Bakı konfransında aviasiya problemlərinin həllində gənclərin rolu müzakirə olunur
01.03.2016 [09:43]
Fevralın 29-da Bakıda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, Milli Aviasiya Akademiyasının, Azərbaycan Mühəndislik Akademiyasının, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Aviasiya problemlərinin həllində gənclərin yaradıcılıq potensialı” mövzusunda gənclərin “Fevral oxunuşu” birinci elmi-praktiki konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları “Aviamodelizm” və tanınmış fizik İmaməddin Əmiraslanovun “NanoArt və Tessellation” sərgiləri ilə tanış olublar.
Sonra konfrans plenar iclasla işə başlayıb.
Tədbir iştirakçılarını salamlayan Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev konfransın keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, tədbir çərçivəsində mühazirələr və ustad dərsləri aviasiya problemlərinin həllində gənclərin rolunu daha da artıracaq. Akademik ölkəmizdə aviasiya və kosmik sənaye sahələrinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”na dair Prezident İlham Əliyevin Sərəncamı kosmik sənayenin inkişafı üçün təməl hesab olunur.
Akademik vurğulayıb ki, 2013-cü ilin fevralında ilk dəfə olaraq Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” kosmosa buraxılıb və uğurlu fəaliyyətini davam etdirir. Gənclərin yaradıcılıq potensialı hər bir elmi-texniki məsələnin həlli üçün təkzibolunmaz amildir. Buna görə də keçirilən konfrans aviakosmik sahədə mövcud olan elmi-texniki problemlərin həllində gənclərin intellektual potensialının inkişafı üçün vacibdir. Arif Paşayev deyib: “Ümid edirəm ki, “Fevral oxunuşu” konfransı ənənəvi olaraq keçiriləcək və gənclərin tətbiqi elmlərlə yanaşı, fundamental tədqiqatlar aparmaları üçün də əhəmiyyətli olacaq. Aviasiya Akademiyasında yaradılan elmi texniki bilik-istehsalat potensialı gənclərin yaradıcılıq fəaliyyətinə cəlb edilməsinin əsasıdır. İnformasiyalaşmanın və yeni texnologiyaların sürətlə inkişaf etdiyi əsrdə gələcəkdə istehsalata daxil etmək üçün bacarıqlı gənclərin ideya və layihələrinin qarşılıqlı əlaqələrin etibarlı mexanizmlərini yaratmaq prinsipial dərəcədə vacibdir”.
Rəhbərlik etdiyi akademiyanın fəaliyyətindən bəhs edən akademik Arif Paşayev bildirib ki, təhsil ocağında gənc mütəxəssislərə bu sahənin sirləri ən müasir texnologiyalar əsasında öyrədilir.
Tədbirdə çıxış edən Bauman adına Moskva Dövlət Texniki Universitetinin rektoru Anatoli Aleksandrov Azərbaycanda qısa müddət ərzində avioakosmik sahədə böyük nailiyyətlərin qazanıldığını söyləyib. O, bu sahədə ölkəmizdə gördüyü inkişaf prosesinin onda xoş təəssüratlar yaratdığını diqqətə çatdırıb. Rektor deyib: “Ümid edirəm ki, sizin bu konfransda qazanacağınız bilik və təcrübələr dünyada aviakosmik sahənin inkişafı üçün mühüm faydalar gətirəcək”.
Anatoli Aleksandrov qısa müddətdə Bakının gözəlləşməsinin, inkişafının şahidi olduğunu diqqətə çatdırıb.
“Bu konfransın şüarının yaradıcı elm və texnologiyanın ən müasir sahələrində təmsil olunan gənclərlə bağlı olması məni çox sevindirir”, - deyən ABŞ-ın Merilend Universitetinin professoru, kosmik tədqiqatlar sahəsində görkəmli alim, akademik Roald Saqdeyev konfransda “Dünya üzrə aerokosmik sahənin inkişafı perspektivi. Bu sahənin Azərbaycanda xüsusiyyətləri” mövzusunda çıxış edib. O, gələn il kosmik eranın 60 illik yubileyinin keçiriləcəyini vurğulayıb, bu müddətdə kosmik texnologiyaların inkişafında bu sahədə əldə olunan nailiyyətlər barədə məlumat verib. Akademik Azərbaycanda yeni inkişaf yoluna qədəm qoyan kosmik sənaye sahəsinin qısa müddətdə böyük uğurlar qazandığını diqqətə çatdırıb.
Çıxış edən “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev “Azərspace-1” peykinin texniki xüsusiyyətləri barədə məlumat verərək deyib ki, bu peykin əhatə dairəsi Yer kürəsinin üçdə birini əhatə edir. 2017-ci ildə daha bir telekommunikasiya peykinin səmaya buraxılacağını qeyd edən Rəşad Nəbiyev bildirib ki, bu yeni peyk imkanları daha da genişləndirərək, indiyə qədər xidmət göstərmədiyimiz regionlarda da fəaliyyət imkanı yaradacaq.
“Təkamül prinsipləri, mühəndislik elminin qarşısında duran vəzifələr və inkişaf hədəfləri” mövzusunda çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov konfransın əhəmiyyətini qeyd edib. Nazir deyib ki, müasir dünyada elm və texnikanın, kosmik sənayenin inkişafı təkamül prinsipləri ilə sıx bağlıdır. Bu, mühəndislik elminin qarşısında mühüm vəzifələr qoyur.
Tədbirdə, həmçinin Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun “Fizika və günəş küləyinin problemləri”, Lomonosov adına Moskva Dövlət Universitetinin nüvə fizikası üzrə baş elmi əməkdaşı Yelena Popovanın “Günəşin maqnit sahəsi və Günəş aktivliyi”, ADA universitetinin professoru Fuad Hacıyevin “Universitetlərdə İT təhsili: dəyişikliklər zamanı”, Milli Aviasiya Akademiyasının professoru Kərim Allahverdiyevin “Atmosfer və dəniz səthinin lazer zondlaması metodlarının perspektivləri və inkişafı” mövzularında çıxışları dinlənilib.
İki gün davam edəcək konfrans çərçivəsində müxtəlif mövzularda seminarların və ustad dərslərinin keçirilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09

