Gənclər Təşkilatları Milli Şurasının illik hesabat tədbiri keçirilib
14.12.2016 [13:27]
Dekabrın 14-də Bakıda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) illik hesabat tədbiri və qurumun üzvlərinin məclisi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslər, gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak ediblər.
Tədbir iki hissədən ibarət olub. Birinci hissəyə Azərbaycan Respublikasının dövlət himni ilə start verilib. Daha sonra Milli Şuranın hesabat xarakterli videoçarxı izlənilib.
ARGTMŞ-nin sədri Seymur Hüseynov Şuranın yaranma tarixi və əldə olunan nailiyyətlər barədə məlumat verib. O bildirib ki, Şuranın əsas məqsədi ölkədə gənclər siyasətini sistemləşdirmək, region gənclərində fəallığı artırmaq və onların beynəlxalq arenaya inteqrasiyasına nail olmaqdır. Son 6 ay ərzində “Azərbaycan Könüllülər Xidməti”, “Xətdə”, “QİDA”, layihələri, “Yerli” Kənd Gənclərinin İnkişafı Proqramı uğurla təşkil olunub. Proqramlar çərçivəsində gənclər üçün müxtəlif mövzularda beynəlxalq təlimçilərin iştirakı ilə seminarlar təşkil olunub. Həmçinin sosial şəbəkələrdə gənclər tərəfindən ölkəmizin maraqlarına uyğun aksiyaların təşkili müsbət addımlardandır. Proqramlar 42 rayonu və 1333 gənci əhatə edib. Bundan başqa, “Nifrət nitqinə yox” və “Azərbaycan gəncləri daha yaxşı gələcək uğrunda” kampaniyaları da ölkə gəncləri tərəfindən maraqla qarşılanıb. Həmçinin iki beynəlxalq layihə həyata keçirilib, Qazaxıstan, Belarus, Qırğızıstan və Rusiya ilə memorandum imzalanıb.
Sonra ARGTMŞ-nin sədri 2017-2018-ci illər üçün İnkişaf Strategiyası və qarşıda duran vəzifələr barədə məlumat verib.
Hesabatı qənaətbəxş hesab edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Şuranın gənclərin inkişafı istiqamətində gördüyü işləri yüksək qiymətləndirib.
Nazir müavini vurğulayıb ki, müasir Azərbaycan gənci ölkəmizdə gedən proseslərdə yaxından iştirak edir. Gənclərimiz beynəlxalq arenada mühüm rol oynayır, informasiya texnologiyalarına yüksək məharətlə yiyələnirlər. Sevindirici haldır ki, bölgələrdə gənclərin fəallığı müşahidə olunur. Bütün bu uğurların əsasında ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti dayanır. Gələcəyə hesablanmış bu siyasət hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Gənclər və İdman Nazirliyinin gənclərin təşəbbüslərinə və ideyalarına həmişə dəstək olduğunu bildirən İntiqam Babayev bu təbəqədən olan insanların asudə vaxtlarının səmərəli təşkili, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkəmizdə lazımi şəraitin olduğunu diqqətə çatdırıb.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ARGTMŞ-nin yaradılması və fəaliyyətini ölkənin gənclər siyasətinin uğuru kimi qiymətləndirib. O, təşkilatın konfederativ qurum kimi fəaliyyət göstərməsinin müsbət bir ənənə olduğunu vurğulayıb. V.Quliyev ARGTMŞ-nin bundan sonra da öz sıralarını genişləndirəcəyinə və təşkilatlar arasında şəbəkələşməni daha da gücləndirəcəyinə inandığını deyib. O, qurumun gələcək illərdə də gənclər siyasətinin inkişafına töhfə verəcəyinə inandığını bildirib.
Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov və Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxış edərək Milli Şuranın fəaliyyətini yüksək qiymətləndirib, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından və eləcə də gənclərimizin beynəlxalq arenada qazandıqları nailiyyətdən danışılıblar. İllik hesabat tədbirində, həmçinin həyata keçirilən layihələrin önəmi və təşkilatın gənclər sahəsinin inkişafındakı rolu xüsusi vurğulanıb.
Sonra ARGTMŞ tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramının hesabat videoçarxı izlənilib və proqram çərçivəsində fəallığına görə fərqlənən gənclərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirin ikinci hissəsində isə ARGTMŞ üzvlərinin məclisi keçirilib. Məclis zamanı ARGTMŞ-ın üzvü olmaq üçün müraciət edən təşkilatların namizədliyinə baxılib və Şura məclis iştirakçılarının səsverməsi əsasında təsdiq olunub. Milli Şuranın mərkəzi-nəzarət təftiş komissiyası tərəfindən hesabat da təqdim olunub.
Sonda məclis tərəfindən ARGTMŞ-nin fəaliyyət hesabatı və İnkişaf Strategiyasının qəbul olunması ilə bağlı qərar verilib. Məclisdə Milli Şuranın baş katibi vəzifəsinə namizəd irəli sürülüb və cari məsələlər müzakirə olunub.
Ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995–ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarını Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. ARGTMŞ ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən 114 gənclər təşkilatını özündə birləşdirir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39

