Azərbaycan Mətbuat Şurası ilə İranın dövlət qurumu arasında əməkdaşlıq memorandumu imzalanıb
11.11.2016 [10:12]
Azərbaycan Mətbuat Şurası ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin mətbuat və informasiya departamenti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Mətbuat Şurasından AZƏRTAC-a bildirilib ki, 10 maddədən ibarət olan sənədi Tehranda səfərdə olan Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və İranın mədəniyyət və islam irşadı nazirinin müavini Hossein Entezami imzalayıblar. Tərəflər razılığa gəliblər ki, onlar ölkələrində fəaliyyət göstərən media orqanlarını əməkdaşlıq qurmağa və onu möhkəmləndirməyə, xəbərlər, şəkillər, hesabatlar və s. daxil olmaqla, öz məhsullarının qarşılıqlı mübadiləsini həyata keçirməyə təşviq edəcəklər. Sənəddə informasiya nümayəndəliklərinin fəaliyyətə başlamasına və idarə edilməsinə dəstək göstərilməsi, bunun üçün ən yüksək səviyyəli hüquqi və texniki əməkdaşlıq məsələlərinin reallaşdırılması, kütləvi informasiya vasitələrinin proqramlar, xəbərlər, müsahibələr kimi birgə media layihələrinin gerçəkləşməsi üçün nəzərdə tutulan tədbir və təşəbbüslərinə kömək edilməsi, qarşılıqlı jurnalist səfərlərinin təşkili və digər məsələlər əksini tapıb.
Mədəniyyət və İslam İrşadı Nazirliyinin dəvəti ilə Tehranda səfərdə olan Əflatun Amaşov İran mətbuatı və xəbər agentlikləri məhsullarının 22-ci beynəlxalq sərgisi çərçivəsində keçirilmiş mərasimdə çıxış edib. O bildirib ki, Azərbaycan ilə İran arasında münasibətlər yüksək səviyyədədir. Bu münasibətlər qədim tarixə, xalqlarımız arasındakı mədəni yaxınlığa, adət-ənənə birliyinə söykənir. Azərbaycan və İran prezidentlərinin görüşlərində də bu məqam xüsusi vurğulanır. “Azərbaycanın və İranın kütləvi informasiya vasitələri arasında əlaqələr hər zaman olub. İran və Azərbaycan jurnalistlərinin çoxsaylı qarşılıqlı səfərləri reallaşıb. Lakin biz daha geniş müstəvidə əməkdaşlıq qurmağı düşünürük. Bunun üçün kifayət qədər münbit zəmin, ən əsası möhkəm iradə var. İranın Azərbaycandakı səfirliyi və Azərbaycan Mətbuat Şurası mövcud istiqamətdə birgə layihə reallaşdırmaqdadır. Layihə çərçivəsində İrandan Azərbaycana, Azərbaycandan isə İrana jurnalist səfərləri daha müntəzəm xarakter daşıyacaq. Eyni zamanda, birgə konfrans və seminarların, sərhədyanı bölgələrdə görüşlərin, jurnalistlər arasında müxtəlif idman yarışlarının təşkilini nəzərdə tuturuq”, - deyə Ə.Amaşov vurğulayıb.
Mətbuat Şurasının sədri çıxışında dünyada baş verən proseslərin regiona təsiri üzərində də dayanıb. O bildirib ki, mövcud şəraitdə bölgə, xüsusən də İran və Azərbaycan jurnalistləri yalnız təcrübə mübadiləsi aparmamalı, habelə regionumuzun bu gününü və sabahını nəzərdən keçirməlidirlər. Ə.Amaşov deyib: “Beynəlxalq miqyasda nəhəng media korporasiyaları var. Onlar dünya düzəninə böyük təsir göstərir, bir çox hallarda birtərəfli münasibət formalaşdırırlar. İran da, Azərbaycan da bu münasibətlə üzləşib. Ümumən İslam dünyasına münasibətdə ənənəvi mənfi baxış mövcuddur, islamofobiya var. Düşünürəm ki, media olaraq biz bu baxışa qarşı öz düşüncəmizi, haqq səsimizi ortaya qoymalıyıq. Zaman-zaman bunu edə bilməmişik. Əlbəttə, media prinsip etibarilə siyasətdən uzaqdır. Ancaq nəhəng media korporasiyaları da siyasətdən uzaq olduqlarını bəyan edərək dünyanın siyasi gündəminə təsir göstərirlər. Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub. Ümumən İslam coğrafiyasında münaqişəli bölgələr az deyil və bu bölgələrdə ədalət prinsipinə etinasız yanaşılır. Buna görə də ədaləti təbliğ edəcəyimiz platformaya ehtiyacımız var. Mövcud istiqamətdə fikir mübadiləsi aparmalıyıq, konkret nəticələr əldə etməliyik”.
Mətbuat Şurasının sədri Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması ilə bağlı məqamlara toxunaraq fikirlərini əsaslandırıb.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

