“Vergilər” mövzusunda tələbə və magistrantlar arasında olimpiada keçirilib
05.12.2015 [11:01]
Dekabrın 4-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu ali məktəbin və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan, tələbə və magistrantlar arasında “Vergilər” mövzusunda IX respublika olimpiadası keçirilib.
Əvvəlcə iştirakçılar Ümummilli lider Heydər Əliyevin UNEC-in foyesindəki büstü önünə gül dəstələri düzərək, Ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bu münasibətlə təşkil olunan tədbirdə universitetin rektoru, professor Ədalət Muradov IX respublika olimpiadasının iştirakçılarına uğurlar arzulayıb. Rektor əmək bazarının tələblərinə cavab verən gənc kadrların hazırlanmasında Vergilər Nazirliyinin həyata keçirdiyi layihələrin mühüm rolunu qeyd edib. Ə.Muradov Vergilər Nazirliyi ilə universitet arasındakı sıx əlaqələrdən söz açıb, əməkdaşlıq çərçivəsində UNEC-in on ən yaxşı tələbəsinin nazirlikdə işlə təmin olunacağını xüsusi qeyd edib.
Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən mükəmməl iqtisadi islahatlar nəticəsində ölkəmizin regionda və dünyada aparıcı dövlətlər səviyyəsinə qalxdığını diqqətə çatdırıb. Bildirilib ki, artıq doqquzuncu ildir ali məktəb tələbələri və magistrantlar böyük həvəslə bu olimpiadada iştirak edirlər. Olimpiada iştirakçılarının çoxu sonradan vergi orqanlarına işə qəbul üzrə test imtahanlarında yüksək nəticələr göstərərək işlə təmin olunurlar.
Test üsulu ilə təşkil olunan olimpiada zamanı iştirakçılar iki saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanan sualları kompüter vasitəsilə onlayn rejimdə cavablandırıblar. Hər bir tələbə üçün fərdi sual bazası tərtib olunub. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompüter proqramları vasitəsilə qiymətləndirilib.
Beləliklə, tələbələr arasında Məmmədzadə Murad Teymur oğlu (UNEC) I, Əlizadə Zümrüd Mürşüd qızı (UNEC) II, Hüseynli İsgəndər Həbib oğlu isə (UNEC) III yeri tutub. Eyni zamanda, UNEC-in tələbəsi I yer tutduğuna görə həmin tələbənin müəllimi də xüsusi mükafata layiq görülüb.
Magistrantlar arasında isə Həmidova Mədinə Bəhruz qızı (UNEC) I, İsmayılov Orxan Oqtay oğlu (UNEC) II və Əsədzadə Vüsal Həsən oğlu (UNEC) III yeri tutub. UNEC-in magistrantı I yer tutduğuna görə həmin magistrantın müəllimi də xüsusi mükafata layiq görülüb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45

