Nəsimi rayonunda 2015-ci ilin yekunları müzakirə olunub
03.02.2016 [09:30]
Dünən Nəsimi rayon İcra Hakimiyyətində 2015-ci ilin sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulub və 2016-cı il üçün qarşıda duran vəzifələr müzakirə olunub.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları Ziyad Səmədzadə, Məlahət İbrahimqızı, Asim Mollazadə, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov, Heydər Əliyev Sarayının direktoru Fərhad Babayev, Heydər Əliyev İdman Arenasının direktoru Rafiq Behbudov və başqaları iştirak ediblər.
Hesabat yığıncağında məruzə ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat verib, 2015-ci il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışıb.
Qeyd olunub ki, 2015-ci ildə Nəsimi rayonunda nəzərə çarpacaq müsbət dəyişikliklər baş verib, ilin yekunlarına görə sənaye müəssisələri üzrə 427 milyon 500 min manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 18 faiz çox məhsul istehsal edilib, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 370,9 milyon manatlıq nəqliyyat xidmətləri göstərilib.
2015-ci ildə Nəsimi rayonunda çalışan işçilərin sayı 145710 nəfər, orta aylıq əməkhaqqının məbləği isə 522,1 manat olub ki, bu da əvvəlki illə müqayisədə 4,5 faiz çoxdur. 2015-ci ildə rayonda hamısı daimi olmaqla 3229 yeni iş yeri açılıb.
Vurğulanıb ki, respublikamızın hər yerində olduğu kimi, Bakı şəhəri Nəsimi rayonunda da davamlı sosial-iqtisadi inkişafı, əhalinin rifah halının daha da yüksəlməsi təmin edilib, dinamik artım templəri üstünlük təşkil edib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nəsimi rayonunda aparılan abadlıq və quruculuq işləri üzrə layihələrin icrası ilə bağlı tədbirlərdə şəxsən iştirakı rayonun həyatını daha əlamətdar edib”.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkədə əldə olunmuş nailiyyətlər və nəzərdə tutulmuş işlər barədə məlumat verib.
Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul olunub.
Tədbirdə bu il yubileyləri keçiriləcək bir qrup ziyalıya və “İlin məktəbi”, “İlin müəllimi” müsabiqəsinin qaliblərinə rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

