununla paralel olaraq, respublikamızın bütün guşələrində, o cümlədən Pirallahı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri geniş vüsət alıb.
Məsələn Prezident İlham Əliyevin imzaladığı “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Fərmanın icrası istiqamətində Pirallahı rayonu ərazisində hazırlıq işləri görülür. Parkda ilk mərhələdə təsərrüfat məqsədilə istifadə olunacaq sərgi salonunun inşası tamamlanıb.
Dövlət Proqramı çərçivəsində Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirəcək yeni avtomobil körpüsünün tikintisi də müvəffəqiyyətlə davam etdirilir. Layihə çərçivəsində körpünün dayaqlarının və giriş hissəsində istinad divarlarının tikintisi artıq başa çatdırılıb. Hazırda körpüdə aşırım tirlərinin quraşdırılması tamamlanmaq üzrədir. Xatırladaq ki, Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində inşa olunan 9 aşırımlı körpünün dəniz suyu səviyyəsindən hündürlüyü (orta aşırımda) 14 metr, hərəkət hissəsinin eni 12 metr olmaqla, ümumi eni isə 14 metr təşkil edir. Yanaşma yolları ilə birlikdə körpünün ümumi uzunluğu 1300 metr təşkil edir. Qeyd edək ki, obyektdə inşaat işlərinin 85 faizi artıq yerinə yetirilib. Tikintisinə 2012-ci ilin oktyabrından başlanan Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün istismara verilməsi 2015-ci ilin sonuna - 2016-cı ilin əvvəlinə planlaşdırılır. Körpü istismara verildikdən sonra onun altından gəmilərin sərbəst hərəkəti də nəzərdə tutulub. Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirən körpünün girişlərinin dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yolətrafı zonalarda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə magistral boyu sahilbərkitmə işləri aparılıb. Məlumat üçün bildirək ki, bu obyekt Xəzər regionunda dənizdə tikilən ilk körpüdür. Bu vaxta kimi süni yarımada statusu daşıyan Pirallahı bu körpünün tikintisi başa çatdıqdan sonra tam şəkildə ada statusu qazanacaqdır.
Rayonun Baş planının hazırlanması istiqamətində görülən işlər yekunlaşıb, Baş planın müxtəlif nazirlik və komitələrlə razılaşdırılması prosesi başa çatdırılıb. Pirallahı rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının inzibati binalarının və Heydər Əliyev Mərkəzinin tikintisi davam etdirilir. S.Vurğun küçəsində Gənclər Əyləncə Mərkəzi üçün ayrılmış sahədə kommunikasiya xətləri inşaat sahəsindən kənarlaşdırılıb.
Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca ümumi uzunluğu 1840 metr olmaqla yeni hasarlar inşa edilir, mövcud hasarlar isə əsaslı təmir olunur. Fasad hissələri təmir olunan 22 yaşayış binasından 19-da işlər tamamlanıb, 3-də təmir davam edir. 10 və 4 nömrəli binaların fasadları milli ornamentlərlə bəzədilir. “Nümunəvi həyətlər” layihəsi çərçivəsində aparılan işlər davam etdirilir. Mütəmadi olaraq rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə ümumrayon iməcilikləri keçirilir. “Abşeronneft” NQÇİ-nin yeni “Rezervuarlar Parkı”nın tikintisi davam etdirilir. Neftlə çirklənmiş torpaqların təmizlənməsi məqsədilə lay sularının axıdılması nəticəsində tarixən yaranmış çirkli göllər və gölməçələr təmizlənərək qurudulur, təmizlənmiş sahələrdə abadlıq işləri görülür və yaşıllıqların salınması tədbirləri həyata keçirilir.
Qala-Pirallahı magistral yolunun kənarlarında salınmış yaşıllıqlara və əkilmiş ağaclara mütəmadi olaraq aqrotexniki qulluq göstərilir. “Çörək və un məmulatları kombinatı”nda son tamamlama işləri görülür. Günəş Elektrik Stansiyası layihəsinin ikinci mərhələsi çərçivəsində əlavə olaraq 5 ha torpaq sahəsinin ayrılması istiqamətində sənədləşmə işləri aparılır. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi-uşaq bağçasında dam örtüyü vurulub, binanın daxilində tamamlama işlərinin 80 faizi yekunlaşıb. Tikilən uşaq bağçası ilə qonşuluqdakı S.Bağırov küçəsində ərazi təmizlənərək abadlaşdırılır.
“Azərsu” ASC tərəfindən çəkilən Ceyranbatan-Balaxanı-Zirə-Pirallahı magistral su kəmərinin inşası uğurla davam etdirilir. Hazırda Pirallahı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində işlər gedir. Dübəndi sahəsində uzunluğu 600 metr olan 2 dövrəli kabel xətti çəkilib. Gürgən qəsəbəsi İ.Məcidov küçəsində 23 ədəd gecə işıqlandırılması dirəyi təmir edilib.
Baş Plan - Müfəssəl Planlaşdırma layihəsi əsasında Pirallahı rayonu Pirallahı qəsəbəsində görülən abadlıq-quruculuq işləri ilə əlaqədar ərazidə yerləşən mühəndis kommunikasiya xətlərinin və qurğularının yerlərinin dəyişdirilməsi, yeni xətlərin çəkilməsi və köhnə xətlərin ləğv edilməsi işləri uğurla həyata keçirilir.
Xəbər lenti
Hamısına baxElm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35

